Kiçik mənzil kompleksi
Xruşovka kiçik mənzildir. Bu evləri Sovet İttifaqında 60-cı illərdə, Nikita Xruşovun hakimiyyəti dövründə tikməyə başlayıbar. Xruşovka sovet memarlığının rəmzi, özü də mənfi rəmzidir. Bu, daracıq mətbəxi və alçaq tavanı olan bapbalaca evdir.
Çox az adam xatırlayır ki, xruşovkalar minlərlə insanın kommunal mənzil və zirzəmilərin dözülməz şəraitindən xilası üçün tikilirdi. Bu cür evlər əldə edən xanımlar sevinirdilər ki, artıq soyuducunu qıfıla bağlamaq və bir neçə ailə ilə birlikdə bir ayaqyolundan istifadə etmək lazım olmayacaq.
İndi biz artıq mətbəxin geniş, pəncərələrin isə hündür olmalı olduğunu biləndən sonra xruşovkanın darısqallığı onun sahiblərində bir sıra kompleks yaradır. Bu da interyerin köməyiylə mənzili necəsə böyütmək cəhdlərinə gətirib çıxarır. Bunu, stereotiplərin təsiri altına düşmədən necə etmək olar?
1. Hər şey açıq rəngdə olmalıdır
Bu, xruşovka sahiblərinin ən əsas stereotipidir ki, açıq rəngli divar kağızı vurulsa, otaq iki dəfə daha böyük görünəcək. Əlbəttə ki, açıq tonlar vizual olaraq məkanı böyük göstərir, amma 12 metr sahəsi olan otağın ağ divarların sayəsində kvadrat metrələri artmayacaq. Otağı lazımsız mebellə doldurmamaq daha vacibdir. Rəng seçərkən isə özünüzə heç bir məhdudiyyət qoymayın.
2. Kiçik mebel
Bu da səhvdir. Narahat cırtdan dolablar, dar divanlar və balaca masalar mənzili böyütmür. Siz otaqda artıq bir addım ata bilərsiz, amma bunula yanaşı da qab-qacağı qoymağa yeriniz olmayacaq, masa arxasında oturmaq və uzanmaq narahat olacaq. Və yeri gəlmişkən, bütün otağı tutan çarpayı həm gözəl görünür, həm də rahatlıq gətirir. Yataq otağında addım atmağa yer olmasa da olar.
3. “Kompakt lüstralar
Xruşovka sahibləri hesab edir ki, hündürlüyü 20 santimetrdən çox olan istənilən lüstra artıq onlarlıq deyil, çünki başın ona dəyə bilər. Tavan çox alçaqdır. Bu da evdə tavana yapışan eybəcər sprutların peyda olunmasına gətirib çıxarır.
Amma siz bu stereotipdən azad olunsaz, sizin mağazada daha böyük seçim etmək imkanınız olacaq. Düz lüstranın altından keçmək nəyə lazımdır ki? Axı siz başqa mebeli yan keçirsiz. O isə daha çox yer tutur.
4. Detallar rahatlıq yaradır
Rahat ab-havanı qəşəng pərdələr, xalçalar, divardakı şəkillər və işıqlandırma verir. Əgər bu 4 elementi tamamilə boş otaqda yerləşdirsək, heykəlcik, kiçik vazalar və suvenirlərlə dolu evdən daha qəşəng görünəcək. Dolabın üstündə və rəflərdə duran hər şey eyni üslubda olmalıdır. Gözə çarpan yerdə onları hədiyyə edən insanlara hörmət əlaməti olaraq duran vazalara isə boykot elan edib, onları gizlədin.
5. Daha çox sayda dolab
Hər bir xanımın ilk sualı budur – ilahi, əşyalarımı hara qoyacam? Xruşovkada nə kladovka, nə çardaq, nə də zirzəmi var, dərhal çoxlu dolab sifariş etməyin gəlir, onlar da çoxlu yer tutur. Bəs onda nə etməli?
Birincisi, fantaziyazınızı işlədin. Alışdığımız sxemlərə riayət etmək mütləq deyil. Mətbəx mebeli mətbəxin bütün divarları boyu uzanmalıdır? Niyə? Texniki baxımdan mətbəx mebeli sadəcə qab saxlamaq yeridir. Bu, tavanın altından asılan açıq rəflər, həm divarın içində rəflər, həm də hündür dolab ola bilər və döşəmə üstü və asma dolablardan ibarər standart “seksiyalar almağa heç bir ehtiyac yoxdur. Paltarı puf sandıqlarda saxlamaq olar, elə divanı da alanda içində saxlama yeri olanı seçmək daha yaxşıdır.
İkincisi, dolabın sayı az deyil, əşyalar çoxdur. Kiçik mənzil sizin üçün artıq və tamamilə lazımsız şeylərdən birfəfəlik azad olmaq, bankalarda paslanmış mismar saxlamağa son qoymaq və köhnə rəngi qaçmış pərdələri atmaq üçün unikal şansdır. Sizə həqiqətən də lazım olanları siz istifadə edirsiz. Qalanlarını yoxsullara paylayın – ürəyiniz də rahat olacaq, evdə də rahat nəfəs ala biləcəksiz.