Ötən sutka ərzində Azərbaycanda COVID-19 koronavirusuna 38 yeni yoluxma halı aşkarlanıb və 30 nəfər sağalaraq xəstəxanadan evə yazılıb.
Beləliklə, rəsmi statistikaya əsasən, ölkədə yoluxanların ümumi sayı 1 932 nəfər təşkil edir, bunlardan 25-i ölüb, 1 411-i sağalıb, 466 nəfəri isə müalicələrini davam etdirirlər.
19 pasiyentin vəziyyəti ağır, 26 pasiyentin vəziyyəti orta ağır, yerdə qalanlarda isə stabildir.