Məlum oldu ki, bunlar heç abidə də deyilmiş
Sovetski şəhərin mərkəzində yerləşən, yarıkriminal yer reputasiyalı məşhur məhəllədir. Sovetskidən olan qaqaşlara bakılılar qorxu, hörmət və qəribə istiqanlılıqla yanaşırdılar. Və yarı dağılmış saman evləri olan bu məhəlləni 2014-cü ildə sökməyə başlayanda, yerli bakılılar sevimli şəhərlərinin “parçasının qoparıldığına görə hirsləndilər. Qanunsuz evlərin sökülməsi qalmaqalla müşayiət olunurdu: insanlar təzminatın məbləğindən narazıydılar, buna görə də bəzilərini zorla evlərindən çıxararaq köçürürdülər.
Sovetskidən yuxarıda, Bədəlbəyli küçəsində, sakinlərin əlindən alınan ərazidə “Qış bulvarı – Bakı üçün ənənəvi olan mərmər üzlükləri çoxluq təşkil edən uzun park salındı.
Bakıda “Qış bulvarı
Bununla hər şey bitmədi: Bakının mərkəzi hissəsinin 2011-ci ildə təsdiq olunmuş planı şəhərin gələcəkdə də transformasiyasını nəzərdə tutur. Amma onun qarşısında xırda bir maneə varıydı: sökülməli olan sahədə kifayət qədər çox olan tarix və memarlıq abidələri. Qanunla onları sökmək olmaz.
Bakılılar öz gözləri ilə Abbas Mirzə Şərifzadənin evinin və “Fərəcullanın hamamı kimi tanınan binanın söküldüyünü görəndə fəal şəkildə sosial şəbəkələrdə etiraz etməyə başladılar.
“Burada Abbas Mirzə Şərifzadə, Azərbaycanın görkəmli teatr xadimi yaşayıb. Foto sputnik.az
Amma sosial şəbəkələrdəki çoxsaylı yazılar və mətbuatda dərc olunan məqalələr heç bir nəticə vermədi.
Sökülmənin xeyrinə olan arqumentlər
Özünün “Facebook səhifəsində Azərbaycan Memarlar İttifaqının sədr müavini Elçin Əliyev öz fikrini bildirib. O, bu rayonu yaxşı tanıdığını yazır:
“Ora getmək qorxuluydu, oradan keçməyə yer də yoxuydu! Vətəndaşlarımız orada necə yaşayırdı, uşaqları harada oynayır və istirahət edirdilər?! Düz edirlər ki, sökürlər! Fikrimcə, bu böyük rayonda maksimum üç-dörd memarlıq abidəsi varıydı – özü də söhbət ancaq binaların fasadlarından gedir. Onların içindəki vəziyyət, konstruksiyalar qəzalı vəziyyətdə idi. Bu rayonda həm də ayrı-ayrı gözəl memarlıq detalları: portal, eyvanların kronşteynləri, kolonna detalları, venzel və s. olan bir neçə (maksimum 6-7) bina var. Amma axı bütövlükdə eybəcər olan binanı ayrı-ayrı elementlərinə görə saxlamaq olmaz!
Problemi həll etmək üçün qanunu sadəcə dəyişdilər: mayın 23-də “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Nazirlər Kabinetinin qərarı dəyişdirildi. Birdən-birə məhz “təmizlənən ərazidə yerləşən 23 bina Dövlət tərəfindən qorunan abidələr siyahısından çıxarıldı.
Sakinləri evlərindən məcburən çıxarırlar
Məmurların tez-tələsik tədbir görməsinə baxmayaraq, ictimaiyyət sakitləşmədi. İnternetdə www.change.org saytında “Bakıda tarixi binaların söküntüsünü dayandırın! adlı kampaniya təşkil olundu. Sökülməli olan evlərin sakinləri məcburən, qanunu pozmaqla köçürüldüklərindən şikayət edirlər.
