Azərbaycanda karantin rejimi mayın 31-ə qədər uzadılıb, amma regionlar üçün məhdudiyyətlər xeyli yumşalıb
Azərbaycanda mayın 4-də bitməli olan karantin rejimi mayın 31-ə qədər uzadılıb. Bununla belə bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Ən əsas məhdudiyyətdən başqa – böyük şəhərlərdə insanların hərəkət məhdudiyyəti qüvvədə qalır.
Beləcə, mayın 4-dən bütün Azərbaycan ərazisində dövlət müəssisələrinin və şəxsi ticarət obyektlərinin fəaliyyəti bərpa olacaq, bərbərxanalar və gözəllik salonları açılacaq.
Bundan başqa, ölkənin böyük hissəsində parklar, kafe və restoranlar da işə düşəcək. Ancaq bunlar bir neçə böyük şəhərə – Bakı və Abşeron yarımadasına, Sumqayıt, Gəncə və Lənkərana şamil edilməyəcək. Üstəlik bu şəhərlərin sakinləri hələ də evdən ancaq işdən arayışları olduğu halda və ya hakimiyyətdən sms-lə icazə alandan (gündə 3 saatlıq) sonra çıxa bilərlər. Ölkənin başqa yerlərində bu sistem artıq dayandırılıb.
- “Virusla sınaq” – Azərbaycan hakimiyyəti və cəmiyyəti bu sınaqdan necə çıxıb
- Tbilisi karantində: Maşınlar hərəkət edir, amma şəhər hələ də boşdur. Video
- Funtik, Boss və digərləri: atılmış və xilas edilmiş itlər haqda beş hekayə
Əvvəlki kimi bir məkanda 10 nəfərdən artıq toplaşmaq qadağandır, təhsil müəssisələri də qapalı qalır.Rəsmi məlumata görə hazırda Azərbaycanda 1854 COVID-19 koronavirusuna yoluxma halı təsdiqlənib. Onlardan 25 nəfər ölüb, 1365 nəfər artıq sağalıb.