Azərbaycanda ötən sutka ərzində koronavirusdan daha iki nəfər ölüb, 165 yeni yoluxma halı qeydə alınıb.
Daha 78 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Rəsmi statistikaya əsasən hazırda ölkədə yoluxanların ümumi sayı 4568 nəfər təşkil edir, onlardan 54 nəfər ölüb, 2897 nəfər isə sağalıb.
1 617 nəfərin müalicəsi davam edir.
Azərbaycanda karantin rejiminin iyunun 1-də sona çatacağı nəzərdə tutulub. Hakimiyyət karantinin uzadıla biləcəyini anons etsə də, hələlik bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.
Amma artlq dəqiq məlumdur ki, iyunun 1-də ticarət mərkəzləri açılacaq.