“Münaqişənin davamı Rusiyanın regionda qalmasını şərtləndirir” – Bakıdan şərh
Azərbaycan-Ermənistan, gərginlik, kim günahkardır?
2022-ci il sentyabrın 13-ə keçən gecə və gündüz Azərbaycan və Ermənistan sərhədində ağır artilleriyanın müşayiətilə hərbi toqquşma yaşanıb. Hər iki tərəfdən itkilər var.
Azərbaycan öz ordusunun addımlarını Ermənistan tərəfinin təxribatı və gələcəkdə təxribatın qarşısını almaq üçün Ermənistanla dövlət sərhədi boyu bufer zonanın yaradılmasının vacibliyi ilə izah edib. Azərbaycanlı politoloqun fikrincə, münaqişənin davamı Rusiyanın regionda qalmasını şərtləndirir.
- Bakı beş erməni hərbçini qaytarıb. Nəyin əvəzində? Bakı və Yerevandan şərh
- Azərbaycan “ABŞ-ın Minsk Qrupunu “reanimasiya” etmək cəhdinə” etiraz edir
- ABŞ Dövlət Departamenti yenidən ATƏT-in Minsk Qrupunu xatırlayıb
Avropa Şurasının sədri Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 31 avqust 2022-ci ildə Brüsseldə keçirilən üçtərəfli görüşdən dərhal sonra iki ölkə sərhədində atəşkəs rejiminin pozulması halları başlayıb.
Sentyabr başlayandan bəri Azərbaycanın Müdafiə Nazirliyi gər gün Ermənistanla sərhəddə Ermənistan tərəfinin atəşkəs refimini pozması haqda məlumat yayırdı. Hər dəfə bu məlumatlar Ermənistan Müdafiə Nazirliyi tərəfindən təkzib edilirdi.
Azərbaycan Müdafiə Nazirliyinin hərbi əməliyyatların başlaması haqda yaydığı birinci bəyanatdan sonra Azərbaycanın hökumətyönlü nəşrləri bir ağızdan sərhəd boyu “bufer zona”nın yaradılmasının vacibliyinə dair materiallar dərc etməyə başladılar.
“Azərbaycan MN-in relizindən məntiqi olaraq qoşunlarımızın həyata keçirməli olduğu bir doğru nəticə çıxarmaq mümkündür, məhz: sərhədyanı rayonlarda təhlükəsiz bufer zona yaratmaq lazımdır ki, bilavasitə Azərbaycan ərazisinə qarşı təxribat təhlükəsini tam aradan qaldırmaq mümkün olsun. Bunu 30 illik işğala və vurulmuş ziyana görə kontribusiya hesab edə bilərik”, – caliber.az Telegram kanalının məlumatında deyilir.
Hərbi əəliyyatlar zamanı Azərbaycan tərəfinin verdiyi itkilər haqda hələlik rəsmi informasiya yoxdur. Müstəqil mənbələrin yaydığı qeyri-rəsmi məlumata əsasən 15 nəfərin həlak olduğu məlumdur. Ermənistan tərəfi 49 nəfərin həlak olduğunu açıqlayıb də “bu rəqəmin yekun olmadığını” açıqlayıb.
Sentyabrın 13-də “Ermənistan-Azərbaycan sərhədində Ermənistanın həayata keçirdiyi təxribaxlarla əlaqədar olaraq” Azərbaycan prezidenti İlham Əliyyev ölkənin SQ rəhbərliyi ilə təcili iclas keçirib.
Dövlət saytının verdiyi məlumata əsasən, “iclasda müvafiq hesabatlar təqdim olunub, Ermənistan silahlı qüvvələri tərəfindən iki dövlət arasındakı sərhəddə törədilən təxribatın qarşısının alındığı, bütün lazımi vəzifə və tapşırıqların yerinə yetirildiyi qeyd edilib.
Qeyd olunub ki, yaranmış gərginliyə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür, sərhəd boyu əməliyyat vəziyyəti Azərbaycan SQ-nin nəzarəti altındadır”.
Şərh
Siyasi icmalçı Şahin Cəfərlinin fikrincə, Ermənistan “hələ də Rusiyanın əlində alət olaraq qalır”. O qeyd edib ki, Rusiya üçün Ermənistan tərəfinin köməyilə sərhəddə və ya Qarabağda təxribat təşkil etmək çox asandır.
“Digər tərəfdən, etiraf etməliyik ki, Azərbaycanın lokal (yalnız lokal) əks tədbirlər görməsi də Rusiyanın marağına uyğundur”, – o vurğulayıb.
“Məlum olduğu kimi, ötən müddətdə bir neçə dəfə bizim əks zərbələrimizə göz yumublar, əngəl olmayıblar. Aydındır ki, Rusiya Azərbaycanın vəziyyəti strateji baxımdan dəyişəcək addımlarına (məsələn, Qarabağın tam nəzarətə götürülməsi və bu məsələnin bitirilməsi) imkan vermək istəməyəcək.
Ermənilərin provokativ davranışları (burda şəxsən Paşinyanın rolu olduğuna şübhəm var) və bizim buna cavablarımız konflikt situasiyasının davam etməsini, konfliktin davam etməsi isə Rusiyanın bölgədə qalmasını şərtləndirir.
Çünki belə bir vəziyyətdə:
- Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması və hər iki tərəfin belini bükmüş bu uzunmüddətli düşmənçiliyə son qoyulması mümkün olmur, yaralar qaysaq bağlamır və qanamağa davam edir, Avropa Birliyinin vasitəçiliyi də iflasa uğrayır;
- Qarabağda Rusiya hərbi kontingentinin sülhməramlı adı ilə mövcudiyyəti legitimlik qazanır və onların yaxın gələcəkdə oranı tərk etməsi ehtimalı aradan qalxır;
- Bütün dünya görür ki, ermənilər və azərbaycanlılar bir-birini qırmağa davam edir və heç cür anlaşa bilmirlər. Qərb qorxuya düşür və fikirləşir ki, Rusiya olmasa, Azərbaycanla Türkiyə Ermənistan dövlətini və Qarabağ ermənilərini məhv edə bilər, Qarabağda azərbaycanlılar və ermənilərin birgəyaşayışı imkansızdır, ona görə də Rusiya elə orda qalsa yaxşıdır, sonrasına baxarıq.
Çox təəssüf ki, imperiyanın “dovşana qaç, tazıya tut” siyasəti hələ də effektivdir və ermənilərlə biz bir-birimizi ittiham edə-edə, didişə-didişə, vuruşa-vuruşa qapalı dairənin içində vurnuxmağa davam edirik. Bunun sonu hələ ki görünmür», – Cəfərli Faceboo səhifəsində qeyd edib.
Azərbaycan-Ermənistan, gərginlik, kim günahkardır?