İnsanlar və təbiət: qətl, yoxsa intihar?
BMT-nin himayəsi altında alimlərdən ibarət hökumətlərarası qrupun 3 il ərzində hazırladığı və yenicə dərc edilən məruzəsində sarsıdıcı nəticələr yer alıb, BBC məlumat verir.
Ən əsası odur ki, təbiəti öldürməklə insanlıq intihar edir.
Nə baş verir?
Təbiət həmişə insan əlindən ziyan çəkib, amma son 50 il ərzində bu proses müstəsna templərlə inkişaf edir.
•Gürcüstanın Svanetini Qafqazın İsveçrəsinə çevirmək planı vardı. Bunun axırı necə oldu?
Bu zaman ərzində Yerdəki insanların sayı iki dəfə artıb, dünya iqtisadiyyatı isə dörd dəfə yüksəlib.
1980-ci ildən 2000-ci ilə qədər 100 milyon hektar meşə məhv edilib. Əsasən, Cənubi Amerikada maldarlıq və Cənub-Şərqi Asiyada palma plantasiyaları naminə.
Son 25 ildə planetdə şəhərlərin ərazisi böyüyüb.
Təhlükə nədədir?
Bu proseslər nəticəsində Yer üzündəki heyvanların və bitkilərin 25 faizindən çoxu məhv olmaq təhlükəsi altındadır:
- Torpağın məhsuldarlığı orta hesabla 23 faiz azalıb.
- Quraqlıq torpaq ərazilər 87 faiz artıb.
- Plastik tullantılarla çirklənmə son 50 ildə on dəfə çoxalıb.
- Dünya okeanına hər il 300-400 milyon ton ağır metallar və digər toksik tullantılar ağıdılır.
- Balıq ehtiyatlarının 33 faizi barbarca istismar olunur.
Əsas səbəb
Böyüməkdə olan ekoloji fəlakətin əsas səbəbi insandır, daha doğrusu, onun həyat tərzi.
İnsanların sayının artması öz ardınca qida məhsulları və enerji sərfiyyatının yüksəlməsini gətirir. Kənd təsərrüfatı sahələrinin artırılması üçün meşələr qırılır. Neft və qaz hasilatının artması Yerin ozon qatını məhv edir və toksik tullantıların əsas mənbəyidir.
Bütün bunlar insanın intiharı kimidir. Məruzə müəlliflərinin məlumatına əsasən, ətraf mühitin keyfiyyətini müəyyən edən göstəricilərin 72 faizi üzrə pisləşmə qeyd olunub.
Çıxış yolu haradadır?
Alimlər hesab edirlər ki, çıxış yolu həyat keyfiyyətinin yalnız istehlak həcmindən ibarət olduğu ənənəvi təsəvvürdən imtina etmək lazımdır. Ölkələr üçün bu o deməkdir ki, ümumdaxili məhsulun həcmi iqtisadiyyatın vəziyyətinin əsas göstəricisi olmamalıdır.
Praktiki planda insanlıq borcludur ki:
- Öz rasionunu dəyişsin, ət və süd məhsullarının həcmini tərəvəslərin hesabına azaltsın
- Karbohidrogendən bərpa olunan enerji mənbələri hesabına imtina etsin
- Təbiətə qarışan təbii materiallarla əvəzlənməsi mümkün olduğu hallarda plastikdən imtina etsin.
Yox, əgər insanlıq intihar etmək istəyirsə, bütün bunlara əməl etmək lazım deyil.