Kişilər qayıdıblar
22 yaşlı Yerevan sakini Anuş Melkonyan təbiəti mühafizə sahəsində çalışır. Bir neçə il əvvəl Loriy əyalətində mis-molibden mədəninin istismarına qarşı etirazlar başlayanda, o öz kəndində ictimai təşkilat yaradır. Lakin, mədənin istismarı zamanı kənd üçün heç bir ekoloji təhlükə yaranmadığını gördükdə, təşkilatını bağlayıb paytaxta köçdür.
“Mən balaca olanda, kəntdə kişi yox idi. Mənim atam da daxil olmaqla hamısı xaricə işləməyə getmişdi. İndi isə onların hamısı qayıdıb. Yaxşı ki, o mədən işləyir. Mədən sayəsində deəmək olar ki hamının evində kimsə işləyir. Əgər əvvələr tələbələr universiteti bitrdikdə sonra edə otururdularsa, indi işləyirlər, – Anuş deyir.
Həqiqətən də, “Texut QSC-də 1300 adam çalışır ki onların da 90%-i Loriy əyalətinin əhalisidir. Onların 250-si Şnox, 150-si Texut sakinidir. Orta aylıq əmək haqqı vergi ilə birlikdə 315000 dramdır (700 dollar).
İnsanlar iş istəyirdilər və onu tapıblar, lakin həyatlarının sonra necə dəyişəcəyi haqqında təsəvvürləri yoxdur. Texutun vətəndaş təşəbbüslərinə dəstək təşkilatının üzvü Texut Artur Qriqoryan deyir ki, artıq neçə ildi mədənin fəaliyyətinin dayandırılması üçün mübarizə aparır. “Həqiqətən də mədəndən dəyən ziyan, onun gətirdiyi xeyirdən çoxdur- Artur deyir.
Burada mədənin olmasının müsbət tərəfləri də var. Məsələn, erməni kəndlərinin yollarında olmayan asfalt və addımbaşı rast gəlinən zibil qutusu burada var. Və bu zibil qutuları hər gün boşaldılır.
Mədənlə bağlı söz –söhbət yarandığı gündən meşə massivinin kəsilə biləcəyi barədə müzakirələr başladı. İndi isə ağacların kəsilməsini nə kənd sakinləri, nə bir çox ekoloqlar, nə də mədənin rəhbərliyi problem hesab edir.
“Texut – şirkəti iddia edir ki, kəsilən 194,4 ağacın yerinə Loriy bölgəsində 415.7 ağacdan ibarət meşə sahəsi salınıb. Bundan əlavə, Şnox və Texut kəndlərində 180 meyvə ağacı əkiləcəyi gözlənilir.
Şnox – Debed – Kür – Xəzər dənizi – birbaşa qovşağı
Su exosistemləri üzrə Kimya fizikası institutunun mütəxəssisi Seyran Minasyan 5 avqustda bu barədə hazırladığı “2009-105-ci illərdə Şnox çayınında suyun dinamikası adlı araşdırmanın nəticələri təqdim elədi.
Araşdırmaya görə, Texutdakı dağ sənayesi kompleksinin mənfi təsirləri nəticəsində 3-4-cü – “yaxşılar dərəcəsinə aid olan çay, suyun kirlənməsi səbəbi ilə risk zonasına daxil olub və 5-ci dərəcəyə düşüb.
Yeri gəlmişkən Şnok çayı, Kürə (Gürcüstan) oradan isə Xəzər tökülən ( Azərbaycan) Debed çayının qollarından biridir.
“Bunun nəticəsi o olacaq ki, Gürcüstan onun ərazisinin təbiətini çirkləndirdiyi üçün Ermənistandan küllü miqdarda təzminat tələb edə bilər. Bu təzminatı isə şirkət yox , vergilərin hesabına dövlət-yəni biz ödəyəcəyik,- aktivist Artur Qriqoryan deyir.
