Müharibədə həlak olan 24 yaşlı Taron haqda xatirələr. Foto-hekayə
Laura Sarkisyan Yerevanda yaşayır. Onun 24 yaşlı oğlu Taron ikinci Qarabağ müharibəsində [27 sentyabr – 10 noyabr, 2020-ci il] iştirak etmək üçün könüllü Artsaxa [tanınmamış Dağlıq Qarabağ Respublikası] yollanıb və Azərbaycan dronunun hücumu nəticəsində həlak olub.
Taron Qivarqizyanın ölümündən artıq bir neçə ay keçib. Laura müharibədən əvvəlki rutininə qayıtmağa çalışır, amma oğlunun borazı, onun haqqında xatirələr həyatının böyük hissəsinə çevrilib.
O deyir ki, işi olmasaydı, həyatına necə davam edə biləcəyini təsəvvür etmir – əlbəttə, əvvəlki kimi mümkün deyil, amma heç olmasa əvvəlkinə yaxın.
Lauranın yaşadığı mənzil bir növ Taron haqda xatirələr muzeyinə çevrilib. Hər bir küncü ona oğlunu xatırladır. Taron orduda könüllü xidmət etmək üçün məktəbi yarım buraxıb. Buna görə də sonuncu məktəb fotosunda (“vinetka” deyilən) o, hərbi formadadır.
Laura elə yaşamağa çalışır ki, sanki oğlu Taron hələ də onunladır. Onun yatağının üzünü dəyişmir – onun qoxusunu da qorumağa çalışır. Oğlunun dostları tez-tez onun yanına gəlirlər, onunla bağlı hekayələri danışırlar, Laura dinlədikcə təəccüblənir.: Taron nə zaman belə xeyirxah, yaxşı və ləyaqətli insan kimi böyüyüb.
Oğlunun yoxluğunu az da olsa doldurmaq üçün Taronun dostları qarşı evin divarında onun portretini çəkiblər, düz Lauranınpəncərəsinə baxır. Beləliklə, evin hər tərəfindəonu, dostlarını, həyatını və ölümünü xatırladan nəsnələr sırasına bu portret də əlavə olunub.
Hətta evdən çıxanda da Lauura oğlunun xatirəsiylə üzləşir. Yaxınlıqdakı kilsənin həyətində onun xatirəsinə Ermənistan üçün ənənəvi olan içməli su bulağı çəkilib.
Lauranın həyatı iki hissəyə bölünüb – oğlunun ölümündən əvvəl və sonra. Onun dövlətə münasibəti də dəyişib. İndi Laura ölkə rəhbərliyinin onun fikrincə yol verdiyi yanlışlara daha sərt yanaşır. O əmindir ki, Vətən uğrunda həyatını qurban vermiş döyüşçülərin xatirəsini uca tutmaq üçün güclü Ermənistan qurmaq lazımdır.
“Qadınlar qan verir, kişilər isə müharibəyə gedir”, – Taronun anasına son sözü bu olub. Laura xəyalən müharibə günlərinə qayıdır, analiz etməyə, müharibə zamanı baş verənləri anlamağa çalışır.
Taron kilsədə xidmət edib, keşiş köməkçisi olub, idmanla da məşğul olub, bir neçə musiqi alətində ifa edib və 28 ailə üçün xaç atası olub.
Laura aztəminatlı ailələrə kömək edir və hesab edirbu yolla oğlunun işini davam etdirir.
Yerablurda hərbi məzarlıqda Laura bir neçə həlak olmuş əsgərin anası ilə tanış olub. Onun təşəbbüsü ilə onlar ümumi çat yaradıblar, orada oonlar ailələri ilə bağlı yenilikləri bölüşürlər, bir-birlərinə təsəlli verirlər.
Laura “məzar” sözünü dilinə gətirmir. Sadəcə deyir ki, Taronun ziyarətinə gedir. Onun ailəsində Taron haqqında keçmiş zamanda danışmırlar.
Bir də o, belə qərara gəlib ki, onun oğlu yenidən doğulacaq və yenidən ana olacağını istisna etmir.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.