Şərh: Baş nazirin istefasını tələb edən Ermənistan müxalifəti hansı məsələləri həll edir?
Diplomat, tarixçi, 1991-1997-ci illərdə Ermənistan prezidentinin müşaviri olmuş Jirayr Liparityan artıq bir neçə həftədir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifətinin əməllərini və bəyanatlarını analiz edib.
- Qarabağ ətrafındakı ərazilərin “satın alınması” haqda – qalmaqallı danışığın yayılması
- Ultimatuma rəğmən: Ermənistanın baş naziri istefa vermədi
17 birləşmiş müxalifət partiyası və onların minlərlə tərəfdarı noyabrın 10-dan – Qarabağda hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli bəyanat imzalanandan dərhal sonra hakimiyyət dəyişikliyi tələbilə etirazlara başlayıb. Onlar hesab edirlər ki, Nikol Paşinyan ərasilərin Azərbaycana təhvil verilməsi haqda “xəyanətkar razılaşma” imzalayıb.
Bu partiyalardan 16-sı baş nazir vəzifəsinə vahid namizəd irəli sürüb, hansı ki, növbədənkənar parlament seçkilərinə qədər müvəqqəti hökumətə rəhbərlik etməlidir. Namizəd Ermənistanın keçmiş baş naziri, keçmiş müdafiə naziri Vazgen Manukyandır. 17 partiyadan yalnız biri onun namizədliyini dəstəkləmir və baş nazir istefa verərsə, onun yerinə öz liderlərinin namizədliyini irəli sürmək niyyətindədir.
Bəs Vazgen Manukyan və onun müttəfiqləri hansı problemi həll edilər?
8 suala Jirayr Liparityanın cavabı
– Onlar 10 noyabr bəyanatı imzalanandan sonra yaranan vəziyyətdə problemləri həll edirlərmi?
Yox, çünki Vazgen Manukyan öz dil qabilliyəti ilə sadəcə xalqın qəlbinin incə telləri ilə oynayır.
“Biz bu bəyanatla razılaşmayacağıq [Qarabağda atəşin dayandırılması haqda]”, – bu bəyanatdan dərhal sonra deyir: “Biz bundan imtina edə bimərik”.
– Onlar həlak olanların və yaralı əsgərlərin, onların ailələrinin ağır probllemlərini həll edirlərmi?
Onları bu məsələlərin narahat etdiyinə, onların yanaşmasının hakimiyyətdəkilərin hamısından fərqli olacağına dəlalət edən hüç nə yoxdur. Onlar hakimiyyət əldə etmək üçün ifadə edilməsi müşkül olan müsibətdən və bu ailələrin, ümumilikdə bizim xalqımızın qəzəbindən, o cümlədən də bəzi insanlrın demokratiya ilə bağlı məyusluğundan istifadə edirlər. Xalq səsverməsi ilə nail ola bilmədiklərinə belə nail olmaq istəyirlər [birləşmiş müxalifət partiyalarının böyük hissəsi parlamentdə təmsil olunmayıb – JAMnews]. Tarixdə hitlerlərin hakimiyyətə yolu bu cür olub.
– Onlar hökumətin qanuni dəyişikliyi problemini həll edirlərmi?
Xeyr, onlar sadəcə hakimiyyətin Manukyana təhvil verilməsini tələb edirlər, vəssalam.
– Onlar sarsılmış demokratiya problemini həll edirlərmi?
Xeyr, çünki Manukyanın fikrincə, baş nazir və onun komandası, yəni hökumət və Milli Məclis getməli və hakimiyyəti Manukyana təhvil verməlidir, onun sözlərinə görə, yeni seçki olmadan.
Manukyan xalqın onunla və onun dostları ilə razı olmayan mühüm hissəsini başqa ölkələrin agenti, yəni xain elan etdiyi zaman artıq səbirsizlik əlamətləri bəlli olur. Və o, onların “təmizlənməsi” haqda danışır. Necə fikirləşirsiz, bu nə deməkdir?
