Məsələ nədir? “Millətçilər” nə törədiblər?
Mənim Avropa İttifaqına daxil olan bir ölkədən xarici tanışım var. O, müntəzəm olaraq Gürcüstana gəlir, hətta Siqnaxidə ev alıb. Burda dost-tanışa yiyələnib və yerli adət-ənənəni qəbul edib. Təkcə bir şeydən savayı: o, bir çox dost-tanışının Mixail Saakaşvilidən niyə zəhləsi getdiyini uzun müddət heç cür anlaya bilməyib. Aydındır ki, Saakaşviliavtoritardır və bir çox şeydə səhvə yol verib, müxalifətə qarşı polis və xüsusi xidmətlərdən istifadə edib, amma bununla yanaşı, o qərbyönlüdür, korrupsiyanın kökünü kəsib, onun prezident olduğu dövrdə dövlət strukturları lazım olduğu şeyə oxmamağa başlayıb və s. Bir sözlə, o, yaxşı məşq olunmuş bir təbliğatçı kimi məlum mövzuda söhbətlər aparır və elə arqumentlər gətitrirdi ki, həmindəlilləri elə onsuz da “Milli hərəkat” tərəfdarlarının dilindən tez-tez eşitmişik.
Tanışım uzun müddət bu fikirdə qalsa da, günlərin birində xalqın Saakaşvili hökumətinə nifrət etmə səbəblərini anladığını elan elədi. Bunu anlamaq üçünsə Gürcüstanda yaşamaq və onun idarə üsulunu bilavasitə öz üzərində hiss eləmək lazımdır.
Bu hadisəni niyə xatırladım? Çünki o, kifayət qədər səciyyəvidir – o nöqteyi-nəzərdən ki, “Milli hərəkat” niyə özünə olan nifrətin səbəblərini anlamırdı, digər tərəfdənsə sonunda bunu necə anladı.
Qərbin nöqteyi-nəzərindən
Xaricilərə, həqiqətən də, gürcü ictimaiyyətində Saakaşviliyə olan nifrət və kini anlamaq çətindir, amma buna görə onları qınamaq olmaz.
Tam məsuliyyəti ilə bəyan edə bilərəm ki, bizdə hansısa fövqəl bir vəziyyətdir: çoxları üçün “Milli hərəkat” özünə xas qüsurları ilə sadəcə qəbuledilməz siyasi qüvvə deyil, bir növ bədxassəli şiş, insanları məhv etməkdən, onlara işgəncə verməkdən, seksual xarakterli əxlaqsızlıqlar törətməkdən həzz alan qəddar qatil və manyak dəstəsidir.
Əgər bu cür münasibət cəmiyyətin böyük bir hissəsində hökm sürsəydi, mövzu bağlanardı. Lakin “millətçilər”ə olan nifrət ciddi trendə çevrilib ki, hakim “Gürcü arzusu” partiyası artıq neçə ildir ki, bu duyğuları uğurlu şəkildə istismar edir. “Millətçilər”ə olan nifrətin qızışdırılması partiyanınaydın və müntəzəm şəkildə həyata keçirdiyi tədbirlərdən biridir (bəlkə də yeganəsidir).“Gürcü arzusu”nun nümayəndələri və onun tərəfdarları “Milli hərəkat”ın hakimiyyəti illərini tam ciddi şəkildə Hitler və Stalin rejimlərindən də pis sayırlar. Özü də təkcə bu cür hesab etmirlər, həm də bu barədə tam ciddiyyəti ilə xarici siyasətçilərə və diplomatlara danışırlar.
