Sutka ərzində statistika: Azərbaycanda koronavirusdan daha üç ölüm, 127 yeni yoluxma halı
Paylaşmaq
Paylaşmaq
Baş səhifədəki foto: Volodymyr Hryshchenko
Ötən sutka ərzində Azərbaycanda koronavirusdan daha üç nəfər ölüb. Onlardan birinin 38 yaşı olub – Azərbaycanda ilk dəfədir ki, COVID-19 bu yaş qrupundan olan birinin ölümünə səbəb olur.
Həmçinin sutka ərsində 127 yeni yoluxma halı qeydə alınıb, 107 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Rəsmi statistikaya görə, hazırda yoluxanların ümumi sayı 3982 nəfər təşkil edir, onlardan 49 nəfər ölüb, 2506 nəfər sağalıb.