“Müharibə olmasaydı, gülməli olardı” – Ermənistandan “Dolma gündəlikləri” komik serialı haqda
Dolma gündəlikləri /Dolma Diaries Ermənistanda
“Dolma gündəlikləri” veb-serialı (Dolma Diaries videosuna məqalənin sonunda baxmaq olar) bir qrup Cənubi Qafqaz və Almaniya vətəndaş cəmiyyəti fəalları və media prodüserləri tərəfindən regionda, xüsusən də Qarabağ münaqişəsi kontekstində düşmən obrazına mənfi münasibəti ifadə etmək məqsədilə düşünülüb.
Bunun üçün Ermənistan, Azərbaycan və Gürcüstandan olan müəlliflər uydurulmuş hekayələr və televiziya yumoru formasında yanaşma seçiblər.
Hələlik birinci epizod çəkilib. Berlində birgə kirayədə yaşayan üç gənc oğlandan – erməni, azərbaycanlı və gürcüdən bəhs edir. Onlar Almaniyaya təhsil almağa gəliblər, təqaüd alıblar, bunun ilkin şərtlərindən biri də “rəqiblə birgə yaşamaq”dır.
İlk epizodun ideyası və çəkilişlərinin bütün hekayəsi burada:
Müəlliflər bildirirlər ki, şərh yazmaq imkanını məhdudlaşdırmayıblar, çünki bu, ictimai fikti öyrənmək və gələcək seriyalar üçün istiqaməti tutmaq baxımından çox yaxşı imkandır.
Maraqlıdır ki, artıq nmi beş yüzdən çox olan şərhlər arasında mənfi rəylər azdır. Əsasən insanlar yaxşı yumoru və sülhsevər ideyaların yayılmasını qeyd ediblər.
Bu məqalə “Dolma gündəlikləri”nin ilk pilot seriyasının Yerevanda qrup nümayişindən sonra keçirilmiş müzakirələrin icmalıdır.
Müzakirə hələ filmin nümayişindən əvvəl başlayıb. Mübahisə predmeti filmin adında yer alan “dolma” sözü olub. Diskussiya iştirakçılarının çoxu bildirib ki, bu, türk sözüdür, mənası da “içi doldurulmuş” deməkdir və “üzüm yarpağı” mənasını verən “tolma” sözünə aidiyyatı yoxdur.
İlk kiçik terminoloji döyüşdən sonra daha geniş müzakirə başlayıb.
Stereotiplər şişirdilib
Erməni, azərbaycanlı və gürcü gənclərində olduğu bildirilən və filmdə təqdim olunan stereotiplər hədsiz şişirdilib – 27 yaşlı menecer Knarik Baqdasaryan belə hesab edir:
“Almaniyaya təhsil almağa gedən Armen deyir ki, vətənini çox sevir, amma Avropada özünü daha azad hiss edir, çünki “atasının yaxın dostunun qızı” ilə yox, bəyəndiyi qızlarla görüşə bilər. Ermənistanda qeyri-azadlığın bu cür mənzrəsi nəinki köhnəlibŞ ümumiyyətlə həqiqəti əks etdirmir.
Əlbəttə, söhbət yumoristik serialdan gedir, amma nəzərə almaq lazımdır ki, onun hədəf auditoriyası avropalılardır, nəticədə onlarda Qafqaz xalqları və onların dəyərlər sistemi haqda yalnış təsəvvür formalaşır”.
Yaxşı yumor
Amma yumordan danışsaq, bu seriyada yumor çox uğurludur – Knarik Baqdasaryan deyir:
“Seriya qafqazlıların bir-biri haqda təsəvvürünü yaxşı göstərir. Bunlar kim tərəfindən, harada və nə vaxt yaradıldığı məlum olmayan narrativlərdir. Xüsusilə, insan haqqında təsəvvürün formalaşmasında ilk və hətta yeganə müəyyənedici amil onun milli mənsubiyyəti olduqda. Bir-biri haqda bu natamam, qeyri-adekvat təsəvvür regionda dialoq üçün imkanların formalaşmasına çox mane olur”.
Yersiz yumor
33 yaşlı hadrutlu bioloq Saribek Mirzoyan özünü 44 günlük müharibənin iştirakçısı kimi təqdim edib. müəlliflərin yanaşması onun xoşuna gəlməyib. Saribek hesab edir ki, bu cür hekayə reallığı tamamilə təhrif edir və müəlliflər çox nahaq yerə hər iki xalq üçün ən ağrılı problemi yumor vasitəsilə təqdim etməyə çalışırlar.
