Korrupsiya Qavrama İndeksi: Azərbaycan geriləyir, Ermənistan olduğu yerdə, Gürcüstan isə təhlükədədir
Paylaşmaq
Paylaşmaq
Beynəlxalq Transparency International dünyada korrupsiya durumu ilə bağlı illik hesabatını dərc edib. Cənubi Qafqaz ölkələrinin bu hesabatdakı durumu aşağıdakı kimidir.
100 – ən yüksək, 0 – ən pis göstəricidir.
Azərbaycan
Azərbaycan reytinqdə 6 möve geriləyib: 2017-ci ildə 31-ci yerdə olsa da, 2018-ci ildə 25-ci yerə düşüb.
Hesabat müəllifləri bunu hakimiyyətin qeyri-hökumət təşkilatlarına (o cümlədən də Transparency International-ın yerli şöbəsinə) və müstəqil mediaya qarşı sürdürdüyü hücumla əlaqələndirirlər.
“Vətəndaş cəmiyyətinin xarici maliyyəyə alçanatlığını çətinləşdirməklə Azərbaycan hökuməti öz fəaliyyəti üzərində müstəqil nəzarət və vətəndaşların öz fikrini ifadə etmək imkanını məhdudlaşdırır”, – hesabatda deyilir.
Həmçinin qeyd olunur ki, 2017-ci ilin sentyabrında Azərbaycan hakimiyyətinin 2,9 milyard dolları ölkədən çıxarıb, qanunsuz yolla leqallaşdırdığı haqda beynəlxalq araşdırma dərc olunub. Bu məbləğin bir hissəsi xaricdə ölkənin imicinin yaxşılaşdırılması üçün xərclənib.
Gürcüstan
58 göstəricisi ilə (2017-ci ildə 56 idi) Gürcüstan Şərqi Avropa və Yaxın Şərq regionunda lider dövlətdir.
Amma hesabat müəllifləri qeyd edirlər ki, ölkə demokratik institutların böhranını yaşayır.
Bu, əsasən hüquq-mühafizə orqanlarının hesabatlı olmamasında, məhkəmələrin fəaliyyətinə siyasi müdaxilədə və vətəndaş cəmiyyəti institutlarına təzyiqdə ifadə olunur.
Hesabatda xüsusi olaraq qeyd edilir ki, bu yaxınlarda keçirilən sosioloji sorğunun nəticələrinə görə, Gürcüstan sakinlərinin 36 faizi hakimiyyətin şəxsi maraqları naminə öz səlahiyyətlərindən sui-istifadə etdiyini hesab edir (2013-cü ildə bu göstərici 12 faiz idi).
Ermənistan
Ermənistan son 3 il ərzində eyni balı toplayır – 35.
Hesabat müəlliflərinin fikrincə, Ermənistan bütün postsovet ölkələri üçün tipik olan problemlərlə üzləşir.
Bu, ilk növbədə icra və qanunverici hakimiyyət arasındakı disbalans, məhkəmə sisteminin zəifliyi və vətəndaşlar tərəfindən vətəndaş cəmiyyəti institutlarının dəyərinin anlaşılmamasıdır.