“Valleks Group şirkətinin mətbuat katibi bütün ittihamlara cavab olaraq bildirir ki, Ermənistanda istehsalat sularının qapalı dövriyyəsi prinsipi ilə işləyən yeganə kombinat “Valleks Group-dur. Bu səbəbdən də sızıntı bərədə söhbət belə gedə bilməz. “Şnox çayında molibdenin suyun hərəkət hdinamikasına təsirini öyrənmək üçün araşdırılma aparılmış və araşdırma nəticəsinə qorxulu göstərici aşkar olunmamışdır.
Buna baxmayaraq aktivist Artur Qriqoryan iddia edir ki, onlarda sızıntı ilə bağlı dəqiq məlumatlar var. Ilkin istismar etapıda emal tullantılarının yığıldığı anbardan sızıntı oluğu barədə dəqiq informasiya var. “Bundan sonra şirkət nümayəndələri hər şeyin öz qaydasında olduğunu, anbarın təmir olunduğunu bildirsələr də heç bir tədqiqat və ya yoxlanılmaaparılmamışdır. Onların bəyanatının nə dərəcədə doğru olduğunu heç kim bilmir.
“Texut QSC fəaliyyəti risk yarada biləcəyi səbəbiylə, artıq 3 ildir ki Dövlət Ətraf mühitin qorunması üzrə müfəttişlik tərəfindən yoxlanılması nəzərdə tutulan təşkilatlar siyahısındadır. Mədən işləmədiyi dövrdə heç bir yoxlanılma aparılmamışdır. Mədən 2014-cü ilin dekabr ayından fəaliyyətə başlasa da onun ətraf mühitə vura biləcəyi ziyanın oyrənilməsi üçün heç bir araşdırma aparılmayıb.
Bundan əlavə hökümətin 30 iyul 2015-ci il qərarı ilə ölkədə fəaliyyəti risk yarada biləcək bir çox təşkilatda, o cümlədən “Texutda yoxlamalar dayandırılmışdır.
Texut kəndinin ağsaqqalı deyir : “ Biz mədənin təbiətə nə dərəcədə ziyan vurduğu ilə bağlı araşdırma apara bilmirik. Çünki bir kənd başçısı kimi mənim nə imkanım nə də maddi dəstəyim var. Mədəndəkilər özü yoxlama gətirir və hər şeyin normada olduğunu deyir. Pulu kim ödəyirsə, onun da sözü keçir.
Yeni ərazidə yeni yoxlamalar
Hal-hazırda “Texut yeni ərazilərdə yerin alt qatlarının araşdırmasını həyata keçirmək istəyir. Bu ərazilər Texut və Şnox da daxil olmaqla 6 kəndə aiddi. Texutun qorunması üçün vətəndaş təşəbbüsü təşkilatının üzvləri düşünür ki, kəndllər bu dəfə asanlıqla təslim olmayacaqlar. Çünki onlar mədənin ərazisinin genişləndirilməsinin hansı fəsadlara yol açacağını anlayır.
Yeni ərazidə Texutdan 180 sahə var. “Məndən icazə istədilər, lakin mən razılıq vermədim. Dedim ki, o zaman razılıq verərəm ki, bütün kəndililər buna müsbət cavab versin. Əgər onlar razılaşarsa mən hamıya necə qarşı çıxa bilərəm?, – Texutun kənd başçısı deyir.
Lakin, “Valleks Qrup şirkətinin mətbuat katibi bildirir: “ Biz ətraf kəndlərin sakinlərinin fəaliyyətimizə etiraz etməsinə rast gəlməmişik. Əksinə həmişə bizə kömək ediblər və fəaliyyətimizi müsbət dəyərləndiriblər.
Həqiqətən də əhalinin böyük əksəriyyəti razıdır : Mədənlə bağlı heç bir problem yoxdur, yollar təmir olunub, kişlər işləyir və su da pis deyil. Bəs “sonra nə olacaq? sualnına isə belə cavab verirlər: “Sonraya hələ çox var, biz bu günümüzü yaşamaq istəyirik.
Dərc edilib: 16.08.2016