Kino – dünyanı gəzib dolaşan sənət növü
Ermənistan kino sənayesi sahəsində qabaqcıl ölkələr sırasında yoxdur, onun inkişaf tendensiyaları da heç müşahidə olunmur. İş orasındadır ki, Ermənistanda kino haqqında qanun və dövlət kinostudiyası yoxdur, ümid ancaq kiçik özəl studiyalara və xarici şirkətlərlə birgə istehsalatadır.
Kinonun inkişafı üçün ciddi maneə həm də geniş kinoteatrlar şəbəkəsinin olmamasıdır. Filmlər, əsasən, paytaxtın yeganə kinoteatrında və iki iri ticarət mərkəzində fəaliyyət göstərən multipleks kino zallarında nümayiş olunur. Daha bir kinoteatr Qümridə də var.
Bu cür kino şəbəkəsi öz istehsalı olan filmlərin nümayişində qazanmaq imkanı vermir. Və əksər vaxtlarda Ermənistanda filmlər biznes layihəsi kimi deyil, üzərində müəyyən müəllif imzasını daşıyan sənət əsəri kimi istehsal olunur. Amma onların özəlliyi əksər vaxtlarda şübhəli olur.
Orta hesabla Ermənistanda hər il 2-3 tam metrajlı bədii film və onlarla qısa metrajlı və sənədli kinolent çəkilir. Kinoda ayrıca istiqamət əsasən televiziya kanallarının vəsaiti hesabına istehsal olunan və məhz özlərinin kiçik büdcəsi hesabına uğur qazanan, bununla da layihənin öz xərcini çıxarmasını təmin edən yüngül konmediyalardı.
Ermənistanda kino sənətinin inkişafına (bütün digər fəaliyyət sahələrində olduğu kimi) tez-tez və bir çox məsələlərdə erməni diasporası kömək edir. Erməni filmləri erməni diasporasının maliyyəsi, eyni zamanda onun insan resursları və əlaqələri hesabına çəkilir və müxtəlif ölkələrdə öz tamaşaçısını tapır.
2015-ci il ilk növbədə öz rəmziliyinə görə erməni diasporası üçün əhəmiyyətli bir il oldu. Erməni soyqırımının 100 illiyi – bu mövzu demək olar ki, erməni istehsalı olan filmlərdə bu və ya digər şəkildə əks olundu. Məhz bu mövzu da əslində soyqırım və müxtəlif ölkələrə məcburi köç nəticəsində yaranan diaspora üçün daha vacib idi.
Dövlət səviyyəsində yenidən dərk edilən bir əsrlik tarixi olan cinayət müxtəlif janrlarda çəkilən və müxtəlif keyfiyyətli filmlərdə təqdim olundu. Hələ bir neçə il əvvəl dövlət kino istehsalı fondu olan Ermənistan Milli Kino Mərkəzi soyqırım mövzusu ilə bağlı olan film layihələrinə müsabiqə elan etdi. Fond ən yaxşı layihələri seçməli və onlara maliyyə dəstəyi verməliydi.
Son iki il ərzində bu və digər mənada Osmanlı imperiyasında törədilən soyqırımı və ya Ermənistan-Azərbaycan problemi və Qarabağ müharibəsi mövzusu ilə bağlı olan filmlər yaradılıb və ya yaradılmaq üzrədir.
2015-ci ildə artıq çəkilən və tək Ermənistanda deyil, həm də müxtəlif festivallarda nümayiş olunan bəzi filmləri təqdim edək.
“Vardapetin susqunluğu (rejissor Viqen Çaldranyan). Film Komitasın həyatının son illərindən bəhs edir, bu vaxt 1915-ci ildə törədilən cinayətlərin şahidi olan bəstəkar susmaq əhdi verir.
“Son sakin (rejissor Civan Avetisyan). Bu, Qarabağ müharibəsi nəticəsində öz kəndlərindən qovulan kəndlilərin hekayəsidir, insan faciələrindən bəhs edən filmdir.
