Lavrov: “Qərb Moldovanı “növbəti Ukrayna” roluna nəzərdən keçirir, Gürcüstan müqavimət göstərir”
Sergey Lavrovun böyük müsahibəsi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına və “RİA Novosti”yə geniş müsahibə verib.
“Qərb Moldovanı “növbəti Ukrayna” roluna nəzərdən keçirir, Gürcüstan müqavimət göstərir”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri müsahibəsində deyib.
Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışan Lavrov qeyd edib ki, müstəqil dövlətlərin sərhədləri ittifaq respublikalarının sərhədləri boyunca keçəcək. “Qarabağ Azərbaycan SSR-in tərkibində olub”, – o əlavə edib.
Rusiya Federasiyasının xarici işlər naziri Ukrayna ilə müharibə və Rusiya ilə Qərb arasında qarşıdurma mövzuları üzərində də ətraflı dayanıb.
Ukrayna ilə müharibə haqda
“Xüsusi hərbi əməliyyat nə vaxt başa çatacaq?” sualını cavablandırarkən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri belə deyib:
“ Bizi – müstəqilliyimizin təmin olunmasının ən əsas məsələlərini həll edən diplomatları, hərbçilərimizi, insanlarımızı, yəqin ki, bu məsələ düşündürmür ki, bu nə vaxt bitəcək. Onları işini aydın, tez və itkiləri minimuma endirərək görmək istəyi idarə edir. Biz onları nə qədər fəal dəstəkləsək, dünya bunun bitməli olduğunu bir o qədər tez başa düşəcək.
Buna yalnız o zaman son qoymaq lazımdır ki, biz Qərbin bütün bunları heç vaxt bitirməmək istiqamətində israrlı xəttinin başa çatdığını müşahidə edək, onların istənilən hegemonluq təhlükəsi aradan qaldırılmış olsun”.
Lavrov qeyd edib ki, Rusiya indiki mərhələdə “Qərbli həmkarlarımızın söz verdiyi kimi, “döyüş meydanında qələbə olmalıdır” prinsipi üzrə hərəkət edir. Bu, onların formulasıdır:
“Biz hamımız bunun bitməsini istəyirik, amma burada vacib olan zaman amili deyil, xalqımız, rus mədəniyyətinin bir hissəsi olaraq qalmaq istəyən və Kiyev xuntası tərəfindən uzun illər boyu hər cür rus mahiyyətindən məhrum edilmiş insanlar üçün verəcəyimiz nəticələrin keyfiyyətidir.
Onun [Zelenskinin] pərəstişkarları və “ipini çəkənlər” tərəfindən səsləndirilən bütün bu bəyanatları “Rusiya məsələsini nəhayət həll etmək” cəhdindən başqa bir anlamda yoza bilmirəm – “Rusiya strateji məğlubiyyət almalıdır ki, uzun müddət ayağa qalxa bilməsin”.
- Niyə Cənubi Qafqazda qonşu ölkələr arasında biznes alınmır? Üç hekayə
- Azərbaycanda maaşlar 15 faiz, qiymətlər isə 30 faiz artıb. Ekspert şərhi
- “Qeyri-etik mənzərə”: Saakaşvilinin məhkəməsi onun distant iştirakı ilə davam edir
Rusiya və Qərbin qarşıdurması haqda
“Ursula fon der Leyen dedi ki, müharibənin nəticəsi Rusiyanın məğlubiyyəti olmalıdır və elə bir məğlubiyyət ki, onilliklər ərzində iqtisadiyyatını bərpa edə bilməsin. İrqçilik deyil, nasizm deyil, “rus məsələsini həll etmək” cəhdi deyilsə, bu nədir? Bəli, qaz kameralarında deyil. Hələlik! Hələ də Almaniyada faşizmin dirçəlməsinə imkan verməyəcək çoxlu layiqli insanlar var, lakin bunun qətiyyən əleyhinə olmayacaqlar da yox deyil”, – Rusiya XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda “geosiyasi döyüşün ortasındadır”:
“Buna şübhə etməyə ehtiyac yoxdur. Praktiki problemləri ön planda həll edənlər isə ən vacib işi görürlər. Onlar qəhrəmandırlar və onların göstərdiyi şücaətlər həm də bəşəriyyətin gələcəyi naminə şücaətdir ki, bu da ABŞ-ın tam hegemonluğuna şərait yaradılmasına mane olacaq”.
