Medeya və Cumber
“Xibla Qerzmava dəvət edir Beynəlxalq Festivalının əsası 2001-ci ildə qoyulub və hər il Abxaziyada keçirilib, 2014-cü ildə isə Moskvada Stanislavski və Nemiroviş-Dançenko adına Musiqi teatrının səhnəsində və Çaykovski adına Konservatoriyanın Böyük Zalında keçirilib.
2015-ci ildə XIV festival Vyanada məşhur Muzikferayn zalının qızıl divarları arasında, 2016-cı ildə isə İsveçrədə, Sankt-Moritsada baş tutub.
On beşinci dəfə Xibla Qerzmava fərqli dəvət etmək istəyirdi, həm festival üçün seçilən meydança, həm biletlərlə bağlı ajiotay, həm də sözsüz ki, proqramın özü bundan xəbər verirdi.
Məhz “Medeyanın gəlməsi həqiqətən də gözlənilməz oldu. “Xibla Qerzmava dəvət edir yubiley festivalını Dioskurov bulvarında, “Suxum qalası dövlət tarix-mədəniyyət qoruğunda keçirmək və iki konsert proqramına bölmək qərarı verildi. Və artıq iyunun axırlarında qala ərazisinin təmizlənməsi və abadlaşdırılması ilə bağlı işlər görülməyə başladı.
Çatdırmaq
Biletlərin satışına iyulun 12-də start verildi. Rus dram teatrının kassalarına 900-dən çox bilet daxil oldu. Kassaların açılışına bir saat qalmış artıq teatr binasının yanında 50-yə yaxın adam toplaşmışdı. Bilet almaq istəyənlərin sayı anbaan artırdı. Növbəni qaydaya salmaq üçün siyahı tutmağa başladılar. Artıq günün ikinci yarısı iki festival günündən heç birinə bilet almaq mümkün deyildi.
Bir qədər sonra Abxaziyanın ikinci prezidenti Sergey Baqapşın adına olan meydanda “Medeyanın yayımı üçün üçün dördə olan ekran quraşdırıldı.
Xarabalıqlar üzərində şəhər
İyulun 28-də axşam konstruksiyalar və texnika ilə birlikdə 12 fura gəldi. Səhər səhnə və təxminən min nəfərlik amfiteatrın montajına başladılar. Təkcə səhnə konstruksiyalarının quraşdırılması ilə təxminən 30 nəfər məşğul olurdu, bir o qədər də oturacaq yerlərini montaj edirdilər.
Xibla Qerzmavanın özü meydançaya tez-tez gəlib, işin gedişatına nəzarət edir. Və bu yerin sehrli olduğunu etiraf edirdi.
Festival haqqında hər yerdə və hamı: xəbər lentləri, sosial şəbəkələr danışırdı. Şəhər sakinləri açıq havada qurulan teatra tərəf keçərək, indiyə qədər Abxaziyanın instagram məkanında görünməyən rakursdan şəkil çəkdirməyə çalışırdılar.
Təbiətin dəstəyiylə
Avqustun 3-də axşam tamaşaçılar tamaşa başlamazdan xeyli əvvəl Dioskur bulvarında toplaşmağa başladılar. Amfiteatr bir qədər yuxarıda quraşdırılmışdı və hər nöqtədən səhnəyə gözəl mənzərə açılırdı. Səhnə dəniz, səma, Dioskuriya ilə davam edirdi. Fotoaparatların işığı və tamaşaçıların başı üstündə uçan kvadrokopter olmasaydı, asanlıqla zaman və məkanda itmək olardı.
“Medeyanın bütün anonslarında deyilirdi: “Arqonavtlar qayıdır! Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqi Teatrının bu operası ötən il iki nüfuzlu “Qızıl maska mükafatı alıb, bunlardan birinə Xibla Qerzmava ən yaxşı qadın roluna görə layiq görülüb. Sonradan o özünün “Qızıl maskasını Abxaziya Dövlət Muzeyinə bağışladı.
Kerubini operasında baş verən hadisələri rejissor iyirminci əsrə keçirib, dekorasiyalar dalğa sındıranları xatırladan beton tetrapodlardır. Uzaqda, hardasa səhnə arxasında gəmilər üzür. Belə bir təəssürat yaranır ki, onlardan biri də Medeyanı Kreont çarlığına, Yasonla Qlavkanın şənliyinə gətirib.
Kolxida cadugəri Medeya qərarında qətidir – Qlavka Yasona ərə gedə bilməyəcək. Birinci aktın sonunda Medeya səmaya üzünü tutaraq, toyun baş tutmayacağını qışqırır. Və real səma qəflətən ona yağışın ilk damcıları ilə cavab verir. Antrakta qədər orkestr və artistlər artıq xırıldayan mikrofonlarla və sürüşkən səhnədə çıxış edirdilər.
