Kalavan – yaşam sənəti
Kalavan Ermənistanın əvvəllər Amirher adlanan və azərbaycanlıların kompakt yaşadığı Geğarhunik regionunda kiçik kənddir. Qarabağ münaqişəsi başlayandan sonra kənd sakinləri evlərini Azərbaycanda yaşayan ermənilərlə dəyişdilər. Kalavan son illərdə məşhurlaşıb, kənd sakini Robert Qukasyanın sayəsində. Onun həmfikirləri ilə birlikdə hazırladığı kəndin onillik inkişaf proqramı müxtəlif komponentləri birləşdirir – orqanik kənd təsərrüfatından tutmuş arxeoloji turizmə qədər. Amma Robertin turistlərə və yerli sakinlərə əsas təklifi Kalavanda həyatdan həzz almaq sənətini öyrənməkdir.
Bura gələndə Kalavan haqda öyrəndiyin ilk şey yollarının pis olmasıdır. Kəndə gərək yolsuzluq avtomobilində gələsən. “Time Land” elmi-tədris fondunun banisi Robert Qukosyanla söhbətə elə məhz bundan başlamaq olardı. Amma onun özü bunda heç bir problem görmür, tam əksinə.
“İş orasındadır ki, biz çox vaxt diqqətimizi olmayan şeylərdə cəmləyirirk. Bizim yollarımız bərbaddır, mağazalarımız yoxdur və sair. O zaman biz qərara gəldik ki, ya çatışmayan cəhətlərimizi üstünlüyə çevirməliyik, ya da mənfi tərəflərə fikir verməməliyik”, o deyir
Beləcə, bərbad yollar macəra turizminin romantik hissəsinə, alışdığımız rahatlıqların olmaması isə təbiətin əzəli gözəlliyinə axıb qarışmaq imkanına çevrilib. Yeri gəlmişkən, ekologiya dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən kəndin yeganə sərvəti deyil. Daş dövrünün yaşayış məskənləri və abidələri, mağaraları və digər arxeoloji sərvətləri kəndi həm peşəkarlar, həm də qazıntı həvəskarı üçün kəndi cəlbedici edir.
Arxeologiya Robertin köhnə şakəridir. O, bu peşənin, həmçinin də zoologiyanın sirlərinə özünü maarifləndirmə yolu ilə nail olub, bir çox beynəlxalq arxeoloji ekspedisiyalarda iştirak edib. Amma öz kəndinin inkişafı üçün nələrsə edə biləcəyinə dair hiss onu heç vaxt tərk etməyib. 2013-cü ildə Robert dostları ilə birlikdə Time Land fondunun əsasını qoyub, artıq üç il keçəndən sonra onun səyləri öz bəhrəsini verməyə başlayıb. 2016-cı il ərzində kəndi 2500 turist ziyarət edibŞ onlardan çoxu öz çadırları ilə bura gəlib. Qonaqların coğrafiyası inanılmaz dərəcədə müxtəlifdir – Çilidən tutmuş İsrailə qədər. Bu arada Qukasyanın sözlərinə görə, təşkilat indiyə qədər turist cəlb etmək üçün xüsusi səy göstərməyib.
2016-cı ilin sentyabrında əsas məruzəçilərdən biri kimi Kalavanın inkişaf proqramını Alyaskada keçirilən macəra turizmi üzrə Beynəlxalq Sammitdə təqdim edib. Bu sammitdə 80 ölkədən 800-ə yaxın nümayəndə heyəti iştirak edib. Uzaq səyahətə yollanmaq üçün ailə mal-qarasını satmalı olub. Amma görüşdə iştirak Robertə yeni təcrübə qazanmaq və yeni əlaqələr qurmağa kömək edib.
Robertin düşüncəsinə görə, Kalavan ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edə, eyni zamanda müxtəlif turizm sahələrini inkişaf etdirə bilər: məsələn, macəra turizmi, ekoturizm və arxeoloji turlar. Kalavanda Ermənistanın heyvanat və bitki aləmini öyrənmək üçün bütün imkanlar var. Burda həmçinin qədim insan həyatı ilə yaşamaq imkanı var: mağarada ocaq qalamaq, əcdadlarımızın burada tikdiyi yaşayış yerlərinin konstruksiyası ilə koma düzəltmək.
Amma irəliləmək üçün kənd sakinlərinə qonaq evləri hazırlamağa kömək etmək lazımdır. Bunun üçün fond pauza götürüb, burada turistləri artıq 20178-ci ildən gözləyirlər.
“İnsanlar icmanın inkişafı ilə ayaq uydurmalıdır. Bizdə hələ ki, bu baş verməyib. Bu gün biz 9 qonaq evində 17 nəfər yerləşdirə bilərik, tələbat isə 60 nəfəri aşır”, – Robert etiraf edir.
Rəqabət üstünlüklərini kəndlilərdə də axtarmağa başlayıblar. Axı insan resursları yalnız iş təcrübəsi və təhsil deyil, həm də məsələn, müəyyən gizli istedadlardır, Robert hesab edir.
“Bəzən kənd sakininə elə gəlir ki, əgər o, universitetdə oxumayıbsa, deməli, faydalı ola bilməz. Əvvəlcə biz onların özlərinə sübut elədik ki, onların bildikləri çox vacibdir. Sonra isə onların hər birində unikal üstünlüklər axtarmağa başladıq. Məsələn, kimsə yerli meşələrdə bitən bütün bitki növlərini tanıyır, kimsə quşları oxumağından tanıyır və sair”, – Robert izah edir.