Amma möhtərəm xariciyə necə izah edəsən ki, qərbyönlü və Rusiya əleyhinə siyasəti ilə fərqlənən hakimiyyət, – onun dövründə siyasi müxalifət mövcud olub, iki müxalif telekanal işləyib (hərçənd bu telekanallar təkcə Tbilisidə yayımlanıb, amma yenə də), çoxlu sayda müxalif qəzet və internet-nəşrlər dərc olunub, qeyri-hökumət sektoru fəal şəkldə çalışıb, çox minlik mitinqlər keçirilib və ən nəhayət, bu hakimiyyət ölkənin idarəsini seçki nəticəsində təhvil verib, – yuxarıda adı çəkilən rejimlərdən fərqlənməyib? Axı Stalin və Hitler rejimində istənilən müxalif fikrin beşikdəcə boğulması, milyonlarla insanın siyasi, ideoloji, sinfi və irqi əlamətlərinə görə məhv edilməsi heç kəsə sirr deyil.Qeyri-insani Saakaşvili rejimi barədə söhbətlər istənilən xarici üçün inanılmazdır. Onlar Saakişvilinin avtoritar prezident olduğunu, onun dövründə KİV-in, biznesin, məhkəmələrin nəzarətdə olmasını, insanların izlənilməsini, telefon söhbətlərinin dinlənilməsini, xüsusi xidmətlərin və belə demək olarsa, zonder-briqadaların xalqı qorxutduğunu, həbsxanalarda isə məhbuslara işgəncələr verildiyini anlayırlar, amma bütün bunları, sözsüz ki, Pinoçet, Markos və ya Somosa (yeri gəlmişkən, bütün bu rejimlər vaxtilə Qərb tərəfindən müdafiə olunub) diktaturası ilə müqayisə etmək olmaz. Daha Hitleri, Stalini, ya da Pol Potu demirəm. Arqument kimi “Milli hərəkat” idarəsi dövründə həlak olmuş adamların siyahısı da uyğun gəlməyəcək, hərçənd müxtəlif agentliklər məhz onlara müraciət edir. Halbuki adamların sayı əllini ötməyən bu siyahıda böyük çoxluğu polisin xüsusi əməlliyatı zamanı öldürülmüş kriminallar təşkil edir.
Bir ağrının üç zirvəsi
“Milli hərəkat”a olan nifrətin üç səbəbini ayırd etmək olar ki, onlar demək olar üzdədir və onları nisbətən asanlıqla sezmək olar.
Birinci səbəb. Onu hətta tez-tez “Milli hərəkat”ın məddahları çəkirlər: gürcü ictimaiyyətinin mühafizəkar və mürtəce seqmenti “Milli hərəkat”ın inqilabi islahatlarına, – məlum islahatlar Gürcüstan dövlətinin və cəmiyyətinin müasirləşdirilməsinə və qərbləşdirilməsinə yönəlib, – hazır olmayıb. Bu izah məntiqidir və Qərbdə yaxşı “satılır”, çünki radikal islahatların rədd edilməsi postkommunist ölkələri üçün səciyyəvidir. Hərçənd bu, əsas və yeganə səbəb deyil və bu cür interpretasiya sadəcə qismən izah rolunda çıxış edə bilər.
O dövrdə Gürcüstanda mühafizəkarların və irticaçıların həqiqətən çox olması aydın məsələdir, lakin “millətçilər”in islahatları təkcə onlara toxunmayıb, həm də bir çox neytral köklənmiş admaların da maraqlarına ədalətsiz şəkildə dəyib. İslahatlar zamanı bir çox adamın haqqı, həqiqətən də, ədalətsiz və kobud şəkildə pozulub. Adamlarda “millətçilər” üzərində mənəvi üstünlük hissi (bu, ədalətsizliyə uğramış insanlarda həmişə peyda olur) meydana gəlib ki, məlum duyğu günü bu gün də qalmaqdadır.
İkinci səbəb. “Milli hərəkat” – Gürcüstan tarixində yeganə partiyadır ki, hakimiyyəti itirəndən sonra nəinki yoxa çıxmayıb, həm də tərəfdarlarını qoruyub-saxlaya bilib və bu gün də ən reytinqli müxalif siyasi qüvvə hesab olunur.
