Kremlin mesajlarını Gürcüstanda kim və necə yayır?
İDDİA: Rusiya həm öz media layihələri, həm də yerli kütləvi informasiya vasitələrinin köməyi ilə Gürcüstanın informasiya məkanına nəzarət edir. Bu iddia doğrudurmu?
NƏTİCƏ: Qismən doğrudur. Gürcüstanda dəqiq və ardıcıl olaraq anti-qərb ritorikasını tirajlayan, informasiyanı yayarkən isə əsasən Rusiyanın media mənbələrinə əsaslanan və bununla da dolayasıyla Rusiya təbliğatını yayan ən azı bir telekanal, bir-iki internet telekanalı, bir neçə veb-sayt və ən azı iki çap nəşri var.
TƏHLİL
Veb məkan
Gürcüstanda yalnız bir gürcü dilli Rusiya media layihəsi mövcuddur. Bu, “Sputnik-Gorgiyadır. “Sputnik Rusiya təbliğatının əsas multi media layihəsidir, onun dünya miqyasında həyata keçirilməsi və təbliğatı 2014-cü ilin noyabrında başlandı.
“Sputnik “РИА Новости Rusiya Dövlət Agentliyinin bazasında yaranıb, onun baş direktoru Vladimir Putin siyasətinə xüsusi loyallığı ilə seçilən jurnalist Dmitri Kiselyovdu.
Gürcüstanın Kommunikasiyalar üzrə Milli Komissiyası “Sputnikə radio yayım üçün hüquq verməyəndən sonra “Sputnik internet məkanında fəaliyyət göstərməyə başladı. Sputnik-georgia.ge səhifəsində hər gün mətn materialları ilə birlikdə, həm video materiallar, həm də radio verilişlər yerləşdirilir. Həmin saytda da rusdilli “Sputnik radiosunun canlı efirini dinləmək olar.
“Sputnikin öz mətbuat mərkəzi var, bura mütəmadi olaraq son üç ildə xüsusi fəallıq nümayiş etdirən “Avrasiya institutu, “Avrasiya seçimi kimi Rusiya yönlü və anti-qərb qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunur.
Kremlin bilavasitə layihəsi və post-sovet məkanında Rusiya təbliğatının əsas dayağı olan “Sputnikdən başqa, Gürcüstanda bu istiqamətdə bir neçə veb-portal seçilir. Bu “Sakinformi, “Gürcüstan və dünya və “İverionidir.
Bu media vasitələri Gürcüstanda fəaliyyət göstərən ən aktiv Rusiya yönlü qeyri-hökumət təşkilatlarından biri olan “Avrasiya İnstitutunun media tərəfdaşlarıdı. “Avrasiya İnstitutunun internet saytında bu QHT-nin maliyyə mənbələri göstərilmir, amma məşhur Rusiya ideoloqu Aleksandr Duqinin təşkilatı olan “Beynəlxalq Avrasiya Hərəkatı göstərir ki, onun Gürcüstandakı tərəfdaşı “Avrasiya İnstitutudur.
Gündəlik xəbərlərdən başqa, “Sakinformi, “Gürcüstan və dünya və “İverioni öz veb-saytlarında analitik materiallar yerləşdirirlər. Burada ifadə olunan fikirlər bir qayda olaraq bu və ya digər məsələlərlə bağlı (misal üçün, Ukraynadakı hadisələr, 2008-ci il avqust müharibəsi, Rusiya ilə Türkiyə arasındakı qarşıdurma) Rusiyanın təbliğat KİV-ində yayılan fikirlər və ya Moskvanın rəsmi mövqeyi ilə üst-üstə düşür.
İnformasiyanın yayılması zamanı veb-sayt əksər vaxtlarda əsasən etibarsız Rusiya mənbələrinə istinad edir.
