“Kommersant”: Belarus və Rusiya konfederasiyası hazırlanır
Belarus və Rusiyanın iqtisadi inteqrasiya proqramı faktiki olaraq konfederasiya dövlətinin yaradılmasını nəzərdə tutur. Bu haqda sənədlərlə tanış olan Rusiyanın “Kommersant” nəşri yazıb.
Sentyabrın əvvəlində bu proqramı hər iki hökumət rəhbəri – Belarusdan Sergey Rumas və Rusiyadan Dmitri Medvedev paraflayıb. Bununla da, onlar sənədi cüzi dəyişikliklər imkanı ilə razılaşdırıblar.
İnteqrasiya proqramı geniş kütləyə açıqlanmayıb və ictimai müzakirəyə təbii ki, çıxarılmayıb. İki ölkə prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin bu sənədi dekabrın 8-də imzalamağı planlaşdırırlar.
• Rəy: iki vətən. Rusiya ilə Ukrayna arasında fərq nədədir
•Rusiya Belarusu ilhaq edə bilərmi?
“Kommersant”ın məlumatına görə, iqtisadi inteqrasiya proqramı il yarım üçün hesablanıb. Proqram 2021-ci ilin yanvarından iki iqtisadi sistemin qismən birləşməsini nəzərdə tutur. Üstəlik qismən iqtisadi inteqrasiya Avropa İttifaqı səviyyəsində nəzərdə tutulub, bir sıra aspektlərdə isə konfederasiya və ya hətta federativ dövlətə bərabərdir. “Kommersant” qeyd edir ki, Belarus iqtisadiyyatı Rusiya iqtisadiyyatında əriyəcək. Onsuz da rusiya iqtisadiyyatından 29 dəfə kiçikdir.
2021-ci il aprelin 1-ə qədər vahid Vergi Məcəlləsinin qəbul edilməsi planlaşdırılıb. Düzdür, yeni məcəllənin nə zamandan qüvvəyə minəcəyi dəqiqləşdirilmir.
Həmçinin 2021-ci ildə gömrük və energetika siyasətləri də birləşdiriləcək. İnteqrasiya proqramında qaz, neft, neft məhsulları və elektrik enerjisi bazarlarının bilavasitə “vahid nizamlayıcının” yaradılması nəzərdə tutulub.
Sənəddə vahid valyutadan söhbət getmir. Amma makro-iqtisadi siyasətin harmoniyalaşdırılması, valyuta nəzarətininunifikasiyası, ödəniş sistemlərinin birləşdirilməsi və investisiyaların vahid müdafiəsi rejimi haqda qeyd olunub.
2019-cu il noyabrın 1-ə qədər Belarus və Rusiya iqtisadiyyat nazirlikləri sənayenion tənzimlənməsinin birləşdirilməsi üzrə “yol xəritəsi” hazırlamalıdırlar. 2021-ci ilə qədər həmçinin dövlət satınalmalarının qarşılıqlı vahid əlçatımlığı təmin olunmalı, vahid əmlak uçotu sisteminin yaradılması və təsərrüfat qanunvericiliyinin unifikasiyası planlaşdırılıb – yəni vahid Mülki Məcəllənin hazırlanması mümkündür.
“Fəaliyyət proqramı” müdafiə, dövlət təhlükəsizliyi, məhkəmə, hüquq-mühafizə və DİN məsələləri, təhsiil, səhiyyə, elm, o cümlədən də bilavasitə dövlət idarəçiliyi kimi sahələri əhatə etmir.
“Qeyd edək ki, “Fəaliyyət proqramından” çxış edərək, ən azı 2022-ci ilə qədər iki ölkənin “faktiki birləşməsi”, daha sonra Rusiya və Belarusun mərkəzi hakimiyyət səlahiyyətli “üst quruluşa” keçidi haqda danışmağa heç bir əsas yoxdur – sənəddə söhbət yalnız iqtisadi inteqrasiyadan gedir”, – “Kommersant” qeyd edib.