Bu, sadəcə Gürcüstan üçün deyil, həmçinin bütün postsovet ərazisi üçün çox qeyri-adi haldır.
2000-ci illərdə Eduard Şevardnadzenin izsiz-tozsuz itmiş “Vətəndaşlar İttifaqı” partiyasından və Aslan Abaşidzenin eyni taleyi yaşamış “İntibah” partiyasından fərqli olaraq, “Milli hərəkat” yekdil siyasi komanda oldu və indinin özündə də ölkənin siyasi həyatında fəal iştirak edir.Bu, “Milli hərəkat” dövründə haqqında və ya ədalətsiz şəkildə zərər görmüş şəxsləri çox qıcıqlandırır. Halbuki həmin adamlar siyasətdə bu partiyanın nümayəndələri ilə bir daha qarşılaşmayacaqlarını düşünürdülər.
Üçüncü səbəb.“Gürcü arzusu” hakimiyyətə gəldiyi ilk gündən həmişə ədalətin bərqərar omasınasəsləyir və “Milli hərəkat”la ölüm-dirim mübarizəsinə girəcəyini deyirdi. O öz tərəfdarlarını “Milli hərəkat”ın ünvanına təhqirlər yağdırmaqla “qidalandırsa” da, öz təbliğatını bu cür tədbirlərlə möhkəmləndirə bilmədi. Əvəzində yeni hakimiyyətin tərəfdarları “Milli hərəkat” liderlərinin kəskin cavabları ilə üz-üzə qaldılar ki, bu da cəmiyyətdə gücsüzlük hissi doğurdu.
Həqiqətən də, “Gürcü arzu”sunun tərəfdarları ölkənin düşməıni adlandırılan “Milli hərəkat” nümayəndələrinin elə hakim partiya ilə birgə Avropa İttifaqına gedib, tribunadan ingilis dilində daha keyfiyyətli çıxış edərək elə öz ittihamçılarını ifşa etməsini görəndə hansı hissləri keçirirlər?Bir sözlə, hakimiyyət düşmənin ikonasını yaradır, bu düşmənin məğlubiyyətinin gözləntisini yaradır, düşmənsə yaşamaqda davam edir, bu da azmış kimi, gah beynəlxalq tribunadan, gah da ən populyar telekanaldan hakimiyyətin özünə qarşı kəskin həmlələr endirir. Və bu dörd il davam edib.
Dördüncü səbəb
Yuxarıda gətirilmiş səbəblərin hər biri yenə də “Milli hərəkat”a olan xüsusi münasibət fenomenini izah etmir. Zənnimcə, pazl bircə mühüm mərkəzi detalın yoxluğu ucbatından qurulmur.
Aydındır ki, Saakaşvili dövründə zərər çəkmiş insanlar vəd olunmuş kompensasiyaları gözləyiridlər və yəqin ki onların boş gözləntiləri narazılığa və qəzəbə səbəb olub. Lakin əhalinin qəzəbli hissəsində Saakaşvili hakimiyyəti illərində heç cür bilavasitə zərər çəkməmiş kəslər də az deyil.
Burda soruşmaq yerinə düşür: bəs bu insanları hirsləndirən nədir? Axı Şevardnadze dövründə də ədalətsizlik az olmayıb. Hər yerdə baş alıb gedən korrupsiya, əzablıenerji böhranı, Çoloki çayınadək sərhəd, cinayətkarlıq və kriminal. Məgər bütün bunlar görünmürdü?! Polisdə axı o zaman da adamları döyür və işgəncə verirdilər! Şəxsən özüm elə bir adam tanıyıram ki, 90-cı illərdə biçarəni polisdə elə döyüblər ki, o, bir həftə ərzində yerindən tərpənə bilməyib, Saakaşvili dövründə isə onu heç kəs tutmayıb və həbsxanaya basmayıb, amma yenə də bu adam “millətçilər”ə Şevardnadzedən çox nifrət bəsləyir.