Samvel Yesayantskifayət qədər konkret istedad sahibidir. O, köhnə koloritli “UAZ”da turistləri alavanın yolsuzluğunda gəzdirir. Deyir ki, rus dilindən başqa heç bir əcnəbi dil bilməsə də, həmişə turistlərlə ortaq dil tapmağa nail olur.
“Məktəbdə inglis dili keçmişəm, amma düzünə qalsa bu dildə danışa bilmirəm. Amma turistlərlə bir təhər bir-birimizi anlayırıq. İndi bizə çox turist gəlir və hər bir kənd sakini qonaq evi tikmək istəyir”, – Samvel etiraf edir.
Robertin həyat yoldaşı Astxik meşə mətbəxinin hazırlanması ilə məşğuldur. Bu ideya yerli qadınların meşə bitkilərindən, giləmeyvə və meyvələrdən yaxşı baş çıxardıqlarını öyrənəndən sonra yaranıb. Meşənin bəxş etdiyi bar əsasında burada 120 çeşid təam hazırlanır və bunlardan hər birinin öz unikal hekayəsi var.
“Biz qədim reseptləri öyrənmişik, nənələrlə əvvəllər yeməkdə istifadə olunan unudulmuş bitkilər haqda danışmışıq. Bu, yalnız sağlam qida nöqteyi-nəzərindən deyil, həm də qədim reseptlərin qorunub saxlanması baxımından da çox vacibdir”, – Astxik Qukasyan deyir. Meşə mətbəxi aşpazlar, ofisiantlar və ot toplayanlar üçün əlavə iş yerləridir.
Kalavan kəndi yaxşın keçmişdə azərbaycanlı kəndi olub və Amirxer adlanıb. Bu yerlərdə müslmanlar 19-cu əsrin əvvəllərində məskunlaşıb. Sovet illərində kənd əhalisinin sayı 700 nəfərə çatıb. 1980-ci illərin sonlarında Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra azərbaycanlılar öz evlərini dəyişərək, Şamxora (Şəmkir), Kirovabada (Gəncə), Sumqayıta və Barsum kəndinəvə s. köçüblər. Bu gün alavan 113 nəfərdən (26ailədən) ibarətdir, onlardan çoxu qaçqınlardır. 8-ə yaxın ailə buraya son illərdə köçüb.
Robertin ailəsi Sumqayıt qaçqınıdır. Onun valideynləri bu şəhərə Dağlıq Qarabağın Martuni rayonunun Çatar kəndindən iş axtarmaq üçün gəliblər. Zamanla həyatlarını yoluna qoya biliblər, Robert də elə burada anadan olub. Bir neçə il gözləyəndən sonra Qukasyanlar şəxsi mənzillə təmin edilib, amma ailə orada cəmi iki ay yaşaya bilib.
Sumqayıt iğtişaşları zamanı Roberin 8 yaşı olub. Uşaqlığının qırıq-qırıq xatirələri arasında ilk məktəbi, erməni qəbiristanlığının məhv edilməsi, həmçinin öz həyatını təhlükəyə ataraq öz evində erməni ailəsini gizlədən azərbaycanlı qonşuları
“Azərbaycanlılara qarşı nifrətim yoxdur, hamımız insanıq, bu, əlbəttə ki, siyasi məsələdir. Bizi azərbaycanlı qonşularımız xilas etdilər. Mənə elə gəlir ki, başqa şərtlər altında biz yaxşı qonşular ola bilərdik”, – Robert hesab edir.
Kalavandakı evi demək olar ki, kor-koranə seçiblər. Çox elə seçmək imkanı da yoxdu. Ailə Sumqayıtdan müvəqqəti olaraq Bakıya köçəndən sonra Robertin atası Sumqayıtdakı mənzili heç vaxt görmədiyi kənddəki evlə dəyişib. Ailə üçün ən əsası özlərini təhlükəsizlikdə hiss edə biləcəkləri Ermənistanda ev sahibi olmaq idi.
Qukasyan Kalavana bir il sonra, 1989-cu ildə köçüb. Və yenə də yeni şəraitə alışmaq lazım idi. İki il kənd uşaqları piyada Kalavandan 7-8 kilometr məsafədə yerləşən qonşu kəndə məktəbə gediblər.
Pedaqoqların çatışmazlığı şəraitində valideynlər Kalavanda özləri məktəb təşkil ediblər. Robertin anası Yulya Qukasyan artıq 30 ildir ki, coğrafiyadan dərs deyir. İxtisas üzrə ali təhsili bir çox başqaları kimi o artıq Ermənistanda alıb. Bu gün bu məktəbdə 17 şagird oxuyur. Robert öz məktəbi ilə fəxr edir və hesab edir ki, öz əsas təhsilini oməhz burada alıb. “Mən 8-10-cu siniflərdə yeganə şagird idim və bütün müəllimlərin diqqəti üzərimdə idi”, – o deyir.
Kalavanın ilk uğurları artıq ətrafdakıların marağına səbəb olur. Geğarhunik qubernatoru, müxtəlif təşkilatların nümayəndələri öz yardım əlini uzadıb. Robert hamının iştirakına sevinir, bircə layihədə sadəcə kommersiya marağı görə investorlardan başqa.
“Kənd sakinlərin maraqlarını nəzərə almadan burada fərdi biznes yaratmaq istəyən istənilən sərmayəçini rədd edir. Çünki bu, bizim icmamızdır, bizim xəyalımız və bütün kəndin bərabər çiçəklənməsini nəzərdə tutan onillik inkişaf proqramımız var”, – Robert deyir.