Kafkasayağı hekayələr – Rusiyadan Abxaziyaya və geri sərhədi keçərkən nələr baş verir?
Psou çayı vasitəsilə Rusiyadan Abxaziyaya və geriyə sərhədi keçmək problemi cəmiyyətdə elə qəzəb doğurub ki, hətta Abxaziya hakimiyyəti və Rusiya səfirliyi də reaksiya verməli olub.
JAMnews təfərrüatları aydınlaşdırıb.
İndiyə qədər qəzəb sosial şəbəkələrdən kənara çıxmamışdı. Amma bu il problemə Abxaziyada tanınan insanlar – keçmiş xarici işlər naziri Vyaçeslav Çirikba, jurnalist Anton Krivenyuk və fotoqraf İbrahim Çkadua da diqqət yetirib.
Onlardan hər biri sərhədi keçərkən, hədsiz kobudluq və qeyri-peşəkarlıqla üz-üzə qalıb.
Kafkasayağı hekayələr
Əvvəlcə problemə keçmiş xarici işlər naziri Vyaçeslav Çiribka diqqət yetirib. Facebook-da paylaşdığı “Psou məntəqəsində Kafkasayağı ehtiraslar” adlı statusunda o yazıb ki, hər dəfə Psouda sərhədi keçəndə psixoloji sarsıntıya məruz qalır:
“Bu dəfə sərhədçi qadın mənim Moskva qeydiyyatlı daxili Rusiya pasportumu çox diqqətlə nəzərdən keçirdi, kompüterdə uzun-uzun nəsə yazdı, sənədi işığaa tutdu, səhifələri vərəqlədi, soyadıma şübhəylə baxdı. Sonra ciddi şəkildə əmr etdi: “Mənə baxın!”
Sonra yenə şəklimi sifətimlə tutuşdurdu. Sonra dedi: “Əmin deyiləm ki, bu sizsiz! Sizin Abxaziyaya səfər məqsədiniz?”. Pasportumda abxaz soyadım və doğulduğum yer – Abxaziya aydın yazılıb. Niyə mən ona vətənimə gəliş səbəbimi izah etməliyəm?
Böyüyünü çağırdı. O gəldi, mənə laqeydcə baxıb nəsə aydnlaşdırmağa başladı. On dəqiqəyəcən saxladı, kompüterdə israrla nəsə yoxladı, sonra açıq təəssüflə pasportumu geri verdi və üzümə belə baxmadan dedi ki, gedə bilərəm.
Heç bir üzrxahlıqdan əlbəttə ki, söhhbət belə getmirdi – görünür, güman edirdilər ki, məni ən nəhayətdə buraxdıqları üçün onlara minnətdar olmalıyam”.
Çirikba əlavə edir ki, ondan əvvəl sərhəd idarəsinin qadın əməkdaşı Abxaziyaya istirahətə gedən rusiyalı ailəni – ana ilə altı və on iki yaşlı iki qızını uzun müddət saxlayıbmış.
“O, israrla klavişləri tıqqıldadırdı, diqqətlə sənədləri nəzərdən keçirir, ciddi şəkildə uşaqları dindirirdi – sizin neşə yaşınız var, bu qadın kimdir (analarını nəzərdə tutaraq), onun adı nədir, atanın adı nədir, ünvanınız necədir və sair və ilaxır. Və bütün bunlar qadın və uşaqların rəsmi sənədləri olduğu halda baş verirdi”.
“Həyatım boyunca mən çox sərhədləri keçmişəm – Avropada, Amerikada, Avstraliyada, Afrikada. Amma belə bir şeyi …heç yanda görməmişəm. Qətiyyən aydın deyil ki, bu rejim hansı məqsədləri güdür və bundan Abxaziyanın çoxsaylı rusiyalı qonaqları da ən azı Abxaziya vətəndaşları qədər əziyyət çəkir”.
Çirikba deyir ki, bu problemi hətta Rusiya xarici işlər naziri Sergey Lavrovla da müzakirə edib.
1990-lar qayıdıb?
Rusiya-Abxaziya sərhədində atmosfer jurnalist Anton Krivenyuka 1990-cı illəri xatırladıb.
“Ətrafdakılar humanitar kordona yetişməyə çalışan qaçqınlara bənzəyir”, – o öz gördüklərini EADaily nəşrində dərc olunan məqaləsində təsvir edib.
“Biz məntəqə binasındayıq. Burada mövcud olan ondan artıq kabinkadan yalnız üçü işləyir. Onların qarşısında o qədər çox insan düzülüb ki, onları yüzlərlə saymaq mümkündür.
