Nə etimad var, nə də koalisiya
Abxaziyada müxalifətin vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi ilə bağlı referendum tələbi ətrafında başlayan siyasi ədavət effektiv aralıq nəticəyə gəlib çatdı: dünən, iyunun 1-də przident Raul Xadjimba qərar qəbul edərək, 10 iyun tarixinə referendumun təyin edilməsi barədə sərəncam imzalayıb.
Bu zaman o qərarı qəbul etsə də açıq şəkildə onunla razı olmadığını bəyan edib.
“Görünür ki, ölkədə nəyin bahasına olursa olsun qanuni hakimiyyətin devrilməsi nəzərdə tutulur… Onlar mənə qarşı vaxtından əvvəl istefamı tələb etməyə əsas verən bir dənə də olsun ittiham irəli sürə bilmirlər.
“Biz toplanan imzaların əslliyini şübhə altına salıb… səs vermənin keçirilməsini rədd edə bilərdik. Amma bunu etməyəcəm, çünki gözəl başa düşürəm ki, referendumun keçirilməsi təşəbbüskarları onlar üçün seçkinin müsbət nəticəsinə deyil, məhz onun keçirilməsinə rədd cavabı alacaqlarına ümid edirlər, bu qərarı da vəziyyətin gərginləşdirilməsi və daxili siyasi münasibətlərin kəskinləşdirilməsi üçün istifadə etmək istəyirlər.
Raul Xadjimba
Siyasi qarşıdurma martın 2-də açıq formaya keçdi, bu zaman təşəbbüs qrupu (46 nəfər) mətbuat konfransı keçirərək bildirib ki, “referendumun keçirilməsinin zəruriliyi ictimai-siyasi vəziyyətin pisləşməsi ilə bağlıdır. JAMnews artıq referendumun lehinə, əleyhinə olanların və tərəddüd edənlərin arqumentləri barədə ətraflı danışıb.
Bununla yanaşı Abxaziyada növbəti dəfə vaxtından əvvəl prezidenti dəyişməkdəncə, hökumətin fəaliyyət sistemini dəyişmək daha yaxşı olardı – təşəbbüsü də fəal müzakirə olunur. Yəni tamamilə yeni bir “xalq həmrəyliyi hökuməti yaratmaq lazımdır.
Bu ideyanın müəllifləri iki mərkəzçi təşkilat – “Ədalətli Abxaziya və “Abxaziyanın ədalət və inkişaf naminə xalq cəbhəsi siyasi partiyasıdır.
Təzə fırıldaqçılar lazım deyil
Bu təşəbbüsün müəllifləri hesab edirlər ki, ictimai həmrəylik bazasında yaradılan hökumət real islahatlara başlaya və mövcud hakimiyyətlə müxalifət arasında yaranan antaqonizmi aradan götürə bilərdi.
“Biz bir fırıldaqçıların digərləri ilə əvəz olunmasına qarşıyıq. Yeni hakimiyyət peşəkar və effektiv olmalıdır, – “Ədalətli Abxaziyanın həmsədri David Aqrba deyir.
“Abxaziyanın ədalət və inkişaf naminə xalq cəbhəsinin lideri Laşa Sakaniya cəmiyyətdə onların hakimiyyətə yol tapmaq cəhdləri ilə bağlı gəzən fikirləri inkar edir. “Nə şəxsən mən, nə də həmkarlarım özümüzü xalq birliyi hakimiyyətinin üzvlüyünə təklif etmirik. Prezidentin və komandasının yanında olmağa və islahatlarda fəal iştirak etməyə hazırıq, amma biz dövlət hakimiyyəti qurumlarında özümüzə iş tapmaq imkanı axtarmırıq.
Ağır çəkililər kölgədən çıxır
Yeni siyasi oyunçuların (hər iki təşkilat ancaq ötən ilin axırlarında yaranıb) ideyası ola bilsin diqqətdən kənarda qala bilərdi, onu siyasətdə ağır çəkisi olan “Vahid Abxaziyanın lideri Sergey Şamba dəstəkləməsəydi. Onun ardınca da tək “Vahid Abxaziya deyil, həm də keçmiş baş nazir Beslan Butbanın “ERA partiyası və Beslan Eşbanın “Apsadqil hərəkatı da ideyanı bəyəndiklərini bildirdilər.
“2004-cü ildən sonra biz iki dəfə güclə böyük fəlakətdən qurtulduq. Təəssüf ki, indi də elə həmin yolla gedirik – münaqişə tərəfləri arasında hər hansı kompromisin əldə edilməsi üçün heç bir addım atılmır, – deyə Sergey Şamba bildirib.
Onun sözlərinə görə, xalq birliyi hökumətini eksperiment kimi nəzərdən keçirmək olar. “Əminəm ki, bu gün heç kim hadisələrin konstitusiya çərçivələrindən çıxmasını istəmir. Düşünürəm ki, hamımız hakimiyyətlə müxalifət arasında vasitəçi ola bilərik ki, referendum məsələsini aradan qaldıraq, bir xalq etimadı hökumətində birləşək və onun ölkəni necə idarə edəcəyinə baxaq.
Sergey Şamba
“Abxaziya evimizdir ictimai təşkilatının rəhbəri Raul Lolua təşəbbüsü qeyri-real hesab edir, çünki bu cür hökuməti ancaq parlament respublikası şəraitində yaratmaq olar.
“Bizdə prezident üsul-idarəsidir və ancaq prezident nazirlər kabinetini təyin və təsdiq edir. Yəni “koalisiya hökuməti və ya “xalq həmrəyliyi hökuməti kimi bir forma qanunvericiliyimizdə nəzərdə tutulmayıb. Prezidentdən bunun yaradılmasını necə tələb edə bilərik?
Raul Lolua
“Ədalətli Abxaziyanın mayın ortalarında keçirdiyi geniş sosioloji sorğunun nəticəsində məlum olub ki, respondentlərin 66,7 faizi təşəbbüsü dəstəkləyir. Düzdür, sorğu vərəqələrində başqa bu ifadə işlənib – “koalisiya hökuməti.
Həmin vaxtlarda hələ prezidentin köməkçisi vəzifəsində olan İrakli Xintba özünün sosial şəbəkədəki səhifəsində təşəbbüsə rişxəndlə yanaşdı: “Koalisiya hökuməti ilə xalq etimadı hökuməti arasında böyük fərq var.
Prezident Raul Xadjimba ideyanı rədd edərək, referendumu seçdi.
Məqalədə bildirilən fikirlər müəllifin nöqtei-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 02.05.2016