Koronavirusla əlaqədar Azərbaycan İranla sərhədi bağlayıb, ölkədə artıq üç nəfər xəstə var
Paylaşmaq
Paylaşmaq
Fevralın 29-da Azərbaycanyayılmasının qarşısını almaq məqsədilə iki həftə müddətinə İranla sərhədi bağlayıb. Bu günə qədər Azərbaycanda üç yoluxma hadisəsi qeydə alınıb. Yoluxmuş şəxslərdən biri Rusiya, ikisi isə Azərbaycan vətəndaşıdır. Hər üçü İrandan gəlib.
Bu barədə ReportNazirlər Kabinetinə istinadən xəbər verib.
Bununla birlikdə, İran vətəndaşlarının Azərbaycanı tərk etməsi və Azərbaycan vətəndaşlarının öz ölkələrinə qayıtması üçün dəhliz saxlanılıb.
Eyni vəziyyət hava nəqliyyatında da yaranıb – “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən verilən məlumataəsasən, Tehran-Bakı reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq.
Vətənlərinə qayıtmaq istəyən Azərbaycan vətəndaşları Tehrandakı səfirliyə, yaxud da Təbrizdəki konsulluğa müraciət edə bilərlər.