İnternetsiz Rusiya?
Rusiya parlamenti ilk oxunuşdan ölkəni internetdən ayırmağa imkan verən qanun layihəsini qəbul edib.
Qanunun mahiyyəti nədən ibarətdir?
Formal olaraq söhbət ümumdünya şəbəkəsindən ayrıldığı zaman Rusiya seqmentinin necə fəaliyyət göstərəcəyindən gedir.
Reallıqda qanun məhkəmə qərarı olmadan Rusiya ərazisində istifadəçilərin internetdən təcrid olunmasını nəzərdə tutur.
İndiyə qədər bütün internet tarixi boyunca hansısa ölkənin internetdən ayrılması halı qeydə alınmayıb.
Dünyada şəbəkənin ən sərt nizamlanması qaydaları Şimali Koreya, Çin və Türkmənistanda tətbiq edilir.
•Ukrayna prezidenti Rusiyaya aid sosial şəbəkələrin bloklanması haqda sərəncam imzalayıb
by the Anti-Corruption Foundation (organization of the Russian opposition leader Alexei Navalny), which accuses Klishas of involvement in fraud and tax evasion.
Hazırlıq və müəlliflər
İnternetə qarşı hücum Rusiyada tez-tez baş verir, amma son zamanlar daha da güclənib. İki həftə əvvəl Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill də internet tənqidçiləri sırasına qoşulub.
Rusiya internetinin muxtar şəkildə fəaliyyət göstərməsi haqda qanunun müəllifləri maraqlı insanlardır – parlamentin aşağı palatasının üzvü Andrey Luqovoy və yuxarı palatasının üzvü Andrey Klişas.
Luqovoy beynəlxalq axtarışdadır: Böyük Britaniya hakimiyyəti onu radioaktiv maddədən istifadə edərək rusiyalı müxalifətçi Aleksandr Litvinenkoya qarşı hücumda günahlandırır.
Klişas az əvvəl Korrupsiya ilə Mübarizə Fondunun (Rusiya müxalifətçisi Aleksey Navalnınınn lideri olduğu təşkilat) apardığı araşdırmanın qəhrəmanı olub. Həmin araşdırmada Klişas maxinasiyalara bulaşmaqda və vergidən yayınmaqda ittiham olunur.
Ümumi trend
Bu qanun Rusiyada internet istifadəçilərinin hüquqlarını məhdudlaşdıran ilk hal deyil. Hakimiyyətin bunun üçün başqa imkanları da var:
• Nüfuza ziyan vuran məlumatları silmək imkanı verən “Unudulma haqqı” haqda qanun
• Xarici kompaniyaları Rusiya ərazisindəki bütün istifadəçilərin məlumatlarını saxlamağa vadar edən qanun
• Məhkəmə qərarı olmadan informasiya resurslarını boliklamağa imkan verən qanun
• Rusiya hərbçilərinə smartfonlardan istifadəni və sosial şəbəkələrdə akkaunt yaratmağı qadağan edən qanun
Bundan başqa, ötən il Rusiya hakimiyyəti xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina edən Telegram messengerini dayandırmağa cəhd göstərib. Amma bu cəhd boşa çıxıb – Telegram işinə davam edir.
Reaksiya
Rusiyalı internet istifadəçiləri hakimiyyətin yeni təşəbbüsünü təmkinlə dəyərləndirib:
“İndi qadağan olunmuş resursların bloklanmasını proxi və vpn, həmçinin də bulud texnologiyasının köməyi ilə asanlıqla yan ötmək mümkündür. Şəbəkə xarici aləmdən tamam təcrid olunandan və ağ siyahı işə salınandan sonra “qadağan olunmuş” hansısa resursa, məsələn, ilk qurbanlardan biri olacaq Facebook-a kənardan daxil olmağa heç bir texnologiya kömək etməyəcək”
“Orta əsrlər gəlir”
“Bu, xaricdən yox, daxildən şəbəkədən ayrılmaq haqda qanundur”
Amma sosial şəbəkələrdə ən çox reaksiya ironik olub.
“Muxtar Rusiya interneti – bu sadəcə ilk addımdır. Daha sonra suveren vurma cədvəli və unikal Rusiya Mendeleyev cədvəli də olacaq”
“Bunlar internetdən qorxub. Siz divarlarda haqqınızda yazılanları oxuyun”
“Bütün bunlar yarımçarələrdir. Birdəfəlik elektriki kəsmək lazımdır”
“Qorxmağa lüzum yoxdur. İnternetin söndürülməsi üçün ayrılan büdcəni dağıdacaqlar, vəssalam”