Azərbaycanda koronavirusdan sutka ərzində üç ölüm
Baş səhifədəki foto: Annie Spratt
Ötən sutka ərzində Azərbaycanda COVID-19 koronavirusundan daha üç nəfər ölüb və 136 yeni yoluxma halı aşkarlanıb. 71 nəfər sağalaraq xəstəxanadan evə yazılıb.
Vəfat etmiş üç şəxs haqqında yalnız onların yaşları bildirilir – 88, 64 və 55 yaş.
Rəsmi statistikaya görə, bu günə qədər yoluxanların ümumi sayı 3274 nəfər təşkil edir ki, bunlardan 39-u ölüb, 2015-i isə artıq sağalıb.
1220 nəfərin müalicəsi davam etdirilir.