Bakı Apelyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. “Report.az məlumat verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə qərarına əsasən, jurnalistə 5 il şərti həbs cəzası verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Prosesdən sonra R. Mirqədirovun anası Rəfiqə İsayeva jurnalistlərə müsahibəsində bildirib ki, oğlunun səhhətiylə bağlı problemləri yaranıb. Onun sözlərinə görə, Mirqədirovun güclü baş ağrıları var. Qeyd edək ki, R. Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb, daha sonra da Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R. Mirqədirov apellyasiya şikayəti verib.