Kreditlə evlilik
Abxaziyanın gənclər siyasəti üzrə dövlət komitəsində düşünürlər ki, gənclərin evlənməməyinin əsas səbəbi ənənəvi toy eləməyə pul tapmamaqlarıdır. Bu vəziyyətdən çıxış yolunu tapıblar- gənclərə qısamüddətli faizsiz kredit təklif edirlər.
Bu qərar əbəs yerə verilməyib. Abxaz toyunu qonaqların sayının çoxluğuna görə zarafatla “əhalinin siyahıya alınması adlandırırlar. Ənənəyə görə toya qohumlardan (qohum anlayışını isə istənilən qədər uzatmaq olar) dostlar, sinif yoldaşları, iş yoldaşlarının hamısı və oğlan tərəfinin ailə qohumları çağrılmalıdır. Bu anlayış Abxaziyada çoxşaxəlidir.
Beləliklə, Abxaziyada ənənəvi sayılan toya ən az 500 nəfər çağrılmalıdır (1000 olsa daha yaxşı), orta hesablama ilə belə bir toy bir milyon (15.000$) rubl pul xərclənir. Toyun təşkil olunması üçün dövlət 200 min rubl (3000$) həcmində qısamüddətli kredit verir.
Dövlət komitəsinin bu təşəbbüsü əhali tərəfindən olduqca xoş qarşılandı. Mindən çox cütlük bu xidmətdən istifadə edir.
Pulların verilməsi prossesi maksimal dərəcədə asanlaşdırılıbdır. Arayış və ya bank təminatı tələb olunmur. Yeganə tələb odur ki, evlənməyə hazırlaşanların yaşı 35-dən çox olmasın.
Pul adətən toya iki həftə qalmış cütlüyün şəxsi hesabına yüklənir. Təzə evlilər toydan sonra ilk iş günü borclarını ödəməlidir. Borc isə qonaqlardan yığılan pulun hesabına ödənilir.
Dövlət komitəsində deyirlər ki, evlilər olduqca intizamlıdırlar – demək olar ki, hamısı pulu vaxtında qaytarıblar.
Gənclər işi üzrə dövlət komitəsinin rəhbəri Alias Avidzba deyir ki, gələn il lahiyənin büdcəsi gələn il artırılacaq, deməli, “ Abxaziyada subayların sayı azalacaq, uşaqların sayı isə çoxalacaq.