Madrid prinsipləri “Lehinə” və “Əleyhinə”
Madrid prinsipləri müharibə tərəflərinə ATƏT-in Minsk qrupu tərəfindən 2007- ci ildə təklif olunmuşdur. Bu təkilif bu zamana qədər olanların ən “möhkəm-i hesab olunsa da, hələ də nə Ermənistan, nə də Azərbaycan tərəfindən tam şəkildə qəbul olunmayıb. Lakin, buna baxmayaraq tam şəkildə rədd də edilməyib və bu gün də Madrid təklifləri ətrafında danışıqlar davam etidirilir. Ermənistan siyasətçiləri və politloqları bu təklifə müxtəlif prizmadan yanaşır. Lakin hətta, bu təklifin bundan əvvəldəkilərdən olduqca geri qaldığını düşünənlər belə Madrid təkliflərinin danışıqları davam etdirməkdə əsas ola biləcəyini inkar etmir. Yeri gəlmişkən, təklifin 13 punktundan yalnız 6 –sı nəşr olunub.
Jurnalist, Dağlıq Qarabağ konflikti üzrə mütəxəssis, Tatul Akopyan və Ermənistan Milli Konqresinin xarici əlaqələr üzrə kommisiyasının sədri Vladimir Karapetyan bu təklifin cəlbedici və təhlükəli tərəfləri barədə öz fikirlərini bizimlə bölüşdü.
Müsbət tərəflər
1. Dağlıq Qarabağın statusunun referendumda həll edilməsi.
Tatul Akopyan: “Dağlıq Qarabağın müqəddəratının oradakı əhalinin keçirdiyi referendumla həll edilməsi məsələsi bu sənədin ən mühüm və birinci maddəsidir. Referendumun istənilən nəticəsi heç bir şərtsiz qəbul olunacaq”.
Vladimir Karapetyan: “Təklifin Dağlıq Qarabağın statusunun müəyyənləşməsi üçün plebisit üsul nəzərdə tutan hissəsi Ermənistanın maraqlarına cavab verir. Bu halda Azərbaycan Qarabağın ona məxsusluğunu sual altına qoyur. Sənədin digər bütün maddələri Azərbaycanın tələbi ilə əlavə olunub”.
2. Sülh və inkişaf perspektivləri
Vladimir Karapetyan: “Bu təklifin qəbul edilməsi və imzalanmasının böyük tarixi əhəmiyyəti ola bilər. Çünki istənilən halda 20 il davam edən konfliktdən sonra hər hansı bir razılaşmanın əldə olunması demək olacaq. Bu razılaşma isə öz növbəsində daha mühüm olan sülh müqaviləsinin bağlanmasına zəmin yaradacaq”.
3. Blokadanın aradan götürülməsi
Vladimir Karapetyan: “Madrid təkliflərinin imzalanması həm də Ermənistan üzərindəki blokadanı aradan qaldıracaq. Qarabağ müharibəsi nəticəsində bağlanan Ermənistan- Türkiyə sərhədi açılacaq”.
4. İqtisadi inkişaf imkanı
Tatul Akopyan: «Beynəlxalq aləmdə tanındıqdan sonra Dağlıq Qarabağa investisiyalar yatırıla bilər və region inkişaf edə bilər».
5. Gərginliyin aradan qalxması və tərki-silah olunma
Tatul Akopyan: «Qəbul edilə bilən saziş imzalanarsa sərhəddəki gərginlik də aradan qalxar».
6. Təhlükəsizlik təminatı
Tatul Akopyan: «Konfliktin yenidən yaranacağı təqdirdə tərəflər əhalinin təhlükəsizliyini öz üzərinə götürür».
Vladimir Karapetyan: «Nəzərə alsaq ki, saziş qəbul olunacağı təqdirdə beynəlxalq aləmin gözü qarşısında imzalanacaq, deməli sazişin öhdəlikləri mütləq şəkildə yrinə yetiriləcək və beynəlxalq alem bir növ bunun qarantı rolunda çıxış edəcəklər».
Təhlükələr
1. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik 6 rayonun geri qaytarılması
Tatul Akopyan: «Qarabağ rəhbərliyi bu maddəyə olduqca mənfi yanaşır və düşünür ki öz mövqelərində güzəştə getməməlidilər».
Vladimir Karapetyan: «Bu saizişin imzalanmasından sonra Azərbaycan danışıqları davam etdirməsi üçün üstün mövqe qazanır. Əgər 2005-2006-cı ilə qədər aparılan danışıqlarda Laçın və Kəlbəcərin qaytarılması məsələsi müzakirə belə edilmirdisə, hazırkı sənəd bu rayonların qaytarılmasını tələb edir».
2. Bufer ərazisinin ləğv olunması
Tatul Akopyan: «Dağlıq Qarabağa bitişik olan ərazilərdə məskunlaşma azdır və bu ərazi sadə vətəndaşlar üçün bufer zonası sayılır. Onların qaytarılmasından sonra ciddi təhlükəsizlik problemi yaranacaq və əhalinin təhlükəsizliyini qorumaq məsələsi gündəmə gələcək».
3. Azərbaycan qaçqınlarının öz ərazilərinə qaytarılması reqionun demoqrafik vəziyyətini dəyişəcək.
Tatul Akopyan: «Oərazilərdən nə qədər insanın köçməyə məvcbur qaldığının dəqiq sayı yoxdur. Buna görə də güri qaytarılması məsələsi bir az qeyri-realdır».
Vladimir Karapetyan: «Qaçqınların geri qaytarılması regionun demoqrafik vəziyyətini dəyişəcək. Və gələcəkdə Azərbaycan demoqrafik faktordan istifadə edərək öz daha güclü mövqedən çıxış edərək danışıqları davam etdirəcək. Həmin ərazilərdə təxminən 10 min erməni yaşayır, onlara qarşı qyrı-seçkilik yarana bilər».
4. Dağlıq Qarabağın statusu məsələsində qeyri-müəyyənlik
Vladimir Karapetyan: «Dağlıq Qarabağın statusu səsvermə yolu ilə müəyyən olunacaq. Lakin səsvermə necə həyata keçiriləcək hələ dəqiq deyil. Hətta, madrid prinsiplərinin imzalanacağı təqdirdə belə Darabağın statusundan danışmaq tezdir. Çünki, sənədin nəşr olunan variantında bu barədə heç nə izah edilmir».
5. Dağlıq Qarabağ öz gələcəyi ilə bağlı məsələrin müzakirəsində iştirak etmir.
Vladimir Karapetyan: «Bundan əvvəlki sənədlərdən fərqli olaraq, madrid pronsiplərində Dağlıq Qarabağ tərəf kimi iştirak etmir. Danışıqlar 1997-ci ilə qədər olduğu kimi üçtərəfli yox, ikitərəfli aparılır. Bu sənəd müzakirəyə çıxarıldıqdan sonra Dağlıq Qarabağ uzun müddətdir ki, tərəf kimi danışıqlarda iştirak etmir. Və təhlükə bundan ibarətdir ki, Dağlıq Qarabağ üçün həyati əhəmiyyət daşıya biləcək hər hansısa bir nəticə onun iştirakı olmadan əldə edilə bilər».
6. İctimai narazılıq
Tatul Akopyan: «Sözügedən ərazilərin Azərbaycana qaytarılması Ermənistanda və diasporada narazılığın yaranması ilə nəticələnə bilər. Əhali hakimiyyəti milli maraqlara zidd sənədi imzalamqda günahlandıra bilər».