Müstəqilliyin 25-ci ildönümü
25 il əvvəl keçmiş sovet respublikası Gürcüstan müstəqilliyini elan etdi. O. bu dövr ərzində hansı yolu keçdi? Gürcüstanın ən yeni tarixinin ən mühüm günlərini nəzərdən keçirək.
31 mart 1991-ci il
Ümumxalq referendumunda “26 may 1918-ci may tarixli akt əsasında Gürcüstanın dövlət müstəqilliyinin bərpasına razısız? – sualına seçki hüququ olan 98% əhali müsbət cavab verdi. 9 aprel 1991-ci ildə referendumun nəticələrinin əsasında Gürcüstan Respublikasının Ali Şurası Gürcüstanın dövlət müstəqilliyinin bərpa olunduğunu elan etdi.
26 may 1991-ci il
Müstəqil Gürcüstan ilk prezidentini seçdi. Bu, Milli Azadlıq Hərəkatının liderlərindən biri 52 yaşlı Zviad Qamsaxurdia oldu.
22 dekabr 1991-ci il
Tbilisidə vətəndaş müharibəsi başladı. Qamsaxurdia hakimiyyəti ilə qiyam edən hərbiçilər və siyasətçilər arasında qarşıdurma insan qurbanları və ədavətə gətirib çıxardı. Tbilisinin mərkəzi küçələrində tanklar göründü, mərmilər partlayırdı. Bir qədər sonra vətəndaş qarşıdurmasının episentri Sameqreloya keçdi. Müharibə qanuni hakimiyyətin devrilməsi və prezident Qamsaxurdianın Gürcüstandan qovulması ilə nəticələndi. Ölkəni “Hərbi şura idarə etməyə başladı. Vətəndaş müharibəsi iki il davam etdi.
7 mart 1992-ci il
“Hərbi Şuranın dəvəti ilə Moskvadan Gürcüstana Eduard Şevardnadze gəlir, sonradan (1995-ci ilin noyabr ayında) o, ölkənin ikinci prezidenti olur. Şevardnadze faktiki olaraq 11 il ərzində ölkəni idarə edib.
14 avqust 1992-ci il
Abxaziyada hərbi əməliyyatlara başlanıldı. Sovet İttifaqı dağılandan sonra Abxaziya və Cənubi Osetiyada Rusiyanı qane edən idarə olunmayan proseslər gedirdi. Bu regionlar Gürcüstandan ayrılmaq istəyirdilər. Hərbi əməliyyatlar əvvəlcə Cənubi Osetiyada (1990-cı il), sonra da Abxaziyada başladı. Abxaz müharibəsi 13 ay davam etdi və Abxaziyanın öz müstəqilliyini elan etməsi ilə nəticələndi. Nə Abxaziyanın, nə də Cənubi Osetiyanın müstəqilliyi indiyədək nə Gürcüstan, nə də onun beynəlxalq tərəfdaşları tərəfindən tanınmayıb. Abxaz və Cənubi Osetiya müharibələrinin nəticəsində minlərlə insan həlak olub. Müxtəlif vaxtlarda ümumilikdə 250 minə yaxın etnik gürcü zorla köçürülən şəxs və qaçqın kimi tanındı.
24 avqust 1995-ci il
Gürcüstan parlamenti əsas qanun olan Konstitusiyanı qəbul edir.
1999-ci il
Gürcüstan Avropa Şurasının tamhüquqlu üzvü oldu. “Mən gürcüyəm, buna görə də avropalıyam – bu sözləri Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniya 1999-cu ildə Avropa Şurasının Baş Assambleyasının iclasında deyib.
25 noyabr 2003-cü il
2003-cü ilin noyabr ayında Tbilisidə Şevardnadze hakimiyyətinə qarşı dinc xalq çıxışları başladı, bu da prezident Şevardnadzenin istefasına və Gürcüstanda siyasi hakimiyyətin dəyişməsinə gətirib çıxardı. Bu hadisələr “qızıl güllər inqilabı kimi tarixdə qaldı. Sonradan prezident seçkiləri təyin edildi (2004-cü ilin yanvar ayında), seçkilərdə Mixail Saakaşvili qalib gəldi və Gürcüstanın üçüncü prezidenti oldu.
