Keçmiş siyasi məhbuslar və feministlər namizəd qismində - Azərbaycanda bələdiyyə seçkilərinin maraqlı keçəcəyi gözlənilir
Azərbaycanda bələdiyyə seçkilərinə hazırlıq gedir və bu dəfəki seçilərin fərqli olacağı gözlənilir. Çünki namizədlər arasında ictimai fəallar və keçmiş siyasi məhbuslar da var. Bunun niyə vacib olduğunu izah edirik.
Niyə onları hamı unudub?
Azərbaycanda yerli bələdiyyə orqanlarına seçkilər 1999-cu ildən etibarən beş ildən bir keçirilir. Bu il seçki dekabrın 23-də baş tutacaq.
Bu seçki heç vaxt cəmiyyətin, hətta siyasi fəal qövmün də marağında olmayıb. Müxalif partiyalar bu haqda həvəssiz bəyanatlar verir və demək olar ki, heç vaxt namizədlərini irəli sürmürdülər. Adətən bunu icra hakimiyyəti orqanlarına nisbətən bələdiyyə orqanlarının səlahiyyətlərinin məhdud olması ilə izah ediblər.
Amma “Bələdiyyələrin statusu haqda” Qanunu diqqqətlə oxusaq, aydın olur ki, məsələ səlahiyyətlərin olmamasında deyil, Azərbaycanda bələdiyyələrin öz səlahiyyətlərindən istifadə etməməsindədir. Qanunda sosial sorğu keçirməkdən tutmuş, öz büdcəsini formalaşdırıb, sosial dəstək üzrə öz proqramlarını həyata keçirməyə qədər ən müxtəlif fəaliyyətlər nəzərdə tutulub.
Reallıqda Azərbaycanda bələdiyyələr yaşayış yerinə görə vergi ödənişi ilə bağlı “son xəbərdarlıq” yazılmış və qapı arasına sıxışdırılmış kiçik kağız parçaları ilə assosiasiya olunur. Ofislərinə getdiyiniz zaman kiçik təmirsiz otaqla, süfrə əvəsinə linoleumla örtülmüş nimdaş masaların arxasında oturan və ev şəraitinə bənzər abu-havada çalışan dörd nəfəri görmək mümkündür. Biir çox vətəndaşların aydınlaşdırdığı kimi tələb olunan vergini ödəməmək də olan, qorxulu heç nə baş verməyəcək.
Amma bu il bələdiyyə seçkilərində elə namizədlər iştirak edir ki, onlar sadəcə “say artırmaq” niyyətində deyillər.
Qadınlar çox azdır
Feminist hərəkatın fəallarından biri Rəbiyyə Məmmədova deyir ki, Azərbaycanın idarəetmə orqanlarında qadınların sayı hədsiz azdır. Ölkənin 80 icra orqanında bir qadın, parlamentdə cəmi 20 qadın deputat (125 nəfərdən) var:
“Əgər mən cəmiyyətin bütün sahələrində gender bərabərliyi dəyərlərinin yayılması ilə məşğulamsa, elə davranmalı və öz nümunəmlə göstərməliyəm ki, qadınlar siyasi mübarizədə iştirak edə bilər”.
Rəbiyyə seçkilərdə iştirak etməsinin başqa səbəbini də göstərir: ölkədə seçi institutu özlüyündə məhv edilib və vətəndaşlar sadəcə bu prosedura etibar etmirlər. O, bu etibarı bərpa etmək istəyir:
“Bələdiyyə seçkiləri seçicilərlə işləməyə başlamaq üçün yaxşı imkandır, bu nəhayət, ona gətiirib çıxara bilər ki, vətəndaşlar buranın onları ölkəsi olduğunu anlayarlar”.
“Ölkədə çoxları məni tanıyır – niyə də şansımdan istifadə etməyim?”
Tanınmış azərbaycanlı bloger və keçmiş siyasi məhbus Mehman Hüseynov deyir ki, vətəndaşların sosial problemlərinin həllində bilavasitə iştirak etmək istəyir.
“Hamınız bilirsiz ki, Azərbaycanda seçkilər necə keçirilir? Xalq yox, hakimiyyət seçir. Amma indi bizim əlimizdə sosial media var. Bu, mühüm gücdür, çünki indi insanlar telekanallara baxmırlar. Ölkədə çoxları məni tanıyır, niyə bu imkandan istifadə etməyim?
Xalq hazırda fəallaşıb və bu proses davam etməlidir. Əgər biz maksimum seçki saxtakarlığının qarşısını ala bilsək, uğur bizim tərəfimizdə olacaq.
Yox, əgər əksinə olsa, bu, islahatlar, gənc kadrlar və hakimiyyətin irəli sürdüyü digər yeniliklərin sadəcə nağıl olduğu ilə bağlı əsaslı arqument olacaq. Bu cür ssenari gpstərəcək ki, vəziyyəti dəyişməyin yeganə yolu kütləvi etiraz aksiyalarıdır. Amma mən inanıram ki, öz gücümüzü göstərərək, biz bu mərhələdə qələbə qazanacağıq”.
Altı ikiyə bərabərdir
Elgiz Qəhrəman “Nida!” hərəkatının fəalı və keçmiş siyasi məhbusdur. O, 2014-cü ildə namizəd olub və onun sözlərinə görə, seçki zamanı açıq-aşkar saxtakarlıqla üzləşib. Eyni seçki dairəsindən ancaq elə öz ailəsinin altı üzvü onun xeyrinə səs verib, amma nəticə göstərib ki, ona səs verənlərin sayı cəmi iki nəfər olub.
Bu il məhkumluğu ilə bağlı yaradılan bürokratik əngəllərə görə Elgizin imza toplamaq üçün cəmi iki gün vaxtı qalıb (namizədliyin qeydə alınması üçün azı 75 nəfərin imzası lazımıdır), amma o, bunun öhdəsindən gəlib.
Elgiz ən başından parlament seçkilərində iştirak etməyi planlaşdırıb, bələdiyyədə çalışmaq imkanını isə əhali ilə işləmək və təcrübə toplamaq şansıkimi görür.
“Bələdiyyə sənin nəynə lazımdır?”
Vəfa Nağı Azərbaycanın Neftçala rayonunun Xolqaraşıqlı kəndindən bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb.
“Mən imza toplayanda kənd qadınları məndən istehza ilə soruşurdular ki, “bələdiyyə sənin nəyinə lazımdı?” Onların təsəvvüründə bələdiyyədə ancaq kişilər işləyə blər, bələdiyyə sədrini isə ümumiyyətlə dəyişmək olmaz.
İzləyici olmaqdansa, mən seçkilərdə bilavasitə iştirak etmək və qadın davranışının yeni modelini göstərmək istədim”.
Onun nikbinlik üçün səbəbi var: “Adamlar deyirlər ki, bu dəfə gedib, səs verəcəklər”.
Vəfa Nağı problemin qadınlar üçün iş yerlərinin olmamasında görür və onlara bununla bağlı kömək etmək niyyətindədir.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.