Rusiya: koronavirusun dərmanı, yoxsa genişmiqyaslı fırıldaq?
Rusiya dövləti effektivliyi sübuta yetirilməmiş koronavirus dərmanına beş milyon avrodan çox vəsait xərcləyəcək.
Rusiya hakimiyyəti favipiravirin gətirilməsi üçün beş milyon avrodan çox həcmdə müqavilə bağlayıb.
•Rusiya prezidenti koronavirus peyvəndinin hazırlandığını elan edib: inanmağa dəyərmi?
•Koronavirus: miflər epidemiyanın özündən daha sürətlə yayılır
Bu, ABŞ-da hazırlanan, amma güclü yan təsirlərinə görə orada qeydiyyatdan keçməyən bu virus əleyhinə preparatdır. Preparatın tədqiqi, o cümlədən də Yaponiya sınaqlarının nəticələri onun effektiv olduğunu göstərməyib.
Rusiyada favipiravir tərkibli dərmanların sınağı heç sona çatdırılmayı da. Bununla belə artıq almağa başlanılıb.
Ən böyük partiyaları alan şirkətlərin sahibləri arasında keçmiş deputatlar və məmurlar var.
COVID-19 virusuna qarşı favipiravir tərkibli dərmanlar: onların xeyri varmı? “Novaya qazeta” nəşrinin videosu: