Jurnalist təhlükəli peşədir
Jurnalistin informasiya mənbələrinin müdafiəsi uğrunda mübarizə
2015-ci ilin payızında Ermənistan Respublikasının Konstitusiya məhkəməsi KİV-in informasiya mənbələrini acıqlamaması hüququnu təsdiq etməli oldu. Buna səbəb 2014-cü ildə Ermənistanın müxtəlif instansiya məhkəmələrində baxılan iş oldu. Polis müstəntiqi Qarik Beqoyan “Hranapak və iLur.am informasiya saytından öz informasiya mənbələrini açıqlamağı tələb edirdi.
9 may 2014-cü ildə “Ranapak (Hraparak) qəzeti və iLur.am saytı Şirak vilayətinin polis idarəsinin rəisi Vardan Nadaryanla idmançılar – Artur və Rafael Aleksanyanlar arasındakı münaqişə haqqında material yerləşdirdilər. Yazılara görə, yüksək vəzifəli polis öz tapançasıyla Rafaelin başından vurdu, sonra da lüləyi Arturun sinəsinə tuşladı.
Polisin qanunsuz hərəkətləri haqqında cinayət işini araşdıran polis müstəntiqi redaksiyalara qarşı işi Ermənistanın üç instansiya məhkəməsində uddu. Məhkəmələr qərara gəldilər ki, jurnalistlər öz informasiya mənbələrini açıqlamalıdırlar.
Ermənistan qanunvericiliyi informasiya mənbələrinin müdafiəsini təmin edir. Yalnız bəzi hallarda, söhbət ağır cinayətdən və ya ictimai maraqların müdafiəsindən gedəndə, məhkəmə jurnalisti öz informasiya mənbələrini açmağa məcbur edə bilər. Polislə idmançılar arasında toqquşma bura aid deyil.
Bu işi Konstitusiya məhkəməsinə təqdim edən vəkil Ara Kazaryan deyir ki, “belə adi hallarda cinayəti KİV informasiya mənbələrinin açıqlanması yolu ilə deyil, adi istintaq metodlarının köməyiylə açmağa çalışmaq lazımdır. Mənbələrdən biri açıqlansa, bu bütün media sahəsini donduracaq: mənbələr KİV-in adi şəraitdə ala bilməyəcəyi informasiyanı verməyəcəklər.
Polisin jurnalistlərə təzyiqi o yerə çatdı ki, prokurorluq iLur.am informasiya saytının redaktoru Kristina Xanumyana qarşı informasiya mənbəyini açıqlamadığına görə cinayət işi qaldırdı. İşə ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç qarışdı və bəyanatla çıxış etdi: informasiya mənbələrini açmağa məcbur etmək mətbuat azadlığı üçün dəhşətli nəticələrə gətirib çıxara bilər və informasiya mənbələrinin qorunması ictimai maraqlardan çıxış edir.
Sonda Ermənistanın Baş Prokurorluğu jurnalistə qarşı işi bağladı.
Müxalif yönlü saytın redaktoru Kristine Xanumyanın özü dedi ki, öz informasiya mənbəyini açmaqdansa həbsxanaya girməyə hazırdır:
“Həbsim söz azadlığının məhdudlaşdırılmasının ən yaxşı presedenti ola bilərdi, bundan sonra ən azı KİV-lərin yarısında daxili senzura işə düşərdi. Yəni bir çox jurnalistlər mənim başıma gələnləri görüb, azad yazmaqdan çəkinərdilər.
Jurnalistlərə hücum
Ermənistanda 2015-ci il #ElectricYerevan ili oldu. 19 iyundan 6 iyula qədər davam edən elektrik enerjisinin qiymətlərinin qalxmasına qarşı hərəkat belə adlanırdı.
#ElectricYerevan iyunun 23-də xüsusiylə böyüdü, bu zaman səhər 6-ya yaxın polislər su şırnaqlarının köməyiylə Baqramyan prospektini bağlayan nümayişçiləri dağıtdılar. Bu hücum zamanı polis üçün hədəf ancaq nümayişçilər deyil, həm də hadisə yerində işləyən jurnalistlər oldu.
Söz Azadlığı Müdafiəsi Komitəsinin məlumatına görə, polislər 14 jurnalist və operatoru fiziki zorakılığa məruz qoydular, 20-dən artıq müxtəlif KİV nümayəndələrinin qanuni peşəkar fəaliyyətinə mane oldular.
“Mən Tumanyan heykəlinin yanında çəkilişimi artıq bitirərkən, kimsə soldan əlini ataraq, fotoaparatı götürmək istədi. Mən özümü kənara çəkdim, bu dəfə də o biri tərəfdən dartdılar. Bu, mülki geyimli polisləriydi. Mən fotoaparatı özümə bərk sıxaraq, yerə oturdum, – baş verənlər haqqında “Panfotonun foto müxbiri Karapet Saakyan 23 iyun hadisələri haqqında danışır.
Polislər kameranı foto müxbirin əlindən alaraq, onu polis idarəsinə apardılar. O, bir neçə saat sonra buraxıldı.
ilur.am saytının jurnalisti Akop Karapetyan danışır ki, polislər uzun müddət onunla məşğul oldular. Ermənistan Respublikası Polis rəisinin birinci müavini, general Unan Poqosyan şəxsən jurnalistin kamerasını əlindən almaq əmri verib.
“Onlar kameranın içindən kartı tapmayandan sonra, məni üzərimi axtarmağa başladılar. Poqosyan yaddaş kartını götürüb, kameranı qaytarmağı əmr etdi. Yaddaş kartı haqqında isə dedi “gəlib, məntəqədən boş çipi apararsan, – jurnalist danışır.
İyulun 3-də Ermənistan Respublikasının Xüsusi İstintaq Xidməti jurnalistlərə qarşı güc tətbiq olunmasıyla bağlı cinayət işi qaldırdı. İlkin istintaq zamanı 31 nəfər zərərçəkən kimi tanındı, amma bu iş üzrə bir nəfər də olsun müttəhim və ya şübhəli şəxs yoxdur.
2015-ci ildə jurnalistlərin işinə müdaxilənin ikinci dalğası dekabrın 6-sı – konstitusiya dəyişiklikləri üzrə referendum günü oldu. Müxtəlif seçki məntəqələrində və təbliğat qərargahlarının yanında referendumu işıqlandıran jurnalistlərə münasibətdə əl qaldırma, sındırılan kameralar və jurnalistlərdən seçki məntəqələrini tərk etmək tələbi halları olub.
Jurnalistlərin fiziki zorakılığa məruz qaldığı onlarla hal olub, onlara öz qanuni peşəkar fəaliyyətlərini həyata keçirməyə mane olublar. Bu hallarla bağlı cinayət işləri qaldırılıb, amma hələ bir nəticə yoxdur.
“Bu, Ermənistan üçün artıq acı həqiqət və ənənədir, bu zaman siyasi tədbirlərə bu həyatda heç bir mane bilməyən insanlar qoşulur. Onlar jurnalistlərin, vəkillərin və ya müşahidəçilərin onlara öz planlarını həyata keçirməyə mane olan fəal fəaliyyətini görəndə yolverilməz metodlara əl atırlar. Düşünürəm ki, bütün bunların sonu ancaq bu cür adamları cəzalandırmağa başlayandan sonra gələcək, – Yerevan mətbuat klubunun prezidenti Boris Navasardyan deyir.
Jurnalistlərə qarşı çoxlu sayda zorakılıq halları ilə yadda qalan 2015-ci ilin əks-sədası Ermənistanda 2016-cı ildə nüfuzlu jurnalist təşkilatları mətbuat azadlığının indekslərini dərc edəndən sonra eşidiləcək.
“Freedom Houseun “Mətbuat azadlığı-2015 hesabatına görə, Ermənistan 61 bal göstərici ilə azad mətbuatı olmayan ölkələr siyahısındadır. 2014-cü illə müqayisədə 1 bal çoxdur. 2016-cı ildə geri çəkilmə gözlənilir, amma hələ neçə addım olacağı bilinmir.