– Onlar siyasi qanuniliyin müdafiəsi və qorunması məsələsini həll edirlərmi?
Xeyr, çünkionlar hakimiyyəti özləri üçün tələb edirlər, əks təqdirdə “qəzəbli” insanlara baş naziri “parçalamağı” təklif edirlər.
– Onlar Artsax [Dağlıq Qarabağ] üçün xilas məsələsini (10 noyabr bəyanatından sonra hələ xilas edilməsi mümkün olan nə varsa) həll edirlərmi?
Xeyr, çünki Manukyan deyir ki, bunu edəcək, amma bizi müharibəyə qədər gətirən yanaşmasını və müttəfiqlərinin yanaşmalarını tənqidə məruz qoymur. İyirmi ildən çox müddətdə o və 17 dostu Dağlıq Qarabağ nizamlamasında sülhə yox, müharbəyə ümid etdikləri və ya bu düşüncə tərzini dəstəklədikləri siyasət qurublar. İndi onların başqa nəticəyə gələcəklərini güman etmək üçün heç bir əsas yoxdur.
O [Manukyan], ən başdan Ermənistan diplomatiyasını məğlubiyyətə məhkum edir. Bu, qalan hər şeyin itirilməsi bahasına başa gələ bilər.
– Məgər onlar bu müharibədən və tarixi miqyasda məğlubiyyətdən sonra heç bir dərs çıxarmadılar?
Onlar dərs çıxarıblar, amma bizim hamımız üçün aydın olan dərsi yox.
Ötən ilin avqustunda prezident Armen Sarqsyanın və baş nazir Nikol Paşinyanın elədiyi kimi Vazgen Manukyan və onun dostları da indi Türkiyəyə müharibə elan edir – Manukyan Ermənistanın Türkiyəyə qarşı birləşən dövlətlər qrupuna daxil olacağını dediyi zaman.
Ümumi istiqamətlər üzrə Türkiyə Rusiya ilə əməkdaşlıq edir. Türkiyə Azərbaycanın qeyd-şərtsiz müttəfiqi, əsas tərəfdaşıdır. Bəs Manukyan hansı ölkələrlə danışıqlar aparacaq və ya kimin fikri ilə hesablaşacaq ki, 10 noyabr bəyanatından maksimum fayda götürə bilsin? İsveçrə ilə?
Manukyanda və onun dostlarında yaranmış vəziyyətdən çıxmaq üçün lazım olan sayıqlıq, müdriklik qətiyyən yoxdur.
Əksinə, gördüyümüz kimi keçmiş səhvləri etiraf etmək əvəzinə onlar bu səhvlərin girdabına batır və səhv etmədiklərini göstərməyə çalışırlar. Və tarixi saxtalaşdırmağa başlayırlar, hətta yaxın keçmişə aid hadisələri də.
– Onlar dövlətçiliyin möhkəmləndirilməsi problemini həll edirlərmi?
Konstitusiyanı, Milli Məclisi iqnor etməyi və inhisar qurmağı təklif edirlərsə, onlar hansı formada bu “möhkəmlənməni” həyata keçirmək istəyirlər? Vazgen Manukyan və onun 17 həmkarı bu məsələlərin heç birini həll etmir.
Hansı məsələni həll etdiklərini oxucunun mühakiməsinə buraxıram. Əgər baş nazir Paşinyanın getməli olduğu doğrudursa, bu o demək deyil ki, onun vəzifəsini nəinki xarici siyasət sahəsində avantüradan başqa heç nə vəd etməyən, həm də konstitusiyaya, dövlət strukturlarına və demokratiyaya zərrə qədər hörmət qoymayan kimsə və ya hansısa qrup tutmalıdır.
Tarixdə ən böyük ziyanı “xilaskar” və “insanların acısına şərik olan” rolunda çıxış edənlər vurub. Bir də bu “hissə” əsaslanaraq hakimiyyəti tələb edənlər əldə edəndən sonra bundan şər məqsədlər üçün istifadə edib.