Azərbaycanda müxalif partiya liderinin növbəti mühafizəçisi həbs edilib
Bir həftə ərzində müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin iki mühafizəçisi həbs edilib. Birinci həbs olunan Niyaməddin Əhmədov olub, onu terroru maliyyələşdirməkdə günahlandırıblar. Onun ardınca isə Səid Məmmədzadə silah tətbiq etməklə xuliqanlıq törətməkdə ittiham olunaraq həbs edilib. AXCP-də hesab edirlər ki, bu ittihamların ikisi də saxtadır, siyasi motivlidir və hakimiyyət bu yolla partiyanı boğmağa çalışır.
Səid Məmmədzadə ictimai əsaslarla Əli Kərimlinin təhlükəsizliyini təmin edirlər. Onu bir şəxsin üzərinə silahlı hücum etməkdə günahlandırırlar – “Kavkazskiy uzel” xəbər verir. Buna görə Məmmədzadəni iki ildən altı ilə qədər həbs cəzası gözləyir, hələlik isə məhkəmə onun haqqında üç aylıq həbs qətimkan tədbiri seçib.
- “Azərbaycanda yaşamaq mənim haqqımdır”. Keçmiş vicdan məhbusu, jurnalist Əfqan Muxtarlı gələcək planları haqda danışıb
- Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki bəlası
- Azərbaycanda parlament seçkiləri haqda hər şey bir dəqiqəlik videoda
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Məmmədzadənin həbsini təsdiqləyiblər, amma bildiriblər ki, onun müxalifətçi kimi fəaliyyətinin məsələyə aidiyyatı yoxdur.
“Məmmədzadənin partiya mənsubiyyətinin məsələyə heç bir aidiyyatı yoxdur. İstintaq materiallarına əsasən, o, işlətdiyi avtoyuma məntəqəsində bir vətəndaşa bıçaq xəsarətləri yetirib”, – nazirlikdən bildirilib.
Eyni zamanda AXCP rəyasət heyətinin üzvü Ayaz Məhərrəmli bildirir ki, avtoyuma məntəqəsində bir şəxsin Səid Məmmədzadəni təhqir etdiyini və onu təhrik etdiyini görüb, amma o, reaksiya verməyib. Məhərrəmli hesab edir ki, məhz bu hadisəni hakimiyyət hücum kimi qələmə vermək istəyir.
“Bu, AXCP-ə qarşı repressiyaların yeni dalğasıdır. Son ay yarım ərzində inzibati qaydada 15 nəfər fəalımız həbs edilib, üç nəfər cinayət məsuliyyətinə cəlb olunub. Daha on nəfər bundan əvvəl uzun müddətli həbs cəzasına məhkum edilib”, – AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.