Moskvada baş verən terror aktında 130 nəfərin ölümündən 14 il keçir
Rusiyada bu günlərdə dəhşətli bir ildönüm – Moskvada, Dubrovkada yerləşən Teatr Mərkəzinin zəbt olunmasının 14-cü ildönümü qeyd olunur. “Nord-Ost kimi tanınan terror aktı 23-26 oktyabr 2002-ci il tarixində baş verib.
“Kavkazski uzel in məlumatına görə, Movsar Barayevin başçılığı altında silahlı qruplaşma o vaxt 916 nəfəri girov götürdü. Qrup girovların sağ qalmasının əvəzində Çeçenistanda hərbi əməliyyatların dayandırılmasını və respublika ərazisindən federal qoşunların çıxarılmasını tələb edirdi.
Silahlıların tələbləri yerinə yetirilmədi. Artıq üç sutka sonra güc qurumları girovların azad olunması üçün əməliyyat keçirdi, əməliyyat zamanı rəsmi məlumatlara görə, 130 girov həlak oldu, 700-dən çox yaralandı. Əməliyyat zamanı 40 silahlı qətlə yetirildi.
Dubrovkadakı teatr mərkəzinin qarşısında “NORD-OST terror aktları zamanı zərər çəkənlərin müdafiəsinə dəstək regional ictimai təşkilatı tərəfindən təşkil olunan xatirə aksiyası keçirildi. Üç yüzə yaxın adam gəldi. Aksiya bir dəqiqəlik sükutla başladı. Metronomun sədaları altında bütün qurbanların adları oxundu. Teatr komleksi qarşısında, pillələrin üstündə 130 şamlı şüşə çıraq və həlak olanların portretləri qoyuldu. “Kavkazski uzel in video-reportajı
Zərər çəkənlərin qohumları və yaxınları artıq 14 ildir ki, hakimiyyətdən girovların olduğu binaya xüsusi təyinatlıların hücumu zamanı hansı qaz və kimin əmri ilə istifadə olunub, niyə düzgün təxliyyə aparılmayıb və zərər çəkənlərə düzgün tibbi yardım göstərilməyib – suallarına cavab istəyirlər.
Həmin dəhşətli günləri redaksiyada keçirib, tamaşaçılara baş verənlər haqqında danışanlardan biri də rusiyalı teleaparıcı Olqa Romanova idi. Ukraynanın “Qromadski TV telekanalına müsahibəsində o indi Nord-Ostu necə xatırladığını danışır.
“Bu haqda heç nə bilməyən nəsil böyüyüb
– Bu cür hadisələr heç vaxt yaddan çıxmır, çünki sən efirə çıxırsan və sənə elə gəlir ki, bu efir heç vaxt bitməyəcək.
Adi efir aparırdım, bu xəbəblər idi. Xəbərləri aparanda, masanın üstündə duran kompüterdə qaynar lent gedir. Birdən teatr mərkəzinin zəbt edilməsi barədə qısa xəbər gözümə dəydi, onda hələ bunun hansı mərkəz olduğu məlum deyildi. O andan da həyatımız həmişəlik dəyişdi.
O vaxt biz həm efir zamanı, həm də efirdən sonra hadisələri izləyirdik. Üç sutka efirdən çıxmamışıq. Aparıcılar bir-birini əvəz edirdi, üç gün evdə olmadım.
Ən dəhşətlisi ilk qurban haqqında xəbər idi. Mən Olqa Romanovayam, ilk qurbanın adı da Olqa Romanova idi. Bu yeganə bir hadisə idi ki, mən efirdə vəzifə səlahiyyətlərimdən istifadə edərək, anama zəng etməyi xahiş etdim. Deyim ki, buradayam. Təsəvvür edin ki, siz həlak olanlar, ilk həlak olanlar arasında öz adınızı deyirsiz.
Bu günlər ərzində də biz çox kadr gördük, xüsusi təyinatlıların hücum vədinə qədər və ondan sonra. Heç vaxt heç yerdə getməyən kadrları gördük, onları hardasa vermək mümkün deyildi.