Misal üçün, 2014-cü il aprel ayında “Sakinformi rusiyalı mənbə politikus.ru saytına istinadən Avropa İttifaqının guya ki, türk şirkəti vasitəsiylə Ukraynada siyasi məhbuslar üçün həbs düşərgələri tikməsi haqda material dərc etdi. Materialda bir tərəfdən, nasist həbs düşərgəsinin şəkli, digər tərəfdən isə müxtəlif tikinti obyektlərinin fotolarından ibarən foto-fabrikasiya varıydı. Bütün bunlar Jdanovkada gələcək “Osvensim kimi qələmə verilirdi. Bu saytların həftəlik 400-dən 4 minə qədər unikal istifadəçisi olur.
Çap KİV-i
Çap kütləvi informasiya vasitələri arasında anti-qərb ritorikası daha çox “Asaval-dasavali qəzetində rast gəlinir, ən aqressivi də elə odur. Bu mənada “Alia və “Kviris palitra (“Həftənin palitrası) qəzetləri fərqlənir. Və daha az populyar olan qəzetlər – rus dilli nəşr “Azad Gürcüstan (ayda bir dəfə çıxır) və “Georgian Times qəzeti (həftəlik).
Anti-qərb yazılardan başqa “Asaval-dasavali qəzeti homofob və ksenofob yazıları ilə fərqlənir. Burada dərc olunan anti-qərb təbliğatının əsas fikri aşağıdakı kimi izah olunur: Qərb Gürcüstana homoseksuallığı yeridir, pravoslav dini, gürcü mənəviyyatı və milli dəyərlərlə mübarizə aparır.
“Asaval-dasavali həm də Qərbi Ukraynadakı hadisələrin təhrikçisi kimi qələmə verməyə çalışır. Burada tez-tez belə bir fikir bildirilir ki, NATO-ya inteqrasiya ərazi itkisi təhlükəsi yaradır, Avropa və ABŞ isə çevriliş və avromaydanların qızışdırıcısı obrazında göstərilir.
“Asaval-dasavali həftəlik nəşrdir. Bu qəzetin tirajı müxtəlif məlumatlara görə, 10 mindən 20 min nüsxə arası göstərilir, o tirajına görə Gürcüstanda ikinci qəzet sayılır.
Televiziya
ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) keçirdiyi ictimai fikir araşdırmasının məlumatlarına görə, 97% respondent üçün əsas informasiya mənbəyi telekanallardı. Əhalinin böyük hissəsi məlumatı yerli gürcü kanalları olan “Rustavi 2, “İmedi, İctimai yayım vasitəsiylə alırlar. Rusiya telekanallarına ancaq ölkə əhalisinin 9%-nin çıxışı var.
Anti-qərb təbliğatı Gürcüstan meynstriminin media vasitələrinə, yəni Gürcüstan əhalisinin böyük hissəsinin baxdığı şirkətlərə xas deyil. Düzdür, “İmedi və “Maestro televiziya şirkətlərinin ayrı-ayrı süjetləri anti-qərb “çağırışlı süjetlər kimi “Medianın inkişaf fondu qeyri-hökumət təşkilatının hesabatında qeyd olunurlar.
Gürcüstan televiziya məkanında anti-qərb meyllərinin ən aqressiv tirajlanması “Obyektiv teleşirkətinin efirində baş verir.
“Obyektiv teleşirkəti 2010-cu ildə rəsmi qeydiyyatdan keçib. Təşkilata sonradan siyasətlə məşğul olan jurnalist İrma İnaşvili başçılıq edirdi. Telekanalın öz istəyiylə tok-şou mövzusu seçən bir neçə aparıcısı var. “Obyektivin efirində anti-qərb meyllərini həm aparıcılar, həm onların respondentləri, həm hə telefon vasitəsiylə canlı efirə qoşulan tamaşaçıları ifadə edir.
Anti-qərb meyllərindən başqa bu teleşirkət həm də türkofobiya və islamofobiyanın qızışdırılması ilə seçilir.
“Obyektivin reytinqi haqda məlumat yoxdur, çünki teleşirkət Gürcüstanda televiziya reytinqlətini tədqiq edən şirkətlə əməkdaşlıq etmir, bununla belə media-ekspertlər şirkətin yayım zonasını nəzərə almaqla güman edirlər ki, bu teleşirkətin məhsulunun auditoriyası o qədər də kiçik deyil.