Lavrov deyib ki, “heç kim Kiyevi Moskva ilə danışıqlara qayıtmağa inandırmağa çalışmır, halbuki Zelenski özü özünü müstəqil fiqur kimi hiss etmir, o, manipulyasiya edilir”.
“Amerikalılar hamını “əritmək” istəyirlər ki, hamı amerikalı olsun. Bizim indi Kiyev rejimi vasitəsilə bizə qarşı hibrid müharibə aparan ölkələrlə qarşı-qarşıya gəlməyimizin əsas səbəbi [ABŞ-ın] özünün qüsursuzluğuna və üstünlüyünə əminliyidir.
Birləşmiş Ştatlar və bütün qərbpərəstlər böyük demokratlardır, lakin onlar demokratiyanı öz demokratiya anlayışlarını hər kəsə sırımaq haqqı kimi başa düşürlər”.
Lavrov əlavə edib ki, Putin “XHƏ (xüsusi hərbi əməliyyat) məqsədlərini, səbəblərini və qaçılmazlığını təfərrüatlı şəkildə anlatdı, bunu birdən-birə yox, Qərbə uzun illər ərzində yanlış istiqamətə yönəldiklərini və yerinə yetirmək öhdəliyi götürdükləri hər şeyi alt-üst etdiklərini izah etdikdən sonra etdi”.
“ABŞ Ukrayna rejimini elə tərbiyə etmək istəyir ki, Qərbin lisenziyası ilə Rusiya Federasiyasına qarşı müharibəyə başlasın. ABŞ Aİ-ni səfərbər edir ki, bütün silahları Ukraynaya verməyə təhrik edir, eyni zamanda silah istehsalını artırır və Avropanı onlardan silah almağa məcbur edir”, – deyə o əlavə edib.
“Qərbin Rusiyaya qarşı tribunallar və repatriasiya ilə bağlı ideyaları beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, – Lavrov deyib.
Moldova və Gürcüstan haqda
“Qərb Moldovanı “növbəti Ukrayna” roluna nəzərdən keçirir, Gürcüstan müqavimət göstərir”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri müsahibəsində deyib.
“Gürcüstanı da Qərbdə yeni “anti-Rusiya” hesab edirdilər, onlar ölkəni Saakaşvilinin təcavüzkar dövrünə qaytarmaq istəyirdilər, lakin bu alınmadı.
Tbilisi kənardan təzyiqlərə baxmayaraq, milli maraqları rəhbər tutur. Ölkənin baş naziri görünməmiş təzyiqlərə cavab olaraq deyir ki, Gürcüstan yalnız milli maraqları rəhbər tutacaq.
Qərb ölkələrin neytrallığına hörmət etmir, Rusiya əleyhinə sanksiyalara hələ qoşulmayanlara demək olar ki, hər gün təzyiq göstərir”.
Ermənistan və Azərbaycan arasında münaqişə haqda
Rusiya xarici işlər naziri xatırladıb ki, ötən ilin sentyabrında zorakılıq dalğası yüksəndikdən sonra Yerevan KTMT-yə müraciət edib:
“Təşkilatın baş katibi Ermənistan-Azərbaycan sərhədinə gedib və Ermənistan ərazisinə missiya yerləşdirmək planını gətirib. Lakin sonradan erməni həmkarlar Azərbaycanın hərəkətlərinin qəti şəkildə pislənməsinin zəruriliyini bəyan etdilər.
Hamı buna hazır deyildi. Ona görə yox ki, kiməsə sipər etmək istəyiblər, ya da dəstəkləmək istəmirlər. Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır. Ermənistan uzun illər Azərbaycanın 7 rayonunu işğal altında saxlayıb. Rusiya məsələnin diplomatik yolla həlli üçün çoxsaylı variantlar təklif edib. Amma Ermənistan rəhbərliyi əraziləri saxlamaq istəyirdi. Azərbaycan ona məxsus olan torpaqları geri qaytardı.
İndi tərəflər 1991-ci il Almatı bəyannaməsi əsasında sülh müqaviləsi bağlamağa hazır olduqları barədə saziş imzalayıblar. Orada bildirilir ki, müstəqil dövlətlərin sərhədləri ittifaq respublikalarının sərhədləri boyunca keçəcək. Qarabağ Azərbaycan SSR-in tərkibində idi”.