“Klubun arxasında yerləşən evimizdə (dalan 7) Süleyman Rüstəm [məşhur şair və dramaturq – red.] anadan olub. Ulu nənəm o vaxtlar doğum evlərinin olmadığı üçün doğuş qəbul edirdi. Həyətimizdə məşhur kristalloqraf, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Məmmədov və başqaları ev kirayə edirdilər. Evləri qanunsuz, onların tarixi dəyərləri nəzərə alnmadan, insanların fikri ilə hesablaşmadan sökürlər, – sökülməli olan sahənin sakinlərindən biri Gülçöhrə Əliyeva deyir.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, torpaqların alqı-satqısı dövlət ehtiyacı üçün torpaqların alınması haqda qanuna, Bakı şəhərinin Baş planı və əhali ilə razılaşmaya əsasən həyata keçirilməlidir, əslində isə evlərini tərk etməyə razılıq verməyən sakinlərə hədə-qorxu gəlir və şantaj edirlər:
“Burada artıq yaşlı bir adamın, qadınlar klubunun yerləşdiyi evin son varisinin ölüm faktı olub. Ona necə hədə-qorxu gəlmişdilər ki, adam telefona cavab verməyə qorxurdu. Bütün həyəti dağıtdılar, işığı söndürdülər, ancaq onun ikinci mərtəbədəki mənzilinə aparan pilləkəni saxladılar, o da yarı dağılmış vəziyyətdə idi. Boş qalan evlərdə gecələr “bomjlar qalırdı. Qadın xəstə deyildi, heç yeri ağrımırdı, möhkəm adamıydı, amma ölümündən əvvəl, biz ona yatağında baş çəkməyə gedəndə, dedi “Onlar buraları sökməklə mənim axırıma çıxdılar, – Əliyeva danışır.
Başqa qərar
Memar Cəmil Axundovun sözlərinə görə, memarlıq və tarixi dəyəri olan çoxlu sayda ev artıq vəhşicəsinə dağıdılıb.
“Vaxtıykən bizim məmur entuziastlardan ibarət az saylı qrupumuz tərəfindən həmin zonanın (80 hektarın) hərtərəfli təhlili həyata keçirildi və tikilməli olan ərazinin təxminən 30% sahəsini tutan bütün memarlıq abidələrinin saxlanılması və bu məsələlərin həllində artıq zəngin olan Avropa təcrübəsinin tətbiq olunmasıyla regenerasiya layihəsi təklif olundu. Yeni infrastrukturun yaradılması kompleks zonalaşdırmanı nəzərdə tuturdu ki, burada funksional sektor əsas yollarla ayrılırdı ki, həmin yollar da ərazini şəhərə bitişik sahələrlə birləşdirirdi. Layihə şəhərin tarixi hissəsində bina tikintisi ilə məşğul olanlardan bu məsələnin dərindən öyrənilməsini tələb edirdi, buna görə də iqnor edildi – deyə o bildirdi.
“Böyük Bakının Regional İnkişaf Planı layihəsinin keçmiş rəhbəri, memar Novruz Eldarovun sözlərinə görə, bir neçə il əvvəl “mübahisəli məhəllənin daha bir layihəsi işlənib hazırlanmışdı ki, o da bütün əhəmiyyətli evləri saxlamağa və yararsız olanları elə əvəz etməyə imkan verirdi ki, bu yer öz “simasını saxlasın və turistlər üçün marağı azalmasın. Layihəni Britaniyanın, Dünya Bankının qrantından istifadə edən “Mcbain’s Cooper şirkəti işləyib hazırladı. Layihənin hazırlanmasında Azərbaycan Memarlar İttifaqı da fəal iştirak edirdi.
“Amma təəssüflər olsun ki, Bakıda bu cür layihələri reallaşdıra bilən peşəkar, səlahiyyətli qurumlar yoxdur, – N. Eldarov deyir.
Onun sözlərinə görə, tarixi binaların söküntüsü cinayətdir.
“Bu ərazini məhz regenerasiya etmək lazımdır, burada park salmaq üçün dalbadal hər şeyi sökmək olmaz. Bir belə “park artıq H. Əliyev adına sarayın arxasında düzəldiblər. Və? O kimə lazımdır ki? Bu, park deyil! Mən şəxsən cənab prezidentə yazmışam, amma təəssüf ki, heç bir cavab gəlmədi. Və yenidən təəssüf ki, biz hamının gözü qarşısında Bakı şəhərinin memarlıq və şəhərsalma əhəmiyyətliliyini itiririk!, – Eldarov belə hesab edir. Bakıda tarixi binaların məhv edilməsini dayandırmaq xahişiylə ölkə rəhbərliyinə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarovun başçılığı ilə bir neçə ictimai xadim müraciət etdi, binaların söküntüsü isə davam edir.
XIX əsrin sonlarına aid supaylayıcı qala
Burada 1888-ci ildə tikilən hamam olub. Muxtarov küçəsi, 83.
Dərc edilib 16.06.2016