İyul 2004-cü il
2003-cü il “Qızıl gül inqilabından sonra gənc islahatçılardan ibarət hakimiyyət hərtərəfli islahatlara başladı. Polis islahatı daha uğurlu görünür. 2004-cü ildə yol polisi departamenti ləğv edilir. Bir ay ərzində Gürcüstanın yollarında ümumiyyətlə yol polisi olmayıb. Bundan sonra yeni əməkdaşların cəlb olunması üçün media-kampaniyaya başlanılır. Polisdə işləməklə maraqlanan gənclərin 15%-i qadınlar idi. Polis işçilərinə aylıq maaş 450 dollar ekvivalentində təyin edilir, əvvəlki əmək haqqı isə 30 dollar idi. Seçmə turundan 2467 qadın və kişi keçir, bundan sonra onlar üçün iki həftəlik təlim kursları keçirilir, onlara xüsusi uniforma təqdim edilir, uniformanın gözəçarpan yerində sahibinin soyadı göstərilir. Təzə polis işçilərinə “Makarov tapançası əvəzinə İsrail istehsalı olan tapançalar paylayırlar. 2004-cü ilin avqust ayında yeni polis işə başlayır. Cinayətkarlıq səviyyəsi əməlli-başlı düşür, polis rüşvət almır. Digər tərəfdən, bəzi ekspertlər və beynəlxaq təşkilatların nümayəndələri hakimiyyəti cinayətkarlıqla mübarizədə qeyri-leqal və qanunsuz taktikanın istifadə olunmasında günahlandırır və ara-sıra hakimiyyətin ünvanına insan haqlarının pozulması ilə bağlı iddialar səsləndirilirdi.
3 fevral 2005-ci il
Gürcüstanın baş naziri Zurab Jvaniyanın meyiti tapılır. Rəsmi məlumata görə, Zurab Jvaniya qızdırıcı cihazın nasazlığına görə karbon qazından zəhərlənib.
7 noyabr 2007-ci il
Hakimiyyət güc tətbiq edərək, Tbilisidə müxalifətin dinc aksiyasını dağıdır. Həmin gün də xüsusi təyinatlılar gürcü oliqarxı Badri Patarkatsişviliyə məxsus “İmedi televiziya şirkətinin binasına soxuldu. Hakimiyyətin bildirdiyinə görə, ölkədə Patarkatsişvili və Rusiya xüsusi təyinatlıların köməyiylə çevriliş planlaşdırılırdı. Ölkədə fövqəladə vəziyyət elan olunur. Gərginliyi azaltmaq üçün 2008-ci ilin yanvar ayında prezident Saakaşvili vaxtından əvvəl prezident seçkilərini elan edir. Bu seçkilərin nəticəsində Saakaşvili ikinci müddətə prezident seçilir.
12 avqust 2008-ci il
Rusiya-Gürcüstan müharibəsi. Bu 5 günlük müharibənin nəticəsində hər iki tərəfdən yüzlərlə insan həlak olur. Gürcüstan Abxaziya və Cənubi Osetiyanın müəyyən rayonları üzərində nəzarəti itirir; minlərlə etnik gürcü məcburi köçkün olur; Rusiya isə 26 avqust 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini elan etdi. Bu, Avropada iyirmi birinci əsrin ilk müharibəsi oldu.
Qori, 2008-ci ilin avqust ayı, Foto: REUTERS
1 oktyabr 2012-ci il
Parlament seçkilərində “Gürcü arzusu qalib gəlir, nəticədə də Mixail Saakaşvilinin “Milli hərəkat partiyasının 9 illik hakimiyyətinə son qoyulur və ölkəyə yeni hakimiyyət gəlir. Bu, müstəqil Gürcüstanın tarixində ilk dinc hakimiyyət dəyişiklikliyi oldu. Bir il sonra prezident seçkiləri baş tutur və ölkənin dördüncü prezidenti Giorgi Marqvelaşvili olur.
“Gürcü arzusunun tərəfdarları seçkilərdəki qələbəni qeyd edir. 2012-ci il, 1 oktyabr. Müəllif: Aleksey Kudenko, “Sputnik.
27 iyun 2014-cü il
Gürcüstan Aİ ilə Assosiasiya haqqında müqavilə imzalayır, bununla da özünün Avro-atlantika istiqamətliliyini təsdiq edir. Assosiasiya haqqında müqavilə Şərq tərəfdaşlığı proqramında iştirak edən dövlətlərin Avropa standartları və normalarına daha çox yaxınlaşması üçün Avropa İttifaqının əsas alətidir. Bundan baqşa, istisna deyil ki, Gürcüstan vətəndaşları artıq bu il – müstəqilliyin 25-ci ildönümündə Avropaya vizasız səyahət edə biləcək. Bu gün Gürcüstan Avropa İttifaqı tərəfindən vizasız rejim haqqında qərarın qəbul edilməsi gözləntisindədir.
8 noyabr 2016-cı il
Gürcüstanda parlament seçkiləri baş tutacaq. Müstəqil Gürcüstanın tarixində xronoloji zəncirin necə davam etməsi onların necə keçirilməsindən çox asılıdır.
Dərc edilib: 26.05.2016