Kataloniya öz müstəqilliyi uğrunda savaşır, Madrid isə İspaniyanın bütövlüyü uğrunda
REUTERS/Eloy Alonso
2017-ci il oktyabrın 1-i, bazar günü İspaniyanın Kataloniya regionunun müstəqilliyi ilə bağlı keçirilən referendum zamanı baş verən çaxnaşmalar nəticəsində 761 nəfər yaralanıb.
İspaniya hökuməti əvvəlcədən bəyan etmişdi ki, Konstitusiya məhkəməsi referendumu qeyri-qanuni elan edib və səsvermənin keçirilməsinə icazə verilməyəcək. Çox sayda milli polis dəstələri və Guardia Civil xüsusi təyinatlı bölmələri Kataloniyaya göndərilib. Onlar səsvermənin keçirilməli olduğu binanı mühasirəyə alıb, bülleten qurularını və bülletenləri müsadirə ediblər.
Adamlar buna müqavimət göstərib, qarşıdurma başlayıb. Polis dəyənəkləri işə salıb, kütlə üzərinə rezin güllə ilə atəş açıblar.
Xəsarət alanlar arasında 12 nəfər polis əməkdaşı var. Daxili İşlər Nazirliyinin məlumatına görə, etiraz aksiyasının üç iştirakçısı həbs olunub.
Oktyabrın 1-də axşam İspaniya baş naziri Mariano Racoy çıxış edərək bildirib ki, “kataloniyalıları aldadaraq seçkilərə cəlb ediblər”.
Barselona meri Ada Kolau polisin hərəkətlərini pisləyib və bildirib ki, onlar “müdafiəsiz əhaliyə qarşı zorakılıq ediblər”.
Kataloniyalıların lideri Karles Picemont jurnalistlərə bildirib ki, “İspaniya dövlətinin lüzumsuz zorakılığı… Kataloniya xalqının öz arzusunu həyata keçirməsinə mane olmayacaq”.
REUTERS/Juan Medina
Referendumdan bir neçə gün öncə
Referendumun təşkilatçıları iki ictimai təşkilat – Omnium Cultural və “Kataloniya Milli Məclisi” (ANC) hesab olunur. Son altı ildə onlar dəfələrlə Barselonada milyondan çox insanı mitinqə çıxarıblar. Hər iki təşkilat əhalinin elə böyük dəstəyinə malikdir ki, yalnız rəmzlərin satışı və üzvlük haqları hesabına yüz minlərlə avro qazanırlar.
ANC-də 40 minə yaxın insan birləşib, bir o qədər də könüllüləri var. Omnium Cultural təşkilatı isə 38 min üzvü birləşdirib.
Hər iki təşkilat xalqı İspaniya hakimiyyəti və polisə qarşı dinc etirazlara çağırıb.
Nəticədə Kataloniyada müxtəlif şəhər sakinləri hələ cümə günü, sentyabrın 29-dan seçki məntəqələrinin təşkil edildiyi məktəblərdə və digər binalarda toplaşmağa başlayıblar.
Bir çoxları uşaqları ilə gəlib, özləri ilə yataq torbaları da gətiriblər və idman zallarında payəndazların üstündə gecələməyə hazırlaşıblar.
Bir çox yerlərdə adamlar məktəblərin giriş qapılarını çıxarıblar ki, polis girişi möhürləyə bilməsin. Bəzi rayonlarda fermerlər seçki məntəqələrinə gedən yolları traktorlarla bağlayıblar.
Hakimiyyət öz növbəsində referendum gününə sayılı günlər qalarkən Kataloniyanın bir sıra aparıcı siyasətçisini cərimələyib, onlardan bəzilərini isə müvəqqəti olaraq saxlayıblar.
Polis həmçinin həmin ərəfədə regional telekommunikasiya mərkəzini də ələ keçirib.
Konsert-mitinqə cümə günü axşam saatlarında təxminən 20 min insan toplanıb. “In-inde-independencia!” – kütlə vəchlə oxuyub.
Referendum niyə çağırılıb?
Kataloniya İspaniyanın şimal-şərqində yerləşən varlı regiondur. Burada 7,5 milyon insan yaşayır.
Kataloniya İspaniyanın bir sıra regionu kimi (ümumilikdə 17 regiondan 4-ü) 1979-cu ildə, Frankonun ölümündən bir neçə il sonra muxrtariyyət statusu alıb.
Bu status regiona səhiyyə və təhsil sahəsində müəyyən qədər sərbəstlik verib. Həmçinin Kataloniyanın öz hüquq-mühafizə orqanları, hökuməti və parlamenti yaradılıb.
Amma Kataloniya hökumətinin və ya parlamentinin istnənilən qərarı Madriddə ləğv oluna bilərdi.
2005-ci ildə yeni islahatlar həyata keçirilib. Kataloniyalılar “ispan xalqının bir hissəsini təşkil edən millətir”. Burada toplanan vergilərin bir hissəsinin Kataloniyada qalmasında da icazə verildi.
Amma bu islahat İspaniyanın qalan hissəsində çoxlarının narazılığına səbəb oldu. Hazırkı baş nazir Mariano Raxoyanın partiyası Konstitusiya məhkəməsinə müraciət edib və bu instansiya 2010-cu ildə islahatı ləğv edib.
Beləliklə kataloniyalılar vergilərin böyük hissəsini özlərində saxlamaq, həmçinin millət adlanmaq imkanını yenidən itirdilər. Bu zamandan etibarən, regionda etiraz əhvalı kəskin yüksəlməyə başladı.
2014-cü il noyabrın 9-da Kataloniya hökumıti ümumi Kataloniya “məşvərəti” keçrdi. Bu qeyri-formal səsverməyə “Kataloniyanın müstəqil dövlət olmasını istəyirsizmi?” sualı çıxarıldı.
Səsverməyə 2,1 milyon adam qatılıb, onlardan 80,76 faizi “hə” cavabını verib.
Bununla belə müşahidəçilərin əksəriyyəti qeyd edib ki, bu dərəcədə yüksək faiz müstəqillik əleyhdarlarının əsasən səsverməni iqnor etməsi nəticəsində əldə edilib.
İspaniya baş naziri Mariano Raxoy dəfələrlə bəyan edib ki, belə səsvermə konstitusiyaya zidd hesab olunacaq. Konstituaiyada “İspaniyanın bölünməz millət, bütün ispanlar üçün ümumi vətən olduğu” nəzərdə tutulub.
Amma Kataloniyanın müxtəlif partiyaları – ultra-soldan tutmuş ultra sağa qədər – nəticələrin açıqlanmasından sonra Junts Pel Si (“Birlikdə “hə” cavabı uğrunda”) və ümumi koalisiyada birləşib və seçicilərə seçkilərdə qazandıqları qələbədən 18 ay sonra “mükəmməl” referendum keçirməyə söz verib.
Bu 18 ay məhz 2017-ci ilin oktyabrına düşür.
REUTERS/Susana Vera
Əsas şübhəlilər baş nazir Raxoyun başçılığı altında “Xalq partiyası” iqtitar partiyasının funksionerləridir.
REUTERS/Vincent West
REUTERS/Susana Vera