Azərbaycanın milli bayramı – Novruz dalbadal ikinci ildir ki, ənənəvi bayram ovqatı olmadan keçir. Küçələrdə kütləvi tədbirlər təşkil edilmir, insanlar baharın gəlişini evlərində – bayram süfrəsi arxasında qeyd edirlər. Bayram mərasimlərinin keçirilməsi koronavirus pandemiyasına görə qadağan edilib.
Bakının mərkəzi küçələrində adam azdır – bayram tətili genlərində ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Demək olar ki. heç nə bayram olduğunu xatırlatmır.
JAMnews-un müxbiri xeyli vaxt sərf edib ki, şəhərdə Azərbaycanın paytaxtının sakinlərinə və qonaqlarına ölkənin ən qədim və əsas bayramını xatırladan hər hansı bir nişanə tapsın.