Bu teleşirkətin reytinqinin dolayı göstəricisinə fakt kimi onu göstərmək olar ki, “Obyektiv teleşirkətinin siyasətə keçən təsisçisi İrma İnaşvili 2014-cü ildə baş tutan yerli hökumət orqanlarına seçkilər zamanı seçki baryerini keçdi. Qeyd etmək lazımdır ki, İnaşvilinin seçki öncəsi kampaniyası bütövlükdə “Obyektivin efirində baş tutdu.
“Obyektivin ümumi yayıma lisenziyası var və efirə kabel telekanalları vasitəsiylə çıxır. Tbilisidən başqa, “Obyektiv həm də regionlarda yerli teleşirkətlər vasitəsiylə yayımlanır. Acariyada “Obyektiv yerli “25-ci kanalın 8 saatlıq efir vaxtını alır. O, bütün kabel telekanallarının paketlərində təqdim olunur.
Bundan başqa, “Obyektiv öz verilişlərini radio-efir vasitəsiylə yayımlayır. 105.1 FM-də canlı yayımda televiziya verilişləri yayımlanır. Teleşirkətin texniki təchizatı çox zəifdir. Format əsasən aparıcıyla qonaq arasında dialoqdan və teletamaşaçıların canlı efirdə daimi telefon zənglərindən ibarətdir.
Teleşirkətin öz veb-səhifəsi var, burada televerilişləri Gürcüstanın hüdudlarından kənarda da live rejimində izləmək olar.
“Obyektivdən başqa, anti-qərb ritorikasıyla kabel teleşirkəti “Dro (“Zaman) və internet-televiziya “Patriot TV fərqlənir. Bu nisbətən daha az populyar teleşirkətlərdi.
XÜLASƏ
Rusiya telekanallarına əhalinin ancaq kiçik hissəsinin baxdığı ölkədə Rusiya televiziyası tərəfindən yaradılan mifləri yayan gürcü dilli mass-mediaların sayı artıb. “İnformasiyanın İnkişaf Fondu tərəfindən aparılan son tədqiqatlara görə, anti-qərb mass-mediaların dominant mövzuları aşağıdakılardı: homoseksuallıq, pedofiliyanın “leqallaşdırılması və Qərb tərəfindən yeridilən “pozğun həyat qaydaları. Əksər media resurslar Qərbi “ortodoksal xristianlıq və ənənəvi dəyərlərlə döyüşən, Rusiyanı isə gürcü cəmiyyətinə daha yaxın ənənələri olan “eyni dinli ölkə kimi təqdim edirlər.
Yuxarıda sadalanan media vasitələrini məhz anti-qərb istiqamətliliyi və mahiyyəti birləşdirir. Onlarda demək olar ki, heç vaxt başqa fikir eşidilmir və onlar alternativ informasiya yaymırlar. Və respondentlər də məhz bu və ya digər məsələyə sırf anti-qərb prizmasından yanaşanların içindən seçilir.
Gürcüstanda media vasitələrinin anti-qərb ritorikasını qəbul edən auditoriyanın kəmiyyət göstəricisini konkret olaraq müəyyən etmək çətindir, çünki bu cür tədqiqat aparılmayıb.
Amma ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) sifarişi ilə aparılan ictimai fikir sorğusunun nəticələrinə görə, Gürcüstanda Rusiya yönlü meyllər yavaş-yavaş olsa da artır. Misal üçün, “Gürcüstan Avrasiya İttifaqına daxil olmalıdırmı? sualına 2015-ci ilin avqustunda sorğu edilənlərin 19 faizi müsbət cavab verdi, halbuki 2013-cü ildə onlar 11 faiziydi.
Beləliklə, Gürcüstanda Rusiya media vasitələri və rus dilli telekanalların o qədər də populyar olmadığını nəzərə alsaq, Rusiyanın gürcü dilli media vasitələri tərəfindən həyata keçirilən bilavasitə də olmasa, dolayı yolla təbliğatı göz qabağındadır və onun əsasını anti-qərb ritorikası təşkil edir.