İran Zəngəzur dəhlizinin açılmasını dəstəkləyib və Azərbaycanla yeni qaz müqaviləsi imzalayıb
Azərbaycan, İran və Türkmənistan qarşılıqlı qaz təchizatı hatda üçtərəfli razılaşma imzalayıb. İran İslam Respublikasının prezidenti bildirib ki, ölkəsi Azərbaycanın ərazi bötüvlüyünü dəstəkləyir, həmçinin Zəngəzur dəhlizinin açılmasını özü üçün sərfəli hesab edir.
- Azərbaycan və İran münasibətlərində gərginlik. Nə baş verir?
- Azərbaycan İranı yalan informasiya yaymamağa çağırıb
- Azərbaycan və İran münasibətlərində gərginlik. Nə baş verir?
Qaz təchizatı üzrə böyük saziş
Türkmənistan paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammiti keçirilib. Sammit çərçivəsində Azərbaycan, İran və Türkmənistan qarşılıqlı qaz təchizatı haqda üçtərəfli razılaşma imzalayıb.
Üç ölkə prezidentinin imzaladığı sənədə əsasən, hər il Türkmənistan vasitəsilə İran Azərbaycana 1,5-2 milyard kibmetr qaz ötürür – İranın “Shana” agentliyi məlumat yayıb. Təchizat 2021-ci il dekabrın 22-dən başlayacaq.
Azərbaycanın bu qazı nə üçün istifadə edəcəyi bildirilmir. Ekspertlərin proqnozlarına görə, təbbi qazın əlavə həcmi Cənub qaz dəhlizi üzrə ötürüləcək. Bu boru kəməri üzrə Xəzər qazı Avropa ölkələrinə ötürülür.
İran prezidenti Azərbaycanla münasibətlərdə gərginlik haqda
Azərbaycan prezidenti İlham Əliyevlə sammit çərçivəsində görüş zamanıİran prezidenti İbrahim Rəisi ABŞ və İsrailin Qafqaz regionunda, o cümlədən də Azərbaycanda fəallığı ilə bağlı narahatlığını bildirib – İRNA agentliyi məlumat verir.
Rəisi İranın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəəklədiyini xatırladıb və əlavə edib: “Biz regiondakı ölkələrin təhlekəsizliyinin oolmamasına və daxili işlərinə xarici müdaxiləyə imkan vertmirik”.
“İŞİD və sionist terrorizm – regionu təhdid edən iki amilmidr, onlara qarşı mübarizə aparmaq lazımdır”, – İran prezidenti qeyd edib.
Rəisinin replikasının cavabında Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, “Bakı Tehranla qardaşlıq münasibətlərinə xüsusi önəm verir və buna xələl gəlməsinə imkan verməz”.
“Biz sərhəd ərazilərin təhlükəsizliyinin təmin edilməsinə sadiqik və heç bir ölkəyə ikitərəfli münasibətləri pozmağa imkan verməyəcəyik”. – Əliyev vurğulayıb.
Zəngəzur dəhlizinin açılması perspektivi haqda
Əliyevlə görüşü zamanı İran prezidenti xatırladıb ki, Qarabağ məsələsində Tehranın “açıq və birmənalı mövqeyi olub”, – İRNA dövlət agentliyi məlumat verir. “Ali rəhbərdən dövlət strukturlarının məmurlarına qədər – hamı Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyi mövqeyinə sadiqdir”, – o deyib.
İran və Azərbaycan prezidentləri Şimal-Cənib beynəlxalq nəqliyyat dəhlizini, o cümlədən də Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə ediblər – “Turan” agentliyi İran mənnbələrinə istinadən məlumat yayıb.
“Qeyd olunub ki, Zəngəzur dəhlizinin açılması İrana sərf edir”, – nəşr yayıb.