Bütün bunların çox böyük fəsadları oldu. Əslində НТВ telekanalına növbəti hücum “Nord-Ostun birbaşa davamı idi.
O vaxtlar НТВ telekanalı çox populyar idi və bu əbəs yerə deyildi. O vaxtlar indi oradan axıdılan çırkabdan əsər-əlamət yoxuydu. Orada Leonid Parfyonov, başqa çoxlu sayda maraqlı adamlar işləyirdi. Efir də insancasına idi, yadımdadır ki, sonradan НТВ telekanalında baş verənlər barədə böyük nəticələr çıxarıldı.
Ən müxtəlif “jurnalist rəhbərliklərinə sonradan Mətbuat Naziliyinə çevrilən qurumlar tərəfindən deyildi ki, НТВ canlı efirdə xüsusi təyinatlıların hücuma hazırlığını göstərib, əslində bu Birinci Kanal idi. Birinci Kanal da bunu heç cür şərh etmədi, demədi: “Bağışlayın, НТВ deyil, biz göstərmişik, bizi cəzalandırın.
НТВ efirin yazılarını gətirdi, göstərdi, amma bütün bunların bir əhəmiyyəti olmadı, məhv etmək istəyirdilər, etdilər də.
Bu, birincisi. İkincisi də o vaxtlar indi artıq alışdığımız və adi hal kimi qəbul etdiyimiz hadisə baş verdi. Axırıncı kadrları xatırlayırsız, artıq qətlə yetirilən terrorçuların cəsədləri olan kadrlar? Bu, ölü cəsədlər idi və bu cəsədlərdən birinin yanında konsert zalının bufetindən götürülən konyak şüşəsi peyda olur. Həmin şüşəni şahidlərin sözlərinə görə, jurnalist ( o vaxtlar jurnalist hesab olunan) Arkadi Mamontov gətirmişdi.
O vaxtlar bütün bunları bu cür düzüb-qoşmağın mümkün olması və bunun cəzasız qalması ilə bağlı ilk sarsıntı yaşadıq.
Və əlbəttə ki, rəsmi şəxslərin ilk kütləvi yalanı, tam acizlik, cəzasızlıq, nəyi demək olar, nəyi olmazla bağlı qadağalar cəhdi. Demək olmaz ki, əvvəllər belə cəhdlər olmayıb, amma sonralar, Beslandakı terror aktı zamanı açıq qadağalar oldu, bu da sonradan fövqəladə vəziyyətlərdə jurnalistlərin işində ciddi məhdudiyyətlərə gətirib çıxardı.
Elə alındı ki, son illər mən orada olan get-gedə daha çox tanış və dost qazanıran. Orada olan uşaqlar artıq böyüyüb, həyatlarında nələrsə baş verir və bütün bu həyatda həmin faciə dərin iz buraxıb.
Kimsə yaxın dostunu, kimsə övladını itirib. Bu yaxınlarda bütün bu müddət ərzində “Nord-Ost Birliyinə rəhbərlik edən Tatyana Karpova dünyasını dəyişdi, o həqiqət və o faciədə zərər çəkən insanların haqları uğrunda mübarizə aparırdı.
Əlbəttə indi biz, misal üçün, Boris Nemtsovun rolunu daha fərqli görürük. Bu yaxınlarda jurnalistlərlə bu rolla bağlı söhbət edirdik və məlum oldu ki, bir çox jurnalistlərin xəbəri var ki, terrorçuların Nemtsovun da gəlməsini tələb etmələrinə baxmayaraq, Putin şəxsən ona zala girməyi qadağan etmişdi. Boris Nemtsov bunu onunla izah edirdi ki, Putin onun populyarlığının artmasına görə narahat idi.
Bax bu cür şüyləri indi tamamilə fərqli görürük.
Təəssüf ki, bu mövzuya maraq getdikcə azalır. Bu haqda ümumiyyətlə xəbərsiz olan nəsil böyüyüb. Bu, müharibə kimidir: vaxt keçdikcə o daha çox “əfsanələşir, həqiqəti bilmək istəyənlərin sayı getdikcə azalır və əfsanə yaratmaq istəyənlərin sayı getdikcə artır.
Dərc olunub 27.10.2016