Sutka ərzində Azərbaycanda 248 yeni yoluxma halı aşkarlanıb, Milli Məclis isə maskadan istifadə olunmamasına görə cərimənin məbləğini müəyyənləşdirəcək
Ötən sutka ərzində Azərbaycanda COVID-19-dan daha iki nəfər ölüb və 248 yeni yoluxma halı aşkarlanıb.
Daha 101 nəfər sağalıb və xəstəxanadan evə yazılıb.
Rəsmi statistikaya görə, bu günə qədər ölkədə yoluxanların ümumi sayı 5 494 nəfər təşkil edir ki, bunlardan 63-ü ölüb, 3 428-i isə artıq sağalıb.
2 003 nəfərin müalicəsi davam etdirilir.
Milli Məclisin sabahkı iclasında maskalardan istifadə olunmamasına görə cərimələrin məbləği müəyyən ediləcək. Təklifə görə, bundan sonra maskaların yoxluğuna görə fiziki şəxslər 50 manat məbləğində cərimə olunacaqlar.