“Uzun sürən qayıdış (rejissor Şavarş Vardanyan). Bu, fransız həkimi ilə artsax qızının Qarabaş müharibəsi fonunda yaşadıqları sevgi hekayəsidir.
2015-ci ildə Beynəlxalq “Qızıl ərik kino festivalı xüsusi “Daha heç vaxt proqramını təqdim etdi, burada soyqırımının nəticələrinə həsr olunan filmlər yığılıb. Xolokostu yenidən dərk etdirən alman və polyak filmləri xüsisiylə maraqlıydı.
Festivalda erməni əsilli fransız rejissoru Rober Qadikyanın “Bir dəlinin hekayəsi filmi nümayiş olundu. O, soyqırımını yaşayan ermənilərin nəvələrinin qəlb yaraları, dərdləri və problemlərindən danışır. Əslində, bu miras qalan problemlər haqqında filmdir. Filmin məğzini əbədi dilemma təşkil edir: gücün tətbiqinə güclə, qana qanla, sənə tərəf qaldırılan qılınca qılıncla cavab verəsən, ya yox? Avropada yaşayan yeni erməni nəsli əcdadlarının xatirələrini qoruyub saxlamağa və erməni soyqırımı günahkarlarının intiqamını alan Soqomon Teyleryandan ibrət almağa çalışır.
Ümumiyyətlə, kino kütləvi fəlakət mövzusuna toxunanda, birinci plana həmişə ayrıca şəxsiyyətin, adi adamın hekayəsi, onun taleyi çıxarılır. İnsan həyatı əslində yeganə dəyərdi ki, fəlakət anında (müharibə, köç və s.) sənət əsərləri üçün material ola bilir və bununla da rəhmsiz hərəkətlərə qarşı durmağa imkan verir.
Bu cür humanist mesaj Aram Şaxbazyanın tamamilə sənədli və faktiki materiallar üzərində qurulan “Xilas xəritəsi oyun filmində var. O, real insanların məktubları və gündəlikləri üzərində qurulub. Film Türkiyədə işləyən beş missioner qadın haqqındadır. Ermənilərin qırğını günlərində bu avropalı qadınlar bir çox erməni uşaqların həyatlarını xilas etməklə yanaşı, həm də dünyaya törədilən cinayətlər haqqında danışdılar.
Bu gün kinoda faktla faktın interpretasiyası ayrılmazdır. Təmiz janrlı və təmiz formalı filmlər nadir rast gəlinir və əksər vaxtlarda onlar vaxtsız kimi qəbul edilir. Və hətta faktları saxtalaşdırmayan, sadəcə onları uydurma, ümumiləşdirmiş obrazlar əlavə etməklə təqdim edən bədii film həmin dövrün sənədli xronikasına çevrilir.
Erməni soyqırımı haqqında ilk film 1918-ci ildə qanlı hadisələrdən üç il sonra çəkilib. Rejissor Oskar Apfelin ABŞ-da çəkilən “Parça-parça olmuş Ermənistan filmində də səndəli kadrlardan istifadə edilib. Baş qəhrəman və baş rolun ifaçısı hər şeyə rəğmən sağ qalan Avrora (Arşaluys) Martikyan Amerikaya gedib çıxdı, kino ulduzu oldu və ekranlara milyonlarla insanların faciəsini çıxardı. O, filmdə özünü oynayır.
İndi Ermənistanda beynəlxalq “Avrora mükafatı təsis edilib, o insan həyatlarını xilas edən adamlara təqdim ediləcək.
Bu, kinonun fəal olaraq reallığa yeridildiyi və qavramanın vurğularını diktə etdiyi bir haldır.
Nəticədə kino asanlıqla yerini dəyişən, bütün dünyanı gəzib dolaşan və sualları ifadə edən sənət növüdür. Cavab vermək, bu suallara reaksiya vermək isə tamaşaçının işidir.