Çox güman ki, bu qayda tezliklə qüvvəyə minəcək. Tsxinval şəhərinin baş arxitektoru Merab Tadtayev deyir ki, ad lövhələrinə nəzarət ona görə lazımdır ki, «şəhərdə bəzən səhv yazılmış ad lövhələrinə və ya əl ilə bir karton parçasında yazılmış adlara rast gəlmək olar, etiraf edin ki, bu ədəbsiz mənzərədir».
Tadtayev ehtimallı məhdudiyyətlərə hər hansısa konkret söz və şəkilləri daxil etməyib, lakin icazəli və qadağa olan adların meyarları məlum deyil, söhbət ancaq ondan gedir ki, «şəhərin meriyası bizim şəhərin görünüşünü müsbət tərəfə dəyişməyə çalışır»
Tsxinval şəhərinin meri Alan Alborov hesab edir ki, ad lövhələrinə nəzarət daha ciddi olmalıdır. Alborovun dediyinə görə «Meriya paytaxtın xarici görünüşünə daha əsaslı diqqət yetirməyə borcludur. Mağazaların adları rus dilində və çox vaxt inglis dilindədir. Nadir hallarda mağazaların sahibləri doğma osetin dilində adlar seçirlər».
Şəhərin administrasiyası iki məsələnin həllini tapmaq niyyətindədir: osetin dilini populyarlaşdırmaq – və inglis dilini aradan qaldırmaq. Meriya obyektlərin adlarını ancaq osetin və rus dillərində yazmağa təklif edir.
Şəhərin ad lövhələrində və bannerlərdə yazılanların nə və hansı dildə olduğunu müəyyən etmək üçün meriya işçiləri bütün mağazaları gəzməli olacaqlar. Bu gəzinti zamanı mağazaların sahiblərinə ad lövhələrinin mətnlərində aşkar olunan səhvləri düzəldmək, adları inglis dilindən osetin və ya rus dilinə dəyişmək və ya ad lövhələrinə “daha mədəni görünüş vermək israrla təklif olunacaq.
IKEA mağazasının satıcısı Fatima Qussova: «Biz iki həftədir ki açılmışıq, mağazanın adını heç kəslə razılaşdırmamışıq. Bizim ad lövhəmizdə həmən mağaza şəbəkəsinin inglis adıdır IKEA. Əminəm ki, meriyadan adın rus ИКЕА adına dəyişməsi təklifi gəlsə, sahibkar buna diqqət yetirəcək».
«Çöx mağazalarda «Bağlıdır» lövhəsi ancaq osetin dilində təqdim edilib. Bu bəlkədə xırdalıqdır, amma doğma dilin populyarlaşdırılmasının ilk addımları xırdalıqlardan başlayır», – bu yaşı altmışa yaxın olan özünü təqdim etmək istəməyən bir alıcı qadının şərhidir.