Azərbaycanda COVID-19 virusundan ölənlərin ümumi sayı 35-ə çatıb
Ötən sutka ərzində Azərbaycanda COVID-19 koronavirusundan daha iki nəfər ölüb. Həmçinin 65 yeni yoluxma halı təsdiqlənib.
54 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Rəsmi statistikaya əsasən, hazırda yoluxanların ümumi sayı 2758 nəfər təşkil edir, onlardan 35 nəfər ölüb, 1789 nəfər sağalıb.
Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, Rusiyadan qayıdan Azərbaycan vətəndaşlarının 20 faizində koronavirus aşkarlanır.
Amma Hacıyev hesab edir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda COVID-19 virusundan ölüm hallarının göstəricisi aşağı səviyyədədir, ümumiyyətlə ölkə “koronavirusla mübarizədə müəyyən uğura nail olub”.