İlk damcılardan mən əsl leysanın başlayacağını bilirdim. Amma amfiteatrdakı adamlar heç yerə tələsmirdilər. Kimsə yerindən qalxmadan, çətirini açdı. Operatorlar kameralarının üstünü örtsələr də çəkilişi davam etdirməyə qərarlı görünürdülər. Artıq şiddətli yağışın altında qabağımda oturan xanımlardan bu sözləri eşitdim: “Başlayanda ancaq bizim oturacaqlarımız quru olacaq. Başlayacaqlarına şübhə yoxuydu.
Amfiteatrda çətirsiz mədəniyyət naziri Elvira Arsaliya gəzirdi, sağ kulisdə Xibla Qerzmava durmuşdu, Dioskurov bulvarında isə Feliks Korobov orkestrlə söhbət edirdi.
Yarım saat sonra “Medeyanın davamının gecə yarı Abxaziya Dram Teatrında olacağını elan etdilər.
Zaldakı kişilər orkestrə alətləri yükləməyə kömək etməyə getdilər, təpədən-dırnağa qədər islanan publika isə dost-tanışlarına zəng edərək, dram teatrına getməli olduqlarını xəbər verirdilər.
Bulvarda ziyafət paltarında, dağıdılmış sağ düzümündə, hündür daban ayaqqabıda qızlar qaçırdı.
Teatr həm “Medeya, həm də bu təbiət hadisəsinə hazır deyildi. Texniki heyət məzuniyyətdə idi, bununla belə sayılı dəqiqələr ərzində toplaşa bildi. Səs, işıq və alətləri başdan qurmağa başladılar. Hətta teatrın divarları arasında da yağışın çevrildiyi tufanın səsi gəlirdi. Yarım saat sonra yağış teatrın damını qırdı. Təcili olaraq sofitləri söndürmək üçün elektrik Cumberin axtarışına çıxdılar, qısaqapanmanın baş verməsinə bir an qalırdı.
Bütün bunlar çox sürrealist görünürdü: xor, orkestr, Xibla Qerzmava, dram teatrının axıdan damı və Cumber.
“Əhvalımız əladır. Sadəcə qarşınızda bir az xəcalət çəkirik, sanki biz oynayıb qurtara bilmirik. Axı bu operadır, onu akapel də ifa etmək olar! Bəlkə elə belə də edək? – teatrın dəhlizində masanın üstündə oturan “arqonavtlardan biri mənimlə bölüşürdü.
“Heç vaxt belə gec teatrda olmamışam. Doğrudur ki, orada zal doludur? Mütləq çıxacağıq səhnəyə, söz veririk, – digəri həmkarını dəstək verdi.
Bu zaman kişi tamaşaçılar artıq musiqi alətlərini boşaltmağa kömək edirdilər. Cumber də deyəsən tapıldı – sofitlər söndü.
Gecə saat birdə tamaşaçıların qarşısına Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqi teatrının bədii rəhbəri Aleksadr Titel çıxdı.
“Göylər bizə tamaşanı bitirməyə imkan vermir. Bəlkə iş elə Medeyanın özündədir? Bir qədər gözləyin, biz konsert variantında, dekorasiyasız çıxış edəcəyik!
On dəqiqə sonra, “Medeyanın birinci aktından üç saat yarım vaxt keçəndən sonra ikinci akt başladı. Qırılan dama görə səhnənin ancaq 50 faizi istifadə olunurdu. Üçüncü aktı ikincidən dərhal sonra, antraktsız oynadılar. Binada ildırım çaxır və dayanmayan yağışın səsi eşidilirdi. Suxum və Medeyanın pəncərəsini Venesiya və Kerubinin özü möhkəmcə döyəcəkləyirdi.
Gözlərimlə bir neçə dəqiqə bundan öncə bitirə bilmədiklərinin xəcalətini çəkən arqonavtları axtarırdım. Onları islanmış, qurumuş, sonra da yenidən islanmış vəziyyətdə tapdım. Amma səhnədəki insanlardan əsl xoşbəxtlik hiss olunurdu.
Bu gecə Evripiddən tutmuş Cumberə qədər hamını bir yerə topladı. Son alqışlar Abxaziya Dram Teatrında artıq səhərə yaxın səslənirdi. Tamaşaçılar artistləri ayaq üstə yola salırdılar. Bayırda yağış artıq dayanmışdı, ancaq onun nəticələri görünürdü. Həmin gecə teatrdan çıxan və evinə üzə-üzə getməyə çalışan hər bir tamaşaçı özünü bir az da olsa arqonavt kimi hiss edirdi. Amma bu artıq tam başqa bir hekayədir.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunub 07.08.2016