Kubdari, sülalə başçısının kreslosu, Çuberidə Afrika laylası
Svanetidə yerləşən Çuberi kəndi həqiqətən də böyük deyil. Bu, balaca və mehriban kənddə minə yaxın adam yaşayır. Əksəriyyəti svanlardır. Svanlar öz dili, ənənələri və mədəniyyəti olan gürcü etnoqrafik qrupdur. Yerli sakinlər öz ənənələri (dili, mətbəxi, xalq mahnıları və s.) ilə yaşayır. Əksəriyyətinin kiçik təsərrüfatları var, daha çox əkinçilik və heyvandarlıqla məşğuldurlar.
Çuberi gözəldir. Kənd Nenskara çayının dərəsində gizlənir və böyük dağlarla əhatə olunub. Svanetinin Gürcüstanın əsas turist zonalarından biri olmasına baxmayaraq, bilavasitə bu hissədə turist axını yoxdur. Çuberinin aid olduğu Mestiya rayonunda turistlər Svanetinin başqa hissələrində olduğundan daha azdır.
Yerli sakinlər vəziyyəti dəyişmək və Nenskara dərəsini daha cazibədar turist məkanına çevirmək qərarına gəliblər.
Ötən istirahət günlərində onlar müxtəlif ölkələrdən gələn könüllülər qrupu ilə birlikdə svanların mədəni irsini populyarlaşdırmaq və Nenskara dərəsinə gələn turistlərin sayının artırılması üçün festival keçiriblər.
Nenskara dərəsi – Çuberidən açılan mənzərə
Burada festival keçirilib
Festivala bir həftə qalmış könüllülər və yerli sakinlər hazırlıq işlərinə başladı – tədbirin keçirildiyi məkana elektrik xətləri çəkdilər, səhnə, tualetlər quraşdırdılar, çayın üzərindən keçən köhnə körpünü qaydaya saldılar. Bütün bunlar yerli sakinlərə festivaldan sonra da lazım olacaq.
მოსამზადებელი სამYerli sakinlərin iştirak etdiyi hazırlıq işləri
Nenskara çayı üzərindən körpü qaydaya salınıb və üzərində işıqlandırma quraşdırılıb. Sonda tərtibata uşaqlar da qoşulub
Festivalın keçiriləcəyi məkana müxtəlif yerli sakinlər baş çəkib
Salamlama üç dildə (ingilis, gürcü və svan dillərində) yazılıb
We are Svaneti – Çuberidə 15-17 iyun tarixlərində baş tutan festival belə adlanır. Tədbirə 13 müxtəlif ölkənin nümayəndələri qoşulub. Bolqarıstan, ABŞ, Nigeriya, Misir və digər ölkələrdən gələn turistlər svan mədəniyyəti ilə tanış olmaq üçün unikal imkan qazanıblar.
Çuberi sakinləri üçün tədbir Svanetinin digər kəndlərində yaşayan dostları və qohumlarıyla görüşmək imkanı verdi – gündəlik işlər çox vaxt aparır və tez-tez görüşmək mümkün olmur.
Onlar görüşür, söhbət edir, mahnı oxuyur, birlikdə kubdari yeyirdilər. Bir sözlə, bir-birini çox sevinclə qarşılayırdılar.
Festivalın qonaqları çadırlarda yatır, təzə kubdariyə qonaq olur, axşamlar isə yerli sakinlərlə birlikdə xalq mahnıları və rəqslərlə əylənirdilər. Onlar bir neçə günlük Çuberi həyatının bir hissəsinə çevrildikləri üçün öz heyranlıqlarını gizlətmirdilər
Beynəlxalq təşkilatçılar qrupunun nümayəndələri – Çexiyadan Klara və İspaniyadan Roza
Yemək. Bu, ətli piroq növlərindən biridir. Festival günlərində qonaqlar Çuberi və Xaişinin xanımlarının hazırladığı kudbarinin dadına baxa bilərdilər
ადგილობრივების მიერ Yerli sakinlər tərəfindən hazırlanan ənənəvi svan yeməyi – Nenskaradan tutulan balıq manqalda qızardılır və ya duzlanırdı. Balığı axşamlar ocağın yanında gürcü mahnıları altında – tkemali və araqla yemək olurdu.
Çox dadlı yeməklə birlikdə yerli sakinlər mahnı və rəqslərə “qonaq edirdilər”. Festivalın qonaqları həm də xalq sənəti nümunələrini nəzərdən keçirir və alırdılar.
Çuberili Orest Tsindeliani rəssamdır. Festivalda o, svan sülaləsinin kreslosunu təqdim edib. Bu cür kreslolar hər bir svan ailəsində var
Lile (sağdan dördüncü) rəsm müəllimidir. O, Çuberi məktəbində işləyir. Dərslərdən sonra rəssamlıq dərnəyinə rəhbərlik edir, burada xalq sənəti predmetlərini hazırlamağı öyrədirlər. Şagirdləri festivalda çox gözəl işlər təqdim edib
Nenskara komandasının çıxışı heç kimi biganə qoymadı
Çıxışdan əvvəl hamı həyəcanlıydı
Nəticədə isə hər şey yaxşı oldu və tamaşaçılar razı qaldı
Festival çərçivəsində bir neçə “workshop” oldu. Misal üçün, qonaqlar özləri müəyyən əşyaları hazırlaya, gitara dərsləri ala və ya Nenskara çayında balıq tutmağı öyrənə bilərdilər
Çuberidə hətta Afrika mahnıları dərsləri də keçdi. Dərsləri Nigeriyadan qonaq, musiqiçi Tulu deyirdi. O, festival qonaqlarına Afrika xalq mahnıları öyrədir, sonra da şagirdlərilə birlikdə həmin mahnıları səhnədə ifa edirdi
Sabun köpüyü ilə oynamaq həmişə maraqlıdır!
Yerli uşaqlar turistlərə balıq tutmağı öyrədir
“Workshop”lar çox sayda “gizli” artist və aktyor üzə çıxarıb
Yeniyetmələr əl işi olan nəqliyyat qurğusunu təqdim ediblər
“Festival bu kəndlərin ənənələrinin qorunub saxlanmasının necə vacib olduğunu göstərdi. Əgər Yuxarı Svanetiyanın bu incisi gələcəkdə də lazımi dəstək alacaq və inkişaf edəcək, o, Gürcüstanın ən maraqlı turist obyektlərindən birinə çevriləcək”, – Leni festivalın detalları ilə bağlı söhbət zamanı deyib. O, ABŞ-dan gəlib və Çuberidə “Sleklayn” təqdim edib. Bu özünəməxsus “attraksion” festivalın əsas əyləncələrindən birinə çevrildi.
Qari Çxvimiani yerli fəaldır. O, kənd cüdo məktəbinin direktorudur. Uşaqlıqda Abxaziyada yaşayıb, amma tez-tez məktəbdən qaçaraq, Çuberiyə gedib. Bu gün o, sevdiyi diyarda yaşayır, onun populyarlaşdırılması üçün işləyir və yerli sakinlərin mühafizəsi üçün müxtəlif tədbirlərdə iştirak edir.
“Bu festivalın tək mənim üçün deyil, həm də bütün kənd üçün böyük əhəmiyyəti var, çünki müxtəlif ölkələrdən gələn insanlar Svanetini, Çuberini gördülər. Çox sayda dost qazandıq, bu da festivalın əsas nəticəsidir”, – Lika deyir.
Yerli sakinlər və Çuberinin qonaqları ümid edir ki, “We are Svaneti!” yeganə festival olmayacaq və artıq gələn il üçün planlar qururlar.