Onda məsələ nədədir? “Millətçilər” nə törədiblər ki, həmin əməllər günü bu gün də unudulmur. Bu suala cavab vermək üçün uzaqdan başlamaq lazım gələcək.
Sovet İttifaqında, belə demək olarsa, “durğunluq” illərində bütün ümumi ərazi nəhəng bir saxtakarlıqdan ibarət idi. Bu məkanda ağı qara adlandırmaq, ya da əksini söyləmək tamamilə adi bir şey idi, yalan və oğurluq meydan sulayrdı.
Bu məkanla paralel olaraq qeyri-rəsmi bir çevrə mövcud idi – necə deyərlər, dost-tanış və yaxınların çevrəsi. Bu çevrədə qara qara idi, ağ isə ağ. Burda bir-birini aldada bilməzdin, burda sədaqət, həmrəylik, yaxşılıq qiymətlndirirlirdi, insan şəxsiyyəti isə məhz onun əməlləri ilə müəyyənləşdirlirdi.
Beləcə, “durğunluq” illərində Stalin dönəmindən fərqli olaraq, dövlət bu ikinci, qeyri-rəsmi çevrəyə soxulmurdu. Burda hər şeyə icazə verilirdi. Yəni dissidentlik, ya da həqiqətin açıq-aşkar söylənilməsi amansızcasına və qeyd-şərtsiz cəzalandırıldığı halda, bu qeyri-rəxmi şevrədə istədiyini danışa bilərdin.
Bu cür ictimai mənəviyyat ikili standartdan savayı bir şey deyildi. Bu yazılmamış qanun, – bütün Gürcüstan onunla yaşayırdı, – bütün cəmiyyətin canına-qanına hopmuşdu.
Müstəqillik dövrü bu ikili mənəviyyatı pozdu, amma kökünü kəsmədi, çünki açıq və qeyri-rəsmi məkan arasında sərhəd götürüldüyündən, nəyin mənəvi, yəni “yolverilən” olması, nəyinsə olmaması anlaşılmaz həddə çatdı. Biz günü bu gün də mənəvi əcəbsəndəlin (vineqret) içindəyik və bir çox fəlakətimiz məhz bu bilməməzlikdən doğur.
Bu gün içimizdəki ikili mənəviyyatın qırıntıları fantom ağrılarla müşayiət olunur. Yəni bir tərəfdən biz ciddi şəkildə vətəndaş məsuliyyətsizliyindən əziyyət çəkirik, digər tərəfdən dövlərin qeyri-rəsmi çevrəyə, yəni “ev”ə müdaxiləsini həzm edə bilmirik. “Ev” o qədər sakral ərazidir ki, hətta ən qatı qomofob belə hesab edir ki, LGBT öz evində ağlına gələni edə bilər, halbuki istənilən xarici qomofob bunu ağlının ucundan belə keçirməz.
Qeyri-rəsmi çevrənin tam nəzarəti totalitar sistem üçün səciyyəvidir və biz Sovet İttifaqında bundan keçmişik. Hərçənd içimizdə Stalin dönəmindən çox Brejnev dönəminin qalıqları var. Bugünkü orta və yuxarı nəsil Stalin intizamında deyil, “durğunluq” illərinin ikili mənəviyyat dövründə böyüyüb.
Zənnimcə, Saakişvili hakimiyyəti öz dövründə məhz bu yazılmamış mənəviyyat normasını pozub – “Milli hərəkat” bizlərdə “ev”imizə basqın etməsi duyğusu yaradıb.
