İntellektual oyun üzrə dünya çempionu Azərbaycanın İctimai Televiziyasının rəhbəri oldu
“Nə, Harada? Nə zaman?” intellektual oyunu üzrə dünya çempionu Balaş Qasımov İctimai Televiziyanın (İTV) – Azərbaycanın Avropa Yayım İttifaqına daxil olan informasiya-əyləncəli telekanalının baş direktoru olub.
Azərbaycanın İctimai Televiziyası 2005-ci ildən azərbaycan dilində bütün ölkə ərazisində yayımlanır. Azərbaycan Cənubi Qafqazın ən son ictimai televiziyaya sahib olan respublikasıdır.Azərbaycanda İctimai Televiziyanın yaranması üçün ön şərtlərdən biri Azərbaycanın 2001-ci ildə daxil olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəlik olub. Həmin vaxtdan bu kanalın efirində seçkiqabağı təbliğat kampaniyası zamanı namizədlərə azad efir vaxtı verilir. Bir çox namizədlər üçün bu, öz proqramını seçicilərə təqdim etmək üçün yeganə şansdır, çünki müxalifət nümayəndələrinin digər kanalların efirinə çıxması demək olar ki, mümkün deyil.
İlk dəfə Qasımovun təyinatı haqda xəbər hələ bir ay əvvəl yayılmışdı və o zaman bu xəbər sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuşdu. Əsasən ona görə ki, Balaş Qasımov tanınmış, intellektual və erudit personadır, buna görə də çoxları hesab edirdi ki, onun rəhbərliyi altında İTV daha yaxşı olacaq.
Sosial şəbəkə istifadəçilərinin bununla bağlı yazdıqları:
“Balaşa görə şadan, artıq İTV-ə baxacam”.
“Bizdə heç olmasa bir yaxşı kanalın olacağına ümid yaranıb. Yeni direktora uğurlar!”
“Uğurlar olsun, yüksək intellektə sahib insandır, əlbəttə ki, öhdəsindən gələcək”.
Digərləri bu optimizmi bölüşmürdü və bildirirdi ki, yeni direktor sadəcə formal xarakter daşıyır və telekanala heç bir təsiri olmayacaq:
“Onun rəhbərliyi altında nə dəyişə bilər? Axı bu başdan-ayağa senzura kanalıdır, məgər intellektuallar onların liflərinə tam sıxılıb, açılmağa icazə verilməyəndə dözə bilirlər?”
Bu mübahisələrin ən qızğın çağında jurnalistlər telekanalın baş direktorunun təyin edilmədiyi, seçildiyi məqamına diqqət yetirdilər. Yəni qaydalara uyğun olaraq, tərkibi altı nəfərdən az olmayan Yayım Şurası 10 gün ərzində namizədliyini irəli sürmüş hər bir şəxslə bağlı ayrı-ayrı səsvermə keçirməlidir. Bu dəfə bu qayda az qala yaddan çıxacaqdı – hələ səsvermə keçirilməmiş Qasımovu təyinatla bağlı təbrik etməyə başlamışdırlar. Nəticədə bir həftə keçəndən sonra səsvermə nəhayət keçirildi. Balaş Qasımov gözlənildiyi kimi qələbə çaldı və iyunun 1-dən artıq rəsmən və qanuna uyğun olaraq İTV-ə rəhbərlik edir.
Bu hadisənin bu qədər diqqət cəlb etməsinə dolayı bir səbəb də var. Balaş Qasımov rəhbər vəzifəyə təyin edilən artıq ikinci “Nə? Harada? Nə zaman” oyunçusudur. Ona qədər Mikayıl Cabbarov əvvəlcə təhsil naziri olmuşdu, az əvvəl isə vergilər naziri vəzifəsinə təyin edilib. Odur ki, sosial şəbəkələrdə bu, tezliklə zarafat mövzusuna çevrilib. Yeri gəlmişkən, Mikayıl Cabbarov və Balaş Qasımov xala oğlanlarıdır.
İTV-nin əvvəlki baş direktoru Cəmil Quliyevə gəlincə, deyilənlərə görə, o, Azərbaycan “Eurovision” müsabiqəsində məğlub olduğu üçün vəzifəsindən məhrum olub. Hər il məhz İTV bu müsabiqə üçün iştirakçı və mahnı seçimini, o cümlədən də müsabiqənin yayımını həyata keçirir. Bu il Azərbaycan təmsilçisi müsabiqənin finalına çıxa bilməyib və bunun günahını çoxları kanal rəhbərliyinin üzərinə qoyub. Bundan qısa müddət sonra Cəmil Quliyev istefa verib. Rəsmi versiyaya görə, səhhəti ilə bağlı problemlər onun istefasına səbəb olub.
Balaş Qasımov artıq kanalda gözlənilən kadr islahatları haqda anons verib.
Balakişi (Balaş) Qasımov 1978-ci il oktyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirb. GameTV.az prodüser mərkəzinə rəhbərlik edir, “Nə, Harada? Nə zaman?” oyununun Azərbaycandan olan ən tanınmış və uğurlu oyunçularından biridir.