Ötən sutka ərzində Azərbaycanda28 yeni COVID-19 koronavirusuna yoluxma halı qeydə alınıb, daha 59 nəfər sağalıb və xəstəxanadan evə yazılıblar.
Beləliklə, rəsmi statistikaya görə, hazırkı an üçün Azərbaycanda ümumilikdə 1645 nəfər yoluxub, bunlardan 21 nəfəri ölüb, 1139 nəfəri isə artıq sağalıb.
Başqa sözlə, bütün yoluxanların az qala 70%-i sağalıb.