“KTMT Qazaxıstana hərbi kontingent göndərdi, Ermənistana isə gəlmədi”
Ermənistanın 70 hərbçisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının – Rusiyanın liderlik etdiyi hərbi blokun sülhməramlı qüvvələri tərkibində Qazaxıstana yollanıb. Ermənistan KTMT üzvüdür. Bloka həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
2021-ci ilin payızından Ermənistan təşkilatda sədrliyi bir illik qəbul edib. Hərbi kontingentin Qazaxıstana göndərildiyi haqda yanvarın 6-a keçən gecə Facebook səhifəsində baş nazir Nikol Paşinyan məlumat verib.
Amma KTMT üzü ölkələrin heç də hamısnın bu məsələdə mövqeyi birmənalı olmayıb. Məsələn, Qırğızıstan parlamenti hərbçiləri Qazaxıstana göndərmək təklifini dəstəkləməyib.
Ermənistan müxalifəti və ekspertlər Azərbaycan Ermənistanın suveren ərazisinə müdaxilə etdiyi zaman KTMT-nin Ermənistanın yardım çağırışına cavab vermədiyi halda Qazaxıstana sülhməramlı göndərməsindən qəzəblənib.
KTMT-nin sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsinə Ermənistan üxalifətinin və ekspertlərinin reaksiyası.
Qazaxıstanda etirazlar və sülhməramlıların göndərilməsi
Qazaxıstanda vəziyyət yanvarın əvvəlindən pisləşib, plkə sakinləri maye qazın bahalaşmasına etiraz əlaməti olaraq küçələrə axışıblar.
Prezidenti Qasım-Comərd Tokayev xalqa müraciət edib. O bildirib ki, “quldur elementlərdən ibarət kütlələr hərbçiləri döyür, onları alçaldır, lüt küçələri gəzdirirlər, qadınlara qarşı zorakılıq edir, mağazaları qarət edirlər”.
Prezident vurğulayıb ki, “vətəndaşların təhlükəsizliyini və sakitliyini qorumağa, Qazaxıstanın bütövlüyünün qayğısına qalmağa borcludur”. Bununla yanaşı o hesab edir ki, onun gördüyü tədbirlər yetərli deyil. Və yardım üçün KTMT hərbi blokuna müraciət edərək “teror təhlükəsinin” qarşısının alınması üçün kömək istəyib.
Buna cavab olaraq Qazaxıstana KTMT sülhməramlı qüvvələrinin göndərilməsi qərara alınıb. Ermənistanın baş naziri və KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyan sosial şəbəkə vasitəsilə bildirib:
“Qazaxıstan Respublikasının prezidenti Q.-C. Q. Tokayevin müraciəti ilə əlaqədar olaraq və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə qarşı eyni zamanda xarici müdaxilə nəticəsində yaranan təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası kollektiv təhlükəsizlik haqda Müqavilənin 4-cü maddəsinə müvafiq olaraq Kollektiv sülhməramlı qüvvələri məhdud müddətdə bu ölkədə vəziyyətin stabilləşdirilməsi və normallaşdırılması məqsədilə Qazaxıstan Respublikasına göndərmək qərarı alır”.
Yanvarın 5-dən 19-a qədər bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan olunub. Etiraz aksiyaları toqquşmalarla nəticələnib, yüzlərlə insan ölüb və yaralanıb. Ermənistan səfirliyinin məlumatına əsasən, Qazaxıstanda ER vətəndaları arasında zərərçəkən yoxdur.
Sülhməramlı missiya artıq Qazaxıstandadır. KTMT-nin bəyanatına əsasən, sülhməramlı qüvvələrin əsas vəzifəsi dövlət və hərbi obyektlərin qorunması və vəziyyətin stabilləşdirilməsində Qazaxıstan hüquq-mühafizə orqanlarını dəstəkləməkdir.
KTMT-nin rəsmi saytında bildirildiyinə görə, sülhməramlı kontingentə bütün üzv ölkələrin, o cümlədən də Qırğızıstanın hərbi qüvvələri daxildir.
Qırğızıstan prezidentinin mətbuat katibi bildirib ki, onların hərbçiləri “strateji obyektlərə nəzarət edəcək” və etirazçılara qarşı əməliyyatlarda iştirak etməyəcəklər. Görünür, bu, Qırğızıstan parlamentinin öz kontingentinin Qazaxıstana göndərilməsini dəstəkləməməsi ilə izah olunur.
Ermənistan müxalifəti KTMT-nin mövqeyini qınayır
2021-ci ilin mayında Azərbaycan SQ Ermənistanın suveren ərazisinə daxil olduqda ölkə rəsmən KTMT-ə yardım üçün müraciət etmişdi, amma müsbət cavab ala bilməmişdi. Bununla əlaqədar olaraq baş nazir Nikol Paşinyanın sosial şəbəkədə sülhməramlı kontingentin Qazaxıstana göndərilməsi haqda paylaşımı ermənistanlı sosial şəbəkə istifadəçiləri arasında rezonans doğurub.
Müxalifətçilər də vəziyyəti şərh ediblər. Məsələn, keçmiş deputat və “Maariflənmiş Ermənistan” müxalif parlament fraksiyasının lideri Edmon Marukyan bunları qeyd edib:
“Ermənistanın suveren ərazilərinin 40-45 kvadrat-kilometri artıq bir neçə aydır ki, Azərbaycanın nəzarəti altındadır. Heç bir qüvvə – nə təcili, nə ləng reaksiya verən – çağırışlarımıza baxmayaraq, bizə köməyə gəlmədi”.
Şərh
Politoloq Robert Gevondyan hesab edir ki, KTMT hərbi blok yox, daxili polis strukturu olduğunu açıq şəkildə nümayiş etdirib.
Onun sözlərinə görə, əgər əvvəl Ermənistanın üzvlüyü formal idisə, Rusiya ilə münasibətləri korlamamaq məqsədi daşıyırdısa, indi bu, təhlükəli oolmağa başlayır:
“Heç bir Ermənistan əsgəri he bir halda və heç bir müddətə Qazaxıstana getməməlidir. Bu, Ermənistanın dövlətçiliyinə qarşı təhlükədir, hansı ki, 1991-ci ildən olmayıb. Ermənistan əsgərinin Qazaxıstana aparılması əmri verildiyi halda Ermənistan hökumətinin legitimliyi sual altına düşəcək, bu da Yerevan üçün gözlənilməz nəticələr vəd edir”.
Politoloqun fikrincə, Qazaxıstan xalqının öz seçimini etmək hüququ var və Ermənistanın bu prosesə “burnunu soxmağa” mənəvi və ya başqa öhdəlikləri yoxdur.