Kimin adını çəkmək olmaz
Ermənistanda kədəli hadisənin – parlamentdə baş vermiş terrorun 16-cı il dönümüdür. 16 il əvvəl ölkəni “başsız qoyan bu hadisədə baş nazir, parlamentin spikeri, 3 millət vəkili və operativ məsələlər üzrə nazir həlak olmuşdu.
Aparılan bütün araşdırmalara baxmayaraq, Ermənistan hökuməti hələ də bu hadisənin günahkarlarının kim olduğu sualına öz vətəndaşları qarşısında cavab verə bilməyib. Parlamentin hazırki spikeri Qalut Saakyan bəyanatla çıxış edərək bildirmişdir ki, o bu cinayəti icra edənlərin tapılacağına inanır. “Bu hüquqi məsələdir, -Saakyan deyir, – nə vaxtsa onun həlli tapılacaq
Bu bəyanatı diplomatik manevr kimi də dəyələndirmək olar. Axı, spiker insanların qarşısında məsələnin əslində hüquqi yox, siyasi olduğunu açıq şəkildə etiraf edə bilməz. O deyə bilməz ki, terraktın kimlər tərəfindən törədildiyini bilirlər, lakin onun adını uca səslə deməkdən çəkinirlər.
Bilavasitə cinayəti icra edən 7 nəfər həbs edilib. Onlardan beşi parlamentin iclas zalına daxil olaraq avtomatdan atəş açıb. Hər 7 nəfər terrorizm və vətənə xəyanət maddələri ilə ittiham olunaraq həbs olunub. Onlardan 6 nəfəri ömürlük bir nəfəri isə 14 il müddətində azadlıqdan məhrum edilib.
Cinayətkarlardan 3-ü müxtəlif zamanlarda cəza çəkmə müəssisələrində dünyasını dəyişib. Biri kamerasında özünü asıb, digər cinayətkar isə öz kamerasında elektrik cərəyanının vurmasından ölüb. Biri isə qəfildən dünyasını dəyişib. Həmin vaxtlarda terror hadisəsi ilə əlaqəsi olduğundan şübhələnilən deputatlardan biri də toxunulmazlığı ləğv edilərək həbs olunmuşdu. Amma sonradan dəlil yetərsizliyi səbəbindən azad olunmuşdu. Həmin deputat da sonradan avtomobil qəzasında həlak olmuşdur.
Terroristlərin başçısı Naira Unanyan sübüt etməyə çalışırdı ki, teror hadisəsinin arxasında heç kim dayanmır və onların əsas məqsədi baş nazir Vazgen Sarkisyanı öldürmək imiş. Güya baş naziri öldürməklə onlar Ermənistana daha yaxşı gələcək quracaqlarmış.
Ermənistanda bu terraktın bir qrup fanatik tərəfindən törədilməsinə heç kim inanmır. Müxtəlif versiyalar ortaya atılır, lakin ictimaiyyətin çox hissəsi hadisənin ölkədən kənardan sifariş edildiyinə inanır: bir çoxları terrakta Rusiyanın, digərləri isə ABŞ-ın barmağı olduğunu düşünür.
Öldürülən nazır Vazgen Sarkisyan ilə şəxsi dostluq münasibəti olan Aşot Manuçaryan 2000-ci ildə irəli sürdüyü variantı yenidən gündəmə gətirir.
«Məndə terraktdan 3 gün öncə bir ölkənin nümayəndəsinin Ermənistanın dövlət xadiminə belə bir hadisənin törədilə biləcəyi barədə məlumat verməsi haqqında sübutlar var. Mən güvəniləcək parlament komissiyasının yaradılması üçün müraciət etsəm də, belə bir kommisiya hələ də yaradılmayıb. Güman ki, Ermənistanın daxilində və xaricində olan müəyyən qüvvələr bu hadisənin üstünün açılmasında maraqlı deyil. Lakin, məsələ barədə bizə xəbərdarlıq etmək istəyən tərəfdən bu hadisənin arxasında kimin dayandığını və bizə bu barədə nə üçün əvvəlcədən bildirildiyini soruşsaq, güman ki o bizə həqiqəti deyər».