“Bu münaqişəyə görə evini, vətənini və çoxlu qohumlarını itirən mənim kimilər üçün bizim ağrımızı “yumora” çüvirmək cəhdinə baxmaq mümkün deyil. Bəlkə Vətəni ilə emosional və fiziki əlaqəsi olmayan ermənilər üçün mümkündür, amma mənim üçün və minlərlə mənim kimilər üçün yox”, – Saribek deyir.
25 yaşlı sosial işçi Elina Aristakesyan ümumilikdə bu yanaşmanı dəstəkləyir. O deyir ki, dünyadakı hər hansı münaqişəyə aid belə bir gülməli filmə məmnuniyyətlə baxar.
“Bizə müharibədən, minlərlə qurbandan sonra hədsiz ağrılı məsələlərə, məsələn sərhədlərin delimitasiyası məsələsinə yumor kontekstində baxmaq fövqəladə dərəcədə çətindir. Mən düşünürəm ki, belə məsələləri sadələşdirmək təhlükəlidir. Sərhəd insidentləri baş verən zaman, insanlar öz evlərini itirdikləri zaman erməni və azərbaycanlı oğlanların divanı bölüşdürdükləri epizoda yumorla baxmaq mümkün deyil.
Əvvəlcə divanı “tarixi vətəni” adlandıran gənc erməni bildirir ki, bircə santimetr də güzəştə getməyəcək, sonra güzəştə getmək və “mübahisəli ərazini” “bərabər” bölmək qərarına gəlir”, – Elina deyir.
Qafqazlıların öz qədim tarixilə bağlı qeyri-adekvat vəsvəsəsi yaxşı təqdim olunub
“Müəlliflər erməni-azərbaycanlı münaqişəsilə bağlı əsas problemlərdən birini çox yaxşı təqdim ediblər. Eramızdan əvvəl altıncı minillik haqda anlaşılmaz hekayələr danışaraq biz münaqişəni mifləşdiririk və onu bu regionda yaşamayan və onunla gündəlik bağı olmayan insanlar üçün çox uzaq edirik. Buna görə də bizim problemlərimizi nəticədə orta statistik avropalı anlamır.
Bu arada bu, tarixi yox, siyasi münaqişədir və məhz indi baş verir. Mən düşünürəm ki, biz özümüz tarixə münasibətimizi dəyişməliyik, əks halda biz heç vaxt bir araya gələ bilməyəcəyik”, – 31 yaşlı tarixçi Narek Hakopyan deyir.
Bununla yanaşı o, serialın üç il əvvəl, ikinci Qarabağ müharibəsi hələ baş verməmiş ərsəyə gətirilmədiyi üçün təəssüf edir. O deyir ki, bəlkə də onu 30 il sonra məkmək daha yaxşı olar, amma indi, münaqişə çözülmədiyi, yaralar hələ yeni olduğu zaman yox.
Nareh Hakopyan düşünür ki, əsasında artıq çözülmüş münaqişə (hansından sonra ki, xalqlar bir-biri ilə yaşamağı öyrənməlidirlər) dursaydı, serial daha dəyərli olardı. “İndi isə bu, qaçılmaz olaraq başlanğıc nöqtəsi olmayan növbəti boş dialoq cəhdinə çevriləcək”, – o deyir.
“Birgə yaşayış kinoda mümkündür, həyatda yox”
Filmdə haqqında bəhs edilən mümkün barışıq və ya birgə yaşayış mümkün deyil, ən azından hazırda – 43 yaşlı pedaqoq Qayane Manukyan hesab edir:
“İstənilən başqa yerdə, amma bizim ölkələrdə yox. Hələ ki, Sovet İttifaqı vardı, 70 il ərzində iki xalq arasında barışıq imkanları tapmağa cəhdlər edilirdi. Amma təcrübə göstərdi ki, təməldə həll edilməmiş münaqişə olduğu halda bu mümkün deyil.
Əlbəttə, fərdi səviyyədə birgə yaşayış və hətta dostluq mümkündür. Amma mənim üçün aydındır ki, münaqişə siyasi səviyyədə həll edilməyənə qədər, o, həmişə insanların həyatını təhdid edəcək, hətta öz aralarında dostluq edənlərin də”.
Dolma gündəlikləri / Dolma Diaries Ermənistanda