Bu duyğunun vizual illüstrasiyası, məsələn, Tabukaşvili küçəsindən köçürülmə və qaçqınların tutduqları ərazilərdən çıxarılamsı olub. Ümumilikdəsə bu hiss təkcə açıq məkanda deyil (sovet təcrübəsi gürcülərə bunun öhdəsindən rahatlıqla gəlməyə imkan verərdi), həm də qeyri-rəsmi çevrədəın – “ev”dən siyasi loyallıq tələb edən dövlət siyasətinin nəticəsidir.
Kimin üçünsə bu cür yanaşma bəlkə də dövlət qüdrətinin təcəssümü olub, lakin çoxluq üçün qeyri-rəsmi çevrənin nəzarət olunması sadəcə həyati yolverilməz şəkil alıb. Buna görə də Saakaşvili rejimi öz üzərində indiyəcən görünməmiş nifrətlə qarşılaşıb. Xalq Saakişviliyə sakral əraziyə müdaxiləni bağışlamayıb və bu gün “Milli hərəkat”ın hakimiyyətə qayıtması iddiası “ev”ə növbəti müdaxilə cəhdi kimi qiymətləndirilir. Reaksiya da elə buna uyğundur.
Mənim o xarici tanışımın “Milli hərəkat”a olan münasibəti anlaması üçün onun idarəsini öz üzərində sınamaq lazım gəldiyini deyəndə,məhz bunu nəzərdə tuturdu. Qeyri-rəsmi çevrəyə müdaxilə avropalı üçün elə gürcü qədər yolverilməzdir. Sadəcə bizdən fərqli olaraq, avropalıların açıq və istimai əraziyə münasibətdə oturuşmuş paradiqmaları var, bizsə hələ bundan keçməliyik.
Lakin əgər “Milli hərəkat” ictimai müasirləşdirməni dəmir əllə və evə soxulmaqla həyata keçirməyə cəhd edibsə, bu gün hakimiyyət, ümumiyyətlə, belə bir şey üzərində düşünmür. Onun fikirləri açıq-aşkar haradasa başqa yerdə uçuşur. Məncə, o, heç harda uçduğunu belə bilmir.
Epiloq əvəzi
Sual meydana çıxır: bizi bütün bunlardan nə xilas edir? İstənilən halda axı parlament seçkilərində partiyanın böyük üstünlüklə təkcə bu səbəbdən qalib gəlməsi normal deyil: elektorat hakimiyyətə “millətçi”lərin qayıtmasından qorxur. Bunu zəfər çalanların hər hansı bir ciddi nailiyyətlərinin olmaması ilə razılaşan tərəfdarları da boynuna alır.
Cavab qısa olduğu qədər də bədbindir: heç nə, çünki güman edirəm ki, aşağıdakılar praktik olaraq müstəsna təşkil edir:
- “millətçi”lər öz günahlarını analayırlar və vətəndaşların “ev”lərinə girdikləri üçün peşmandırlar;
- hakimiyyət “millətçi”lərdən düşməın ikonasının yaradılması siyasətindən əl çəkəcək;
- “millət”çilərdən məhz qeyri-rəsmi çevrəyə müdaxiləsi üzündən zəhləsi gedən kəslərin bu partiyanın hakimiyyətə qayıtmasından qorxmaları yox olacaq.
Məlum vəziyyətdən yeganə nəzəri çıxış yolu yeni nəslin böyüməsidir. O nəslin ki, “millətçi”lərin evə soxulımasını öz üzərində bilavasitə hiss etməyib və onun islahatlarından ilhamlanmayıb, hakimiyyətsə xalqı öz bacarıqsızlığı ilə “yormayacaq” və bütün bunlarla yanaşı, elektoratı özünə cəlb edəcəkhansısa yeni siyasi mərkəz yaranacaq. Hərçənd bu yeni mərkəzin siyasi tərkibinin necə olacağını hazırkı mərhələdə söyləmək çətindir.
Nəsə fərəhli və ümidverici bir şeylə sevindirə bilmədiyim üçün üzr istəyirəm, amma nə etmək olar ki. Necə deyərlər – cest la vie –həyat belədir.