Koronavirus: Xəstəlik hallarının üçdə birindən çoxu Çindən kənardadır, Avropa – episentrdir. 15 marta dünyada və Qafqazda əsas faktlar və rəqəmlər
Əsas mənbə – CNN-in xüsusi reportajı və The Economist.
Son iki həftə ərzində xəstəliyin ocağı yerini Çindən dünyanın yerdə qalan hissələrinə dəyişib. Avropa pandemiyanın episentri adlanıb və tezliklə ABI-ı ötüb keçə bilər.
• Dünyada koronavirusa yoluxmuş 156,400 insan var. Bunların üçdə birindən çoxu Çindən kənardadır.
• Dünyanın 116 ölkəsində 5,833 nəfər ölüb. Pandemiyanın yayılmasını müqayisə bariz göstərir: cəmi bir həftə əvvəl, martın 8-də koronavirusdan 85 ölkə və ərazidə 3200 ölüm hadisəsi qeydə alınmışdı.
• 73,968 nəfər sağalıb.
• Koronavirusun yayılmasının dünya üzrə statistikasını buradan izləmək mümkündür.
• Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
• Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar.VİDEO
Qafqazda vəziyyət
• Azərbaycanda 19 nəfər xəstələnib. Pasiyentlərdən biri vəfat edib, altısı sağalıb və xəstəxanadan buraxılıb. Xəstələnənlərdən 17-si İrandan, ikisi isə İtaliyadan gəlib. Azərbaycan İranla sərhədini bağlayıb, bütün ölkədə məktəblər və uşaq bağçaları bağlıdır.
• Ermənistanda 20 nəfər xəstələnib. İlk yoluxmuş şəxs İrandan gəlib, digərləri İtaliyaya səyahət ediblər. 200-dən çox adam karantindədir. Ölkədə İranla viza rejimi tətbiq olunub. Bütün təhsil müəssisələri bağlıdır.
• Gürcüstanda 30 nəfər xəstələnib. Bunlardan ikisi İrandan gəlib, yerdə qalanlar isə İtaliyada olublar. 500-dən çox insan karantindədir. Gürcüstan dünyanın bütün ölkələrindən ölkəyə giriş üçün sərt məhdudiyyətlər tətbiq edib, eyni zamanda Azərbaycanla və Ermənistanla sərhəd müvəqqəti bağlıdır. Bütün təhsil müəssisələri bağlanıb, bütün kütləvi tədbirlər ləğv edilib.
İtaliyada epidemiyanın sürətlə artması davam edir
• İtaliyada bir gün ərzində, martın 14-ü, şənbə günü koronavirusa 2,547 yeni yoluxma halı və 252 ölüm hadisəsi qeydə alınıb. Bu, dünyada pandemiyanın başlamasından bəri bir gün üçün ümumiyyətlə ən yüksək statistikadır.
• Ümumilikdə, İtaliyada 21,157 yoluxma halı təsdiqlənib, 1,441 nəfər ölüb.
İran böhran içindədir
• İranda xəstəliklərin sayı sürətlə artır – martın 14-də bir gün ərzində mindən çox yeni yoluxma halı qeydə alınıb. Rəsmi məlumatlara görə, İranda 12,279 xəstə var, 611 nəfər ölüb. Lakin həm yerli ictimaiyyətdə, həm də dünyada deyilənə görə, bu rəqəmlər xeyli azaldılmış ola bilər.
İnternetdə peykdən çəkilmiş şəkillər peyda olub ki, burada İranın Qum şəhərindəki qardaşlıq məzarları görünür. Bu, fevralın əvvəllərində peyda olmuş, ümumi uzunluğu 100 metrə qədər olan tranşeyalardır.
• İranda koronavirusdan ölənlər üçün qardaşlıq məzarları – görüntülər peyklə çəkilib. VİDEO
Vatikan Pasxanın kütləvi qeyd olunmasını ləğv edib
• Martın 15-də Vatikan bütün Pasxa ibadətlərinin və aprelin 5-də Söyüd bazarı ilə aprelin 12-də Pasxanın kütləvi bayram edilməsinin ləğvi haqqında elan edib.
• Vatikanın bütün muzeyləri, Müqəddəs Pyotr meydanı və Müqəddəs Pyotr bazilikası bağlıdır.
• Vatikanda təqdis olunmuş bir yoluxma halı var.
Koronavirusdan zərər çəkmiş dünya liderləri
• ABŞ prezidenti Donald Trampın virusa verdiyi test mənfi cavablanıb. O, koronavirusa yoluxmaları sonradan məlum olmuş braziliyalı nümayəndələrlə görüşdən sonra testdən keçirilib.
• Mayaminin meri Frensis Suares yoluxub.
• Kanadanın baş naziri Castin Trüdonun həyat yoldaşı Sofi yoluxub. Onlar ikisi də izolyasiya olunublar, hərçənd Trüdoda hələlik heç bir simptom yoxdur.
• Fransada dörd siyasətçidə test müsbət nəticələnib: parlamentin üzvündə, parlamentin əməkdaşında, mədəniyyət nazirində və ekologiya məsələləri üzrə nazirin dövlət katibində.
• İspaniyada baş nazir Pedro Sançesin həyat yoldaşı koronavirusa yoluxub, hər ikisi izolyasiyadadır.
• Böyük Britaniyada kiçik səhiyyə nazirində virus aşkarlanıb.
• İranda hökumətin 8 faizi və 23 deputat koronavirusa yoluxub. İki deputat vəfat edib.
• Avstraliyada daxili işlər naziri yoluxub.