Bu Meydan köhnə Tbilisinin mərkəzidir. Tbilisinin dağlıq ərazisində kükürd hamamlarının, asma eyvanların və dar küçələrin unikal görüntüsü. Qədim vaxtlarda Meydan müxtəlif millətlərdən olan insanların, Qərb və Şərqdən gələnlərin görüş yeri olan ticarət mərkəzi idi. Görünür, Tbilisi həmin o koloritini geri qaytarır.
“Tbilisiyə gələn hər bir turist Meydanda azı bir selfi çəkdirir, – yerli suvenirlər mağazasının sahibi Tamaz deyir.
Xaricdən gələnlərin sayı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz artıb. Ən çox Gürcüstana turistlər aşağıdakı ölkələrdən və bu ardıcıllıqla gəlib: Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İrandan.
Bunların arasında statistika Azərbaycandan gələn turistlərin sayında kiçik artım (8.7. faiz) və İrandan gələn turistlərin sayında isə böyük artım göstərir (169.5 faiz göstərir).
2017-ci ilin 7 ayı üzrə statistikanın bir neçə daha maraqlı nəticəsi:
Avstriyadan gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb – 32 faiz.
Gürcüstana İordaniyadan gələn turistlərin marağında müstəsna artım hiss olunur – oradan 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 398 faiz daha artıq turist gəlib.
Gələn turistlərin sayında böyük artım siyahısında Livan (318 faiz artıq) və Səudiyyə Ərəbistanı (218 faiz artıq) var.