Martın 25-də Belarusda ən kütləvi aksiya gözlənilir
Martın 25-də Belorus paytaxtında “tüfeyliliyə görə vergi”yı etiraz olaraq ən kütləvi etiraz aksiyası planlaşdırılıb.Bu haqda Euroradio-ya müsahibəsində aksiya təşkilatçılarından biri Nikolay Statkeviç bildirib.
Artıq bir aydır ki, on minlərlə insanın qatıldığı etiraz aksiyaları Minsk və Belorusun digər şəhərlərində keçirilir. Səbəb isə formal olaraq işləməyənlərdən tutulmalı olan 200 dollar həcmində “tüfeyliliyə görə vergi” olub. Bu qanun hətta Nobel laureatı Svetlana Aleksiyeviçə də tətbiq edilib.
Belorus hakimiyyəti ilkin olaraq nümayişçilərə qarşı sərt davranışdan çəkinib, hətta başabəla verginin tətbiqinə moratorium da qoyulub. Amma sonradan etiraz edənlərə qarşı məhkəmə prosesləri və cərimələrin tətbiqi vasitəsilə təzyiq göstərməyə başlayıblar.
“Hakimiyyətin bu zalım davranışı insanları daha da qəzəbləndirir. Onlar sadəcə prosesi radikallaşdıra bilərlər. Xüsusən də əgər hakimiyyət etirazların liderini neytrallaşdırmaq istəyirsə, o zaman kor-təbii proses onun üçün çox daha təhlükəli ola bilər”, – Nikolay Ctatkeviç bildirib.
Müxalifətçi müsahibəsində prezident Aleksandr Lukaşenkonu martın 25-də aksiyaya gəlib, insanlarla görüşməyə çağırıb.
“Əgər insanlar çox olsa, hakimiyyət güzəştlərə getməlidir… Biz te-z-tez çıxmalı olacağıq. Bunun üçün daimi yerimizin olması mümkündür. Və biz bunu nə qədər dinc yolla eləmək istəyiriksə, o qədər də çox iş görməli olacağıq. Çıxmalıyıq, durmalıyıq, tələb etməliyik”, – Statkeviç bildirib.
Onun sözlərinə görə, əgər etirazlar dayandırılmasa və böyüsə hadisələrin inkişafının iki variantı ola bilər: “ya rejim danışıqlara və güzəştlərə gedəcək, ya da dağılmağa başlayacaq”.