Sənədlərin uzun müddət yoxlanılması …adamı heyrətləndirir. Bizdən əvvəl iki nəfər Şimali Osetiya sakininin Rusiya vətəndaşlığı almasının qanuniliyini araşdırmağa apardılar.
Biz də uşaqlayıq, o artıq qucağımızda yatıb. Əməkdaş uzun müddət və diqqətlə sənədləri – RF vətəndaşı pasportu, doğum haqda şəhadətnamənı yoxlayır. Artıq üç dəqiqədən çox vaxt keçir və o qəfildən tələb edir: “uşağı oyadın, onun adını soruşmaq istəyirəm”.
Uşağın iki yaşı var, çətin ki, sərhədçi ilə dialoqa girə bilsin. Əsəblərimiz tab gətirmir, sərhədçidən özünü təqdim etməsini tələb edirik. Yalnız beycik nömrəsini təqdim edir, daha sonra prokurorluğa müraciət etmək üçün qeyd edirik. Bu, sərhədçini özünə gətirir, sənədləri qaytarır və girişi açır”, – Anton Krivenyuk yazır.
“Mal bazarı”
Foto-jurnalist İbrahim Çkadua bu günlərdə status paylaşaraq, avtomobil keçid məntəqəsindən sərhədi keçmək istərkən hansı çətinliklərlə üzləşdiyini yazıb:
“Nə qədər qanun pozucusu aşkarlanıb və uşaqların öz adlarını və valideynlərinin adlarını bilib-bilmədiklərinə dair dindirilmələri özünü döğruldubmu?
Heç olmasa pilləli postament qoymaq olmazdımı ki, analar saatlarla növbədə gözləyəndən sonra uşaqlarını sərhədçinin göz təması səviyyəsinə qədər qaldırmalı olmasınlar?
Mən konspirologiya nəzəriyyələrinin tərəfdarı deyiləm, amma sərhədçi keçidinin mövcud olduğu həmin “mal bazarının” heç bir sağlam izahatı yoxdur. Mən yetəri qədər çox sərhəd görmüşəm, o cümlədən də Rusiyada, belə şey heç yanda yoxdur. Bura Rusiya sərhədinin ucqarı deyil, hərcmərcliyin bu səviyyəsi yalnız sanksiyalaşmış ola bilər” .
Putin həll etməlidir
Sosial şəbəkələrdə insanlar çox qəzəblə reaksiya verir. Xarakterik şərhlər:
“Xatırlayın 10-15 il əvvəl necə olub. Üç saat, hətta daha çox dayanırdıq. Avtobus dayanacağından Kazak bazarından keçərək uzun dəhlizlə kütlə və çirkabın içi ilə getməli olurduq. Hər halda nə isə düzəlib. Rusiya tərəfdə isə tam bir mikrorayon formalaşıb, avtobuslar düz şlaqbauma qədər gətirir. Hər şey müqayisədə bəlli olur”.
“Hə, onların sualları bəzən əcaib olur. Məndən pasport nəzarətində soruşdular ki, niyə saçımı qırxdırmışam? Bu sual o, pasportu nəzarətdən keçirdiyi müddətdə azı beş-yeddi dəfə təkrarlandı”.
“Belə problemləri Xajimba Putin qarşısında qoymalıdır. Bunu həll eləməyin başqa yolu yoxdur”.
İmzalanmamış saziş
“RF və Abxaziya kimi iki dost, müttəfiq dövlət arasında indiyə qədər sərhəd keçidi xətti haqda sazişin imzalanmaması mənim üçün nonsensdir”, – 2018-ci ilin iyulunda Rusiyanın Abxaziyadakı səfiri Aleksey Dvinyanin Abxaziya İctimai Palatasında çıxışı zmanı bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi hələ dörd il əvvəl layihəni Abxaziya tərəfinə təqdim edib.
“Siz bizə sərhəd keçidi ilə bağlı bu kimi suallarla və ya problemlərlə müraciət edən zaman bizim aramızda baza sazişi imzalanmayıbsa, burada nədən söhbət gedə bilər?”, – səfir soruşub.
2018-ci ilin iyulunda Abxaziya Prezident Administrasiyasının saytında prezident Raul Xajimbanın sərhəd keçidindəki problemlərin ən qısa zamanda həll edilməli olduğunu bildirdiyi iclas haqda məlumat dərc olunub. Rusiya səfirinin haqqında danışdığı Rusiyanın Abxaziyaya təqdim etdiyi saziş layihəsi barədə Xajimba heç nə deməyib.