Mu-mu
Abxaziyanın Nəzarət palatası sovet dövründən sonra ilk dəfə olaraq neçə müəssisənin hələ də balansda mövcud olan kimi qeyd olunduğu öyrənmək qərarına gəldi. Yoxlama üç ay davam etdi. Məlum oldu ki, ümumiliklə 24 zavod və fabrik mövcud olan kimi qeydə alınıb. Amma onlardan heç biri işləmir. Nəzarət palatasının rəhbəri Robert Arşbanın bildirdiyi kimi, “müəssisələrin bütün işi sadəcə onların icarəyə verilməsindən ibarətdir.
Elə həmin bu icarəni şərh edən Arşba dedi ki, “bu heç də həmişə səmərə verməyib. Bununla belə məlum oldu ki, keçmiş sovet zavodları və fabriklərinin böyük anbarları Suxumun lap ucqar nöqtəsində yerləşən kirayə bir otaqlı mənzilin qiymətinə – 3 mindən 10 min rubla qədər [təxminən 40-150 dollar] – icarəyə verilir. Buna görə də “heç də həmişə səmərə verməyib ifadəsi auditorun dilindən çox yumşaq səslənir.
Yoxlamadan keçənlərin siyahısında Suxumun tikiş və tütün fabrikləri, ət kombinatı, kimya zavodu, bütün rayonlarda olan bir neçə çay zavodu və Abxaziyaya sovet irsindən qalan bir sıra müəssisə var. Onların demək olar ki, hamısı özlərinin ilkin təyinatı üzrə işləmirlər.
Sovet dövrü bütün bu fabrik və zavodların çiçəklənmə dövrüydü. Plan artıqlaması ilə yerinə yetirilirdi, sosial yarışların qaliblərin keçici qırmızı bayraqlarını alırdılar. Sovet İttifaqının nəhəng bazarı məhsulun keyfiyyətinə o qədər də diqqət yetirmirdi və bu müəssisələrdə istehsal olunan hər şeyi alırdı. SSRİ dağılandan sonra abxaz zavod və fabriklərinin əvvəlki qüdrəti toza döndü. Bəlkə də belə kəskin bir dönüş alınmazdı və çox güman ki, zavod və fabriklərin bir hissəsi işləyə bilərdi, müəssisələrin rəhbərləri öz fəaliyyətini yeni bazar qaydalarına uyğun qursaydılar. Amma bu nadir istisnalarla (Suxumun çaxır və pivə zavodları) baş vermədi.
Başlı-başına buraxılmış ancaq Abxaziyaya sovet sənayesindən miras qalan müəssisələr yox, hələ bu yaxınlarda kifayət qədər böyük pullar yatırılan zavodlar da oldu. Misal üçün, Suxum süd zavodu.
2012-ci ildə Rusiyanın maliyyə dəstəyi hesabına bu müəssisəyə 118 milyon rubl [rublun 2012-ci il məzənnəsinə uyğun olaraq 4 milyon dollara yaxın] yatırılmışdı. Əsaslı təmirdən sonra süd zavodu ancaq bir il işlədi. Və süd məhsullarının idxalçıları ilə rəqabətə dözməyib, bağlandı.
İqtisadiyyat naziri Adqur Ardzinbanın fikrincə, zavodun əsas problemi özünün xammalının olmaması ilə bağlıydı. Onu xaricdən almaq lazımıyı, bu da təbii olaraq məhsulun maya dəyərinə təsir edirdi.
İqtisadiyyat naziri Adqur Ardzinbanın fikrincə, zavodun əsas problemi özünün xammalının olmaması ilə bağlıydı. Onu xaricdən almaq lazımıyı, bu da təbii olaraq məhsulun maya dəyərinə təsir edirdi.
Sentyabrın axırlarında Abxaziyaya Tatarıstan prezidenti Rüstəm Minnixanov gəldi. O vaxt o süd zavoduna xüsusi maraq göstərdi. Rəsmi məlumata görə, indi süd zavodunun işlək vəziyyətə qaytarılması ilə bağlı danışıqlar gedir. Güman edilir ki, Tatarıstan müəssisəni icarəyə götürərək, öz xammalını gətirəcək, məhsulu isə yerli bazarda satacaq.
Auditin kifayət qədər şok verici nəticələri ilə əlaqədar olaraq iqtisadiyyat naziri Adqur Ardzinba geniş miqyaslı kadr dəyişikliklərini vəd etdi. Baxmayaraq ki, özü də deyirdi ki, müəssisə direktorları bu dəyişikliklərə ciddi müqavimət göstəriblər.
Əksər direktorlar bu müəssisələrə on ildən çoxdur ki, rəhbərlik edir və zavod və fabriklərin rəsmi olaraq dövlətə məxsus olmalarına baxmayaraq, menecerlər onları az qala özününkü hesab etməyə öyrəşiblər. Bəzi müəssisələrdə direktorluq atadan oğula, kürəkənə, qardaşa keçib və dövlət tərəfindən buna xüsusi bir müqavimət bu yaxınlara qədər göstərilməyib.
Bu vəziyyətdən çıxış yolu obyektlərin özəlləşdirilməsi ola bilərdi. Amma qanun belə iri müəssisələri özəlləşdirməyə icazə vermir. Amma hər bir qaydada olduğu kimi burada da istisnalar var. Ayrıca bir qanun qəbul etməklə, konkret obyekti fərdi şəxslərə satmaq olar.
Kağızda müəssisə meneceri olanlar siyasi amildən öz xeyirlərinə istifadə etməyə çalışır və bildirirlər ki, onları indiki müxalifətin tərəfində olduqları üçün işdən azad etmək istəyirlər.
Misal üçün, “Abxaz sərhəd mühafizəsi unitar müəssisəsinin direktoru Maksim Xarçilavanın işdən çıxarılması böyük səs-küyə səbəb oldu. Bu müəssisə çay sahillərinin möhkəmləndirilməsi və körpülərin tikintisi ilə məşğul olur.
Müxalifət bu qərarı müxalif “Amsxara partiyasının üzvü olan Xarçilavanın siyasi baxışları ilə əlaqələndirdi.
İqtisadiyyat naziri Adqur Ardzinba deyir ki, menecerlərin narazılığına baxmayaraq, istefalar davam etdiriləcək. “Biz heç kimə dövlət əmlakından bu cür istifadə etməyə imkan verə bilmərik. Əgər hər bir işdən çıxarılan pis menecer siyasi dissident statusuna iddia etsə, biz çətin ki, dövlət qura bilək.