Azərbaycanda koronavirusa sutka ərzində 122 yeni yoluxma qeydə alınıb
Ötən sutka ərzində Azərbaycanda COVID-19 koronavirusuna 121 yeni yoluxma halı aşkarlanıb.
44 nəfər sağalıb və xəstəxanadan evə yazılıb.
Rəsmi statistikaya əsasən, hazırkı ana olan ümumi yoluxma sayı 2879-a bərabərdir, bunlardan 35 nəfəri ölüb, 1833 nəfəri artıq sağalıb.
Yoluxmuşların arasında həmçinin 33 məhbus var ki, onlar Bakının yaxınlığında yerləşən 13 saylı koloniyada həbc müddəti çəkirlər. Bu barədə Ədliyyə Nazirliyinə istinadla “Kavkazski uzel” məlumat verib. Nazirlikdən bildirildiyinə görə, xəstələnənlər təcrid olunub və müalicə olunurlar.
Lakin bəzi məhbusların qohumları və dostları bildirirlər ki, əslində yoluxanların sayı xeyli çoxdur.
Belə ki, məsələn, müxalifətçi fəal, siyasi məhbus kimi tanınmış Saleh Rüstəmov bu günlərdə qardaşına zəng edərək deyib ki, analizlər aparıldıqdan sonra koloniyadan təxminən